Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə356/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   352   353   354   355   356   357   358   359   ...   435
Pedaqogika I cild

Müşahidə. Təlim zamanı öyrənilən hadisələri şagirdlər çox halda bila­va­si­tə, təbii şəraitdə nəzərdən keçirməli olurlar. Təbiət və cəmiyyət ha­di­sələri üzərində şagirdlərin müşahidəsini adətən müəllim təşkil edir. Bəzən şagirdlərin öz təşəbbüsləri ilə müşahi­də­lərini müəllim mü­da­fiə etməli və həvəsləndirməlidir. Təbiət və cəmiyyət hadisə­lərinin şa­girdlər tərəfindən müşahidəsi bəzən qısa müddətli, bəzən də uzun müd­dətli olur. Müxtəlif təbii şəraitdə bit­kilərin, böcəklərin və hey­van­ların yaşayış xüsusiyyətlərini, bu­lud­la­rın hərəkətinin külək­lər­lə əlaqəsini, çay yataqlarının yerdəyişməsini, təbii şəraitin dəyiş­mə­sin­də adamların təsərrüfat fəaliyyətinin rolunu müşahidə etmək və s., əl­bəttə, uzun müddət tələb edir.

Şagirdlərin müşahidəsi bəzən müəyyən tədris müvzusunu keç­məz­dən əvvəl təşkil olunur və mövzu öyrənilən zaman şagirdlərin müşa­hidə materiallarına istinad edilir. Təbiət və cəmiyyət hadisələri ilə şagirdlərin bilavasitə təmasda olmaları mövzunun daha şüurlu və da­ha möhkəm qavranılmasına imkan verir. Təlim üsulu kimi müşa­hi­dənin səmərəliliyi bir sıra tələblərə əməl olunmasını zəruri edir.

1.Nəyin müşahidə ediləcəyi şagirdlər üçün aydın olmalıdır.

2. Müşahidənin nə məqsədlə aparılacağını şagirdlər bilmə­li­d­i­r­.

3. Müşahidə zamanı nələrə diqqət yetiriləcəyi deyilməlidir.

4. Müşahidə materialları qeydə alınmalıdır.

5. Bütün şagirdlər müşahidəyə qoşulmalıdır.

6. Müşahidənin yekunlarından dərsdə istifadə olunarkən şa­gird­lərin fəaliyyətinə münasibət bildirilməlidir.

Demonstrasiya. Bir çox mövzuların şüurlu başa düşülməsini təmin etmək məq­­sədilə dərsdə müxtəlif əşyaların, cihazların, alət­lərin, vəsaitlərin di­­namikasının açılması, diafilmlərin, diapo­zit­iv­lə­rin, kinofilmlərin, təc­rübələrin göstərilməsi lazım gəlir. Demons­tra­siya sadəcə nü­ma­yiş deyil, canlı prosesdir. Demostrasiya zamanı ilk növbədə ob­yek­tin xarici əlaməti- böyüklüyü, forması, rəngi, hissə­ləri, onların hər bi­rinin görünüşü, xassələri, daxili keyfiyyətləri (ci­hazın necə iş­lə­mə­si, buzun necə əriməsi, çəyirtkənin necə atılması və s.) nümayiş et­dirilir. Bu zaman fəal idrak prosesi baş verir. Demon­strasiyanın sə­mərəliliyini təmin etmək üçün aşağıdakı şərtlər gözlənilməlidir: nü­mayiş etdirilən obyekt (tarla bitkiləri, tərəvəz, yeraltı sərvətlər, əmək alətləri və s.) hamı tərəfindən aydın görünməli, müxtəlif hiss or­qanları tərəfindən duyulmalıdır, qavran­ma­lıdır; əşya və ya təcrübə yalnız la­zı­mi anda nümayiş etdiril­məli­dir; şəkillər iri, rəngli, cədvəllərin yazı­la­rı hamının görə biləcəyi irilikdə olmalıdır; obyektin sözlə təsviri mü­şahidəçiliyi inkişaf etdirməlidir; şagird əldə ediləcək biliklə əla­qə­dar cəhətə diqqət yetir­məlidir; nümayişin nəticəsi şagirdlərin işti­ra­kı ilə formalaş­dırıl­ma­lıdır; nümayiş etdirilən obyektin xarici əla­mət­lərinə aludəçiliyə yol verilməməlidir.

İllüstrasiya. İllüstrasiya demonstrasiya metoduna çox yaxın olan və bir-bi­rini tamamlayan metod olub, əşya və hadisələrin bilavasitə özlərinin təq­dim olunması ilə deyil, simvolik təsvirlərin köməyi ilə qavra­nıl­ması metodudur. Əşya və hadisələr, həmçinin demonstrasiyada can­lı verilən proseslər illüstrasiya metoduna əsa­sən plakatların, foto­şə­kil­lərin, sxemlərin, yastı modellərin, rəsm­lərin köməyi ilə verilir. İb­ti­dai siniflər üçün müxtəlif mövzularda (meyvə, tərəvəz, hey­van­lar, quşlar, ağaclar və s.) şəkilli kartoçkalar, coğrafiya və tarixə dair xə­ritələr, albomlar və s. geniş yayılmış illüstrativ materiallardır.

Adətən, məktəblərin bir çoxunda illüstrativ materiallar di­var­dan asılı şəkildə saxlanılır. Şagirdlər onların üzərində dəfələrlə mü­şa­­hidə apardıqlarından maraq azalır. İllüstrativ materialı dərsin əv­və­lində asıb işə başlamaq da məsləhət görülmür. Söhbət ondan ge­dən anda şagirdlərə təqdim olunan illüstrativ material böyük maraq do­ğurur və effekt verir.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   352   353   354   355   356   357   358   359   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin