Tip 2: «Sadə» strukturlu anketlərin vasitəsilə əldə olunmuş məlumatlar
Sosioloqun sərt formalizasiya edilmiş sorğu metodlarının vasitəsilə aldığı (topladığı) iformasiyanı iki yerə bölmək daha məqsədəuyğun kimi görünür. Analizin həll edəcəyi məsələlərin nöqteyi-nəzərindən bu hissələri sosioloji informasiyanın iki müxtəlif tipi kimi nəzərdən keçirmək məqsədəuyğundur. Bu tiplərin birincisi – hansının ki, analizinə biş başlayırıq – ictimai rəyin (marketinq tədqiqatları, müxtəlif növlü monitorinqlər) öyrənilməsi nəticəsində yaranır. Bu tədqiqatlar bir qayda olaraq təsviredici xarakter daşıyır və onlarda açıq, sadə, birmənalı interpretasiya olunan suallardan və onlara verilən cavablardan istifadə olunur. Onlarda dərin analitik məsələlər qoyulmur, «Bu nəyə görədir?» sualına cavablar axtarılmır. Bu tədqiqatlarda əsas problem seçmənin resprezentativliyidir. Sosioloji tədqiqatın aləti sərt strukturlaşdırılmış, kifayət qədər qısa və mürəkkəb olmayan suallardan ibarət anketdir. Bunun səbəbi odur ki, anket yekcins olmayan (təhsilinə, yaşına və s. görə) respondentlər məcmusu üçün nəzərdə tutulmuşdur.
Analizin əsas məsələsi ayrı-ayrı empirik indikatorların (Eİ) həm bütün respondentlərin məcmusu üzrə, həm də ayrı-ayrı qruplar üzrə şərti olaraq desək, davranışını öyrənməkdir. Bu məsələ üçün informasiya forması variasiya sırasıdır (2). Bu, suala (kodlaşdırılmış şifrələnmiş) verilmiş mümkün cavab variantlarından və sıxlıqdan (cavabın bu və ya digər variantını seçmiş respondentlərin sayından) ibarətdir. Sosioloq respondentləri ayrı-ayrı cavab variantları üzrə bölüşdürülməsi əməliyyatını aparır. Yəni:
Dostları ilə paylaş: |