Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə360/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   356   357   358   359   360   361   362   363   ...   435
Pedaqogika I cild

Təkrar. Biliyin əsaslı mənimsənilməsinə və möhkəm yadda qal­masına kö­mək edən metodlardan biri də təkrardır. İcra etdiyi kon­kret di­dak­tik vəzifəyə görə təkrarı üç əsas növə ayırmaq olar: yeni mövzunun mə­nimsənilməsinə xidmət edən təkrar; unut­­ma­nın qarşısını alan tək­rar; ümumiləşdirici və sistemləş­di­rici təkrar.

Birinci halda müəllim qabaqlar keçirilmiş materiallardan elə­si­ni müəyyənləşdirir ki, onun təkrarı öyrədici mövzunun şüurlu başa dü­şülməsinə zəmin yaratsın: müəllim belə materialı yenidən nə­zər­dən keçirməyi şagirdlərə tapşırır. O, materialın nə dərəcədə yadda qal­dığını növbəti dərsdə yoxlayır və nəzərdə tutduğu yeni mövzunu hə­min əsasda öyrətməyə başlayır.

İkinci halda müəllim keçdiyi hər bir mövzunun cari təkrarını təş­kil edir ki, mənimsənilmiş bilik, fakt, qanun, teorem, qayda şa­girdlərin hafizəsində möhkəmlənsin, unutmanın qarşısı alınsın. Mü­əl­lim hər hansı biliyin, qanunun, qaydanın unudulduğunu müəyyən­ləş­dirdiyi halda isə həmin materialın təkrarını şagirdlərə tapşırır. Bə­zən belə tapşırıq bütün sinfə deyil, ayrı-ayrı şagirdlərə aid olur.

Üçüncü halda təkrar müxtəlif dərslərdə şagirdlərin əldə et­dik­lə­ri biliklərin ümumiləşdirilməsinə və sistemə salınmasına xidmət edir. Təkrarın bu növündə müəllim bir-biri ilə bağlı olan və bir-bi­ri­ni ta­mam­layan bir neçə paraqrafı (mövzunu) oxumağı və bəzi su­al­lara ca­vab hazırlamağı şagirdlərə təklif edir. Suallar elə ifadə edilir ki, şa­gird­lər nəzərdə tutulmuş paraqrafları (mövzuları) diqqətlə araş­dır­ma­lı olurlar. Müəllim dərslərin birində cavabını müzakirəyə qoyur, öz bi­lik­­lərini ümumiləşdirməkdə və sistemə salmaqda şa­girdlərə kö­mək göstərir.

Çalışmalar. Bəzən müəllim biliyin sadəcə təkrarı ilə kifayət­lənmir, şa­gird­lər tərəfindən biliyin tətbiqini təşkil edir, onlarda ba­ca­rıq və vər­diş­lər formalaşdırır. Biliyin əməli işə tətbiqini, bacarıq və vərdişlərin for­malaşdırmasını təmin edən metod çalışmalardır. Çalış­ma eyni hə­rəkətin və ya hərəkətlər sisteminin dəfələrlə tək­ra­rını tələb edir.

Çalışma bir neçə mərhələdən keçir: müəllim əməlin necə icra edil­diyini göstərir, şagird isə onu müşahidə edir; sonra şagird həmin əmə­lin icrasında özünü sınayır; səhv hərəkət olduqda aşkara çıxa­rı­lır və ona düzəliş edilir; şagird əməlin icrasında yenidən özünü sı­na­yır; öz əməlinə nəzarət edir; yenidən əməl təkrar olunur. Əməl avto­mat­laşanadək, yəni səliqəli, nöqsansız icra olunanadək təkrar edilir.

Əməli işin izahatla müşayiətini şagirdlərdən tələb edən mü­əl­limlərə haqq qazandırmaq lazımdır. Belə hallarda məsələ və ya mi­sal həll edən, digər əməli iş görən şagirdlər hər bir addımı, əmə­liy­ya­tın hər bir mərhələsini izah etməli, aydınlaşdırmalı olur; bu za­man şagirdin nitqi və təfəkkürü də inkişaf edir. Şagirdin necə dü­şün­düyü və necə işlədiyi müəllimə də, qalan şagirdlərə də aydın olur. Əməliyyatın alqoritmini, yəni əməliyyatı təşkil edən əməllərin ar­dıcıllığını şagirdlər qarşısında açmağın və onların həmin ar­dı­cıl­lıq­da işləməyə alışdırmağın əhəmiyyəti böyükdür.

Bacarıq və vərdişləri formalaşdırarkən onların tətbiqi şəraitini bə­zən dəyişmək lazım gəlir. Bu, öz bilik, bacarıq və vərdişlərindən də­yişmiş şəraitdə istifadə edə bilməyə imkan verir. Bir variantlı ça­lış­malardan müxtəlif variantlı çalışmaya keçdikdə şagirdlərin ba­ca­rıq və vərdişlərinin ümumiləşməsinə münasib şərait yaranır.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin