Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə358/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   354   355   356   357   358   359   360   361   ...   435
Pedaqogika I cild

Praktik işlər. Praktik işlər metodu şagirdlərin yiyələndikləri bilik və ba­ca­rıq­ların təcrübədə tətbiq olunmasına, təlimdə nəzəriyyə və təc­rü­bə­nin arasında əlaqənin yaranmasına xidmət edir. Praktik işlərin bir qis­mi sinifdə, əksəriyyəti təbiətin qoynunda- məktəbin tədris- təc­rü­bə sahəsində, tarlada, çayın yatağında, meşədə yerinə yetirilir. Şa­gird­lərin xəritə, kompas, ərazinin planını hazırlamaları, torpağı təh­lil etmələri, mineral gübrələrin tərkibini və tətbiqi qayda­larını öyrən­mə­ləri, heyvanların növlərinə görə yem tədarükünün həyata keçiril­mə qaydası ilə tanış olmaları, sahənin ölçülməsi və əkin üçün ayrıl­ma­sı və s. praktik işlər hesab olunur.

Şagirdlərin öz bilik və bacarıqlarını həyatla, istehal sahələri ilə bağlamaları onların biliklərinin ictimi dəyərini artırır, mövqeyini də­yişir, gənclərin müstəqilliyi, təşəbbüskarlığı, ictimai işlərdə fəal iş­tirak etmələrində bu metodun rolu böyükdür. Biliyin və bacarığın tət­biqi dərslərində şagirdlərin idrak fəaliyyəti bir neçə mərhələdən ke­çir. Hər şeydən əvvəl müəllim qarşıda duran iş barədə izahat ve­rir. Bu zaman o, şagirdlərin işi nəzəri cəhətdən dərk etmələrinə şəra­it yaradır. Müəllim təlimat verir, şagird işin yerinə yetirilmə qay­da­sı­nı təkrarlayır, digərləri müşahidə aparırlar. Bütövlükdə sinif işə cəlb olunur, hər kəs işi müstəqil yerinə yetirir. Nəhayət, şagirdlər qiy­mətləndirilirlər (Podlasiy İ.P.). Praktik işlər düzgün keçiriləndə şa­girdlərin biliklərinin dərinləşməsinə, onlarda bacarıq və vər­diş­lə­rin formalaşmasına kömək göstərir. Şagirdlər kəndlinin, fəhlənin, sə­n­ətçinin praktik işini ardıcıl, diqqətlə müşahidə edir, nümunə əsa­sın­da işi elə yerinə yetirirlər ki, əvəllər yiyələndikləri biliklərə mü­ra­ciət etməyə ehtiyac qalmır. Onlar pambıq, çay, tütün, bostan, tərə­vəz və s. becərməyi öyrənirlər. Praktik işi yerinə yetirərkən onlarda hə­min prosesi düzgün planlaşdırmaq, əmək bölgüsü aparmaq, əmək pro­­sesini ciddi cəhdlə təşkil etmək, işi vicdanla yerinə yetirmək, onun yüksək keyfiyyətdə olmasına çalışmaq, birgə işləmək kimi key­fiyyətlər formalaşır.



Disput. Elmi mübahisə mənası verən disput ümumtəhsil mək­təb­­lə­rin­də çox zaman tərbiyə metodu kimi, bu və ya digər əxlaqi gö­rüş­lər haq­qında şagirdlərin (yuxarı siniflər üzrə) fikirlərini öy­rən­mək, gö­rü­şün məna və əhəmiyyətini daha geniş şərh etmək məq­sə­di­lə təşkil edi­lir. Buna indi də məktəblərdə tərbiyə məsə­lə­lə­rində yer verilir. La­kin burada biz disputun təlimin axtarış metodları sıra­sın­da isti­fa­də edilməsinin məqsədəmüvafiq olmasına diqqəti cəlb etmək istər­dik. Disput nisbətən məhdud şəkildə işlədilən metoddur. Buna mü­əl­lim o zaman müraciət edir ki, şagirdlərdə bu və ya başqa elmi mə­sə­lə haqqında müxtəlif rəylər əmələ gəlir, buna xüsusilə ədəbiyyat dərs­lərində, bu və ya digər yazıçının personajlara verdiyi rol və qiy­mə­tin ziddiyyətli cəhətlərinin müzakirəsi məq­sə­di­lə mey­dan verilir. Mü­əllim hadisə və əhvalatlarda ziddiyyətli cə­hət­lə­ri qeyd edir, bu ba­rədə ədəbiyyatda müxtəlif fikirlərin olduğunu gös­tərir və bu mü­na­sibətlə şagirdlər arasında dərsdə və dərs­dən-kə­nar vaxtlarda disput təş­kil etməklə onların- şagirdlərin öz fikirlərini söyləmələrinə, onu sü­but etmək üçün dəlillər gətirmələrinə imkan verir. Şübhə yoxdur ki, belə mübahisələrdə iştirak edən şagirdlər müəyyən dərsdə ona ha­zırlaşırlar. Çünki, onlar müstəqil olaraq fikir söyləməlidirlər. On­la­rın fikri həqiqətə tam müvafiq olmasa da, şa­gird­ləri müstəqil fikir söy­ləməyə alışdırır, tənqidi düşünməyi öy­rədir. Disputun tətbiqinin key­fiyyəti isə müəllimin məharətindən, fən­­nin tədrisi prosesində dis­put üçün münasib məsələlər qaldırıl­ma­sın­dan, ona lazımi hazırlıq apa­rılmasından, disputun mütəşəkkil ke­çi­rilməsindən asılıdır. Vaxtaşı­rı təşkil edilən təlim disputu dərsdə şa­girdlərin fəallaşdırılmasına kö­mək edir ki, bu da təlimin məqsədlərindən biridir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   354   355   356   357   358   359   360   361   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin