Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İnteraktiv təbiətli priyomlar



Yüklə 1,17 Mb.
səhifə333/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   329   330   331   332   333   334   335   336   ...   435
Pedaqogika I cild

14.2.2. İnteraktiv təbiətli priyomlar.
Başlıca məqsədlərdən biri şa­girdi təlimin subyekti etməkdir ki, o, oxumağa qabil insan kimi tər­biyə olunsun. Bu prosesdə şa­gir­din fəallığı (əslində idarəedənin özünün də fəallığı) kifayət qədər yük­sək olur. Hər bir şagirdin öz fikri, ideyası olur. Zəif şagirdlər də fə­al­laşmaq “məcburiyyətində qalırlar”. Məhz bu cür əlaməti tə­lim sistemi o zaman özündə ehtiva edir ki, onun əsasında aşağıdakı prin­siplər durur:

- şagirdə yönləndirmə;

- inkişafı qabaqlama;

- əməkdaşlıq.

Belə təlim sistemi interaktiv xüsusiyyətə malikdir. İnteraktiv­li­yini ön plana çəkən təlim sisteminin əsas komponentlərindən olan me­tod və priyomların mündərəcəsi daha zəngindir. Qeyri-elmi gö­rü­nsə də, onları “interaktiv metod” və “interaktiv priyom” anlayış­ları ilə təqdim edirlər və müəllimlər də bu terminlərə öyrəşiblər. Mü­əl­lim­lərin öyrəşdikləri, alışdıqları stereotipi aradan qaldırmaq asan de­yildir .

İnteraktiv xarakterə malik priyomlardan hər bir mövzunun təd­risində istifadə etmək məsləhət görülmür. Dərsdə qarşıya qo­yul­muş məqsəd, şagirdlərə veriləcək bilik, bacarıq və vərdişlərin məz­mu­nu, xarakteri, inteqrasiya imkanları, şagirdlərin hazırlığı, yerli şə­rait, məktəbin maddi bazası və s. nəzərə alınmaqla bu tip priyomlara mü­raciət edilməlidir.

Dərsdə onun köməyi ilə ətraf aləmin müxtəlif əşya və hadi­sə­lə­ri, qanun və qanunauyğunluqları arasındakı üzvi əlaqələr bərpa olu­nur, şagirdlərin həmin əlaqələri vəhdətdə qavramalarına, özlərini də tə­biətin kiçik bir zərrəsi olmaqla dərk etmələrinə əlverişli şərait ya­ra­n­ır. Bu prosesdə şagirdlər təbiətdə, cəmiyyətdə baş verən ha­di­sə­ləri qavrayarkən onları təhlil edir, qiymətləndirir, onlara münasi­bət­lə­rini bildirirlər. Bu isə artıq müstəqilliyə, sərbəst düşüncəyə apa­ran yol­dur. Maraq nə qədər dərin olsa, uşaqlarda öyrənmək sti­mu­lu, ar­zu­suna çatmağa inam o qədər güclənər. İ.P.Pavlov göstər­mi­ş­dir ki, in­formasiya maraqdan kənar verildikdə baş beyin qabağında onun fə­al kəsbetmə mərkəzi formalaşmır. Nəticədə məktəb küt, yaddaşsız uşaq­lar hazırlayır. Maraqdan kənar işləmək heysiyyətdən, iradədən, dü­şüncədən kənar işləmək deməkdir. Bu, baş beyin qabığında işlək ko­dun kobud şəkildə sındırılması, uşağın mənəviyyatında köləlik al­qo­ritminin formalaşması deməkdir .

İnteraktiv təbiətli priyomlar şagirdlərdə yeni keyfiyyətlər for­ma­laşdırır: müsahibini, hər hansı danışanı (danışığı), maqnitafon, ra­dio, televiziya verilişlərini dinləmək, söylənilən fikrə hörmət et­mə­k, yeri gəldikdə münasibət birdirmək, müstəqil, tənqidi və yara­dı­cı düşünmək, sərbəst fikir söyləmək, irəli sürdüyü fikri müdafiə et­mək, sübuta yetirmək, məntiqi təfəkkürünü inkişaf etdirmək, təc­rü­bəsini və ümumi hazırlığını təhlil etmək, özünü obyektiv qiy­mətləndirmək, kollektivdə öz yerini görmək, əqli və fiziki əmək pro­sesində kollektivin üzvləri ilə əməkdaşlıq etmək, birgə işləmək, ümu­mi əməyin payına düşən hissəni ləyaqətlə yerinə yetirmək, kol­lek­tivin fikrinin formalaşmasında fəallıq, işgüzarlıq göstərmək, qru­pun üzvləri, sinif kollektivi ilə birgə qərar vermək, qarşıdurma ya­randıqda müdafiə olunmaq, münaqişəni səbirlə, sülh yolu ilə həll et­mək, riskin mahiyyətini anlamaq, yeri gəldikdə riskə getmək, emo­sional situasiyada özünü ələ almaq, idarə etmək, şəxsi sağ­lam­lı­ğına görə məsuliyyət daşımaq, insana, onun hüquqlarına hör­mət­lə, əda­lətlə yanaşmağı bacarmaq və s.

“İnteraktiv xarakterli priyomlar özündə produktiv, yaradıcı, sər­bəst düşünmə qabiliyyətlərini birləşdirməklə təlimi tədqiqat pro­se­sinə yaxınlaşdırır. Bu priyomların köməyi ilə şagird təlim pro­se­sinin bərabərhüquqlu aparıcısı rolunu oynayır. Biliklərin müstəqil əl­də edilməsi üçün problemli şəraitin yaradılması yolu ilə təfək­kürün müs­təqilliyinə və sərbəstliyinə, sinifdə şagirdlərin səmərəli fəa­liyyəti üçün psi­xo­loji şəraitin yaradılmasına, əməkdaşlığa, şa­gird­lərin fəal dərketmə möv­qeyinə, təfəkkürün inkişafına, bilikləri sər­bəst tətbiq etmələrinə əsas­lanan interaktiv təbiətli təlim sistemi məhz sözügedən pri­yom­lar vasitəsilə reallaşır. Bu priyomların tət­bi­qində məqsəd şagirdlərə müm­kün qədər çox bilik verib, onların yaddaşını zənginləşdir­mək­dən ibarət deyil. Bir daha qeyd edək ki, burada müəllim hazır bilik­lə­ri verən şəxs kimi deyil, şagirdləri biliklərin axtarılmasına cəlb edən, ”tədqiqata” başçılıq edən şəxs kimi fəaliyyət göstərir. Başlıca məq­səd şagirdləri təhliletmə, düşün­mə, müstəqil bilik əldəetmə, bu ba­ca­rığı inkişafetdirmə və məqa­mında tətbiqetmə qabiliyyətinə yi­yə­­ləndirməkdir. Deyi­lənlərdən müəllimin fəaliyyətinin sıxışdırılması nə­ticəsi çıxarıl­mamalıdır. Müəllim yenə də tədris prosesinin aparıcı qüv­vəsidir, sistemyaradıcı komponentlərindən biridir.

İnteraktiv təbiətli priyomlardan istifadə məktəblilərdə müs­tə­qil düşünmək, oxuduğuna, başqalarının fikrinə, eşitdiyinə müna­si­bət bildirməklə onları təsdiq və ya inkar etmək bacarığını formalaş­dı­rır. Bu prosesdə başlıca cəhət müsahibini diqqətlə dinləməyi, onun düzgün olmayan, bəzən tənqidi fikirlərinə dözmək (tolerantlıq gös­­tərmək), səbrli və nəzakətli olmaqdır. Hövsələsizlik və dö­züm­süzlük ünsiyyətdə olanları şəxsiyyət kimi qəbul etməyə aman ver­mir. Dözümsüzlük kobudluqla, təhqiramiz ifadələrin işlədilməsi ilə nə­ticələnir ki, bu da ünsiyyətin pozulmasına gətirib çıxarır. Bu pri­yom­lardan istifadə şagirdin aktiv lüğətini daha da zənginləşdirir, şi­fahi nitqini nizama salır, müsahibə, dialoq prosesində qarşısındakını inan­dırmaq, fikrini sübut etmək, nitqin məntiqi kəsərini artırmaq üçün dəqiq söz seçməyi öyrədir. Beləliklə, şagirddə söz, onun mə­na­sına, dəyərinə diqqətlilik tərbiyə olunur. Şagird dialoqda artıq, yer­siz söz işlətməmək, əvvəllər dediyi sözə əks çıxmamaq, uzun­çuluq etməmək üzərində düşünür. Nəticədə onun natiqlik qa­bi­liy­yə­ti inkişaf edir.

Bu başlıqda söylədiklərimizi yetərli sayırıq. Ona görə ki, bu dərsliyin sonrakı fəslində təlimi fəallaşdıran priyom və metodlar ba­rə­sində ətraflı bəhs edilmişdir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin