Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Evristik və ya qismən axtarış metodu



Yüklə 1,17 Mb.
səhifə354/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   350   351   352   353   354   355   356   357   ...   435
Pedaqogika I cild

Evristik və ya qismən axtarış metodu. Müsahibə metodundan başqa didaktikada evristik müsahi­bə­dən də söhbət gedir. Bunların müştərək cəhətlərinin olması şübhə­siz­dir. Hər ikisində müəllimin bu və ya başqa təlim materialı üzrə ar­dı­cıl verdiyi suallara şagirdlərdən cavablar alınır, onlar düşünmə­yə vadar edilir, yeni elmi həqiqətlərin açılması istiqamətinə sövq olu­nurlar. Lakin bununla bərabər, onları heç də eyniləşdirmək ol­maz, çünki hər biri müstəqil metod olmaqla mahiyyət etibarilə müx­tə­lif didaktik vəzifələrin həllində istifadə edilirlər.

Müsahibə metodu informasiyavermə metodları sırasına daxil ol­maqla şagirdlərin biliklərinə və həyati təcrübələrinə istinad edərək ye­ni məlumatın verilməsinə xidmət edir. Şagirdlərin əvvəlki dərs­lər­də aldıqları biliklərə istinad etməklə qurulan müsahibə, sual-ca­vab qaydasında cərəyan edən belə prosesdə, ayrı-ayrı şagirdlər çə­tin­lik çəksələr də sinif bütövlükdə çətinlik çəkmir, nəticədə didaktik və­­zifə həll olunur, şagirdlər yeni biliyi öyrənirlər. Fənlərin, xüsusilə dil­lər və riyaziyyatın tədrisində müsahibə metodlarından çox istifa­də edi­lir, çünki şagirdlərin fəallaşdırılması üçün əlverişlidir. Belə mü­sahibələrin təşkilində vaxta qənaət etmək, çaşdırıcı suallar ver­mə­mək, sualları şagirdlər arasında bölüşdürmək, suallara tam ca­vab­lar almaq və s. əsas şərtlərdəndir. Pedaqogika tarixində əvvəllər be­lə istiqamətdə olan müsahibə metoduna “evristik müsahibə” adını da verənlər olmuşdur.

Lakin indi pedaqoji ədəbiyyatda və məktəb təcrübəsində ev­ris­tik müsahibə metodu başqa mahiyyət daşıyır. “Qismən axtarış” adı­nı verməklə bu metodu ilk dəfə olaraq M.N.Skatkin, İ.Y.Lerner şərh et­mişlər. Onlar bunu, müsahibə metodundan fərqli olaraq şagirdlər tə­rəfindən, müəllimin ardıcıl suallarına cavab verməklə bu və ya di­gər dərəcədə müstəqil həll oluna bilən problemli vəziyyətin açılması ilə bağlayırlar. İ.Y.Lerner yazır: “Evristik müsahibə ondan ibarətdir ki, müəllim şagirdlər qarşısında problem qoyur, onların buna gücü çat­madıqda problemi biri digərindən doğan, yəni bir-biri ilə bağlı, prob­lemin həlli addımları olan suallara ayırır. Bu vaxt su­al­ların ço­xu ilk dəfə qoyulan problemin yarım problemləri rolunda çıxış edir. Müəllim tərəfindən diktə edilən, lakin şagirdlər tərə­findən müs­təqil surətdə yerinə yetirilən bütün addımlar nəticəsində şa­gird­lər əvvəl verilən problemin həllinə nail olurlar” (4)

Evristik müsahibə metodu, həqiqətən, həm də qismən axtarış me­todu adlandırıla bilər, çünki bundan istifadə etməklə problemi şa­girdlərə çdırmaq mümkündür, çətinlik çəkdikləri yerdə müəllim yar­dımçı suallar vasitəsi ilə şagirdlərə kömək edə bilər. Bu üsulun tət­biqi şagirdləri hadisə və şeylərin xassələrini tutuşdurub müqa­yi­sə­lər aparmağa, mühakimələr yürütməyə, bir sözlə, onların yaradıcı qa­biliyyətlərinin inkişafına xeyli xidmət edir. Bunun nöqsanı on­da­dır ki, problemi açmaq üçün daha çox vaxt tələb olunur. Onun qar­şı­sını almaqdan ötrü yenə də sualları ardıcıl vermək, müsahibəni məq­sədyönlü aparmaq lazımdır. Onu da əlavə edək ki, evristik mü­sa­hibəni də universallaşdırmaq zərərlidir, onun da tətbiq edil­mə­si­nin yerini düzgün seçmək lazımdır.



İzah. Problemli vəziyyət-bəzən izahla müşayiət edilir. Hadi­sə­lərdə sə­bəb-nəticə əlaqələrinin açılmasınsda izah üsulu mühüm rol oy­na­y­ı­r.

İzahdan istifadə edərkən müəllim şagirdlərin diqqətini mət­lə­bə yönəltməli, onlarda dinləmə və anlama arzusu yaratmalıdır. Şa­gird­lərin təlim motivlərini, fərdi psixoloji xüsusiyyətlərini yaxşı bil­mə­dən buna nail olmaq çətindir. İzahdan istifadə edərkən əks -əla­qə­nin yaranması böyük əhəmiyyətə malikdir. İzahın gedişində mü­əl­limin problemli sual qoyması şagirdlərdə cavab reaksiyası yaradır. İzah çox vaxt hadisənin qeyri-adiliyi, asılılıq əlaqələrinin özünü gös­tərməsi, hamını maraqlandıran, lakin çətin hadisənin dərk olun­ması ilə bağlı olur. İzah prosesində müəllim əyani vasaitdən, qısa­müd­dətli təcrübədən, yazı taxtasında fiqur, diaqram, cədvəl çəkib fik­rini sübut etmək və s. yollardan istifadə edə bilər.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   350   351   352   353   354   355   356   357   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin