Öyrədici nəzarət. Bu metodun başlıca funksiyası nəzarət-korreksiya funksiyasıdır. Bu metodun tətbiqi zamanı nəzərdə tutulur ki, nəzarət tədris prosesinin ayrılmış, təcrid olunmuş elementi olmasın, eyni zamanda öyrədici, inkişafetdirici, tərbiyəedici və oyadıcı funksiyaları yerinə yetirsin. Ə.X.Paşayev və F.A.Rüstəmov vurğulayırlar ki, bu metodun müxtəlif modifikasiyaları vardır. Onlar bir-birindən nəzarətin təşkilinə görə fərqlənir. Bunlara şifahi, yazılı, laborator, maşın, test və özünənəzarət aid olunur.
Videometod. İnformasiyanın ekran vasitəsilə verilməsi tədris müəssisələrinin iş praktikasına intensiv surətdə daxil olur. Kodoskoplar, proyektorlar, kinoapparatlar, tədris televiziyası, videoproiqrıvatellər, video maqnitafonlar, həmçinin informasiyanı displeyli əks etdirən videometodu ayrıca bir metod kimi fərqləndirməyə imkan verir. Videometod təkcə bilikləri verməyə deyil, həm də onlara nəzarət etməyə, bilikləri möhkəmləndirməyə, təkrarlamağa, ümumiləşdirməyə, sistemləşdirməyə xidmət edir. Videometod bütün didaktik funksiyaları müvəffəqiyyətlə yerinə yetirir. Videometod biliklərin induktiv və deduktiv yolla mənimsənilməsini, şagirdlərin müstəqilliyinin və idraki fəallığının müxtəlif səviyyəsini nəzərdə tutur.
Bu metodun öyrədici və tərbiyəedici funksiyası əyani obrazların təsirinin yüksək səmərəliliyi ilə şərtlənir. Müvafiq təlim metodlarının seçilməsi təlim prosesinin optimal təşkili və idarə olunmasının mərkəzi problemlərindəndir. Hər bir metodun özünəməxsus funksiya və imkanları, üstünlüyü və zəif cəhətləri vardır. Müəllimin metodlardan istifadə qabiliyyətində spesifiklik mövcuddur. Odur ki, bu problemin özünəməxsus çətinlikləri vardır.
Dostları ilə paylaş: |