Dərslik Bakı 014 bbk 60. T 12


Tip 3. «Mürəkkəb» strukturlu anketin vasitəsilə alınan məlumatlar



Yüklə 2,78 Mb.
səhifə30/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   131
Tip 3. «Mürəkkəb» strukturlu anketin vasitəsilə alınan məlumatlar

Bu tip məlumatlara analitik xarakterli tədqiqatlarda əldə olunmuş məlumatları aid edirik. Əgər sadə şəkildə desək, onda bunlar elə tədqiqatlardır ki, orada «Bu nədir?» (sosioloqu maraqlandıran sosial fenomen nəzərdə tutulur) sualı ilə yanaşı, həm də «Bu nəyə görədir?» sualına da cavab axtarılır. Bu tədqiqatlarda empirik məlumatların yığım instrumentariləri bir qayda olaraq bir neçə hissədən ibarət olur. Məlumatların yığımı üçün spesifik, kifayət qədər mürəkkəb üsullar, metodlar, texnikalar istifadə olunur. Anketləşdirmə testləşdirmə ilə müşayiət oluna bilər. Konflikt, kiçik qruplarda liderlik problemlərini öyrənmək üçün sosiometrik adlandırılan texnikadan istifadə olunur. Bütün bunlar haqqında sizin təsəvvürünüz vardır.

Əlbəttə ki, ikinci informasiya tipi uçün yuxarıda qeyd olunmuş bütün mülahizələr elə əlimizdə olan hal üçün də qanunauyğundurlar. Əsas informasiya mənbəyi individdir, informasiyanın mövcudluq forması – variasiya sıraları, (obyekt-əlamət) növlü matrisa, qoşulma cədvəlləridir. Başqa cür formalar da meydana çıxır, məsələn, («obyekt-obyekt», «əlamət-əlamət») matrisaları kimi.

Sosioloji tədqiqatların bütün istiqamətlərini, hansıların ki, çərçivələrində sosioloq şərti olaraq «mürəkkəb» strukturlu adlandırılan anketi qurur (instrumentarilərini yaradır), sadalamaq çətindir. Bu həm dəyər oriyentasiyalarının (motivlər, tələbatlar, maraqlar, tərcinlər), sosial istiqamətləndirmələrin (sadə desək, nəyə isə münasibətin), hər hansı bir müəyyən bir davranış tipinə, identikliyə (xüsusilə özünüidentifikasiyaya), sosial normalara hazır olmağın və s. tədqiq edilməsidir.

Bu informasiya tipinin «mürəkkəb» strukturlu anket vasitəsilə alınan məlumatlar kimi göstərilməsi müəyyən anlaşılmazlığa səbəb ola bilər. Axı qabaqcadan şərt qoyulmuşdu ki, analitik tədqiqatlarda instrumentari mürəkkəbdir və bir neçə anketdən ibarət ola bilər. Burada ziddiyyət yoxdur, ona görədir ki, elementar mühazirəçi üsulu ilə siz tiplərin müxtəlifliyini başa düşəsiniz və yadda saxlayasınız. Bizimlə sizin üçün məhz bu aspekt vacibdir.

Məlumatların analizi nöqteyi-nəzərindən analitik tədqiqatların əsas xüsusiyyəti odur ki, informasiya yığımının metodu və texnikası praktikanın analizinin metod və üsulları ilə sıx bağlıdır. İnformasiya mənbəyi – fərddir. Yığım metodu – sorğudur, onun çərçivəsində informasiya yığımının çoxlu spesifik üsulları, texnikaları, yolları yaranır. Onları da metod adlandırırlar, amma kontekstdən söhbətin hansı növ metodlardan getdiyi həmişə aydın olur.

Məsələn, istənilən sosial istiqamətləndirmə latent (gizli) xarakter daşıyır. Birbaşa qoyulmuş sualların vasitəsilə onu bilavasitə müşahidə etmək, ölçmək qeyri-mümkündür. Bu istiqamətləndirmənin müşahidəsi mümkün olan əlamətlərin vasitəsilə öyrənmək üçün modellərin qurulmasına zərurət yaranır. Amma, bu, yuxarıda nəzərdən keçirdiyimiz hallarda olduğu kimi, sadə anlaşılan modelləşdirmə deyildir. Burada sadəlik şərtidir, belə ki, biz bu modelləri empirik indikatorlar səviyyəsinə çatdırmamışdıq. O zaman sosioloqun məqsədi də başqa idi – sosial obyektin xüsusiyyətlərini öyrənmək üçün müxtəlif tipli informasiyaların zəruri olmasından əmin olmaq. Məsələn, əgər «tələbənin siyasi aktivliyi» modelini Eİ qədər çatdırmağa cəhd etsək, onda biz böyük çətinliklərlə üzləşərik. İnsanların nəyə isə və kimə isə münasibəti kimi, nəyə isə doğru istiqamətlənməsi kimi, nəyə isə üstünlük verməsi kimi, nəyə isə tələbatı kimi sosial fenomenlər öz-özlüyündə nəinki latent xarakter daşıyırlar, onlar öz mahiyyətlərinə görə həm də çoxaspektli, çoxfaktorlu, çoxölçülüdürlər. Bu nəyi bildirir? Bu o deməkdir ki, sosial istiqamətləndirməni birölçülü yolla, yəni kəmiyyətin vasitəsilə ölçmək olmaz, baxmayaraq ki, müxtəlif respondentlərin, istiqamətləndirmələrini müqayisə etmək və respondent A-nın istiqamətləndirilməsi respondent B-nin istiqamətləndirilməsindən güclüdür (böyükdür) nəticəsini çıxarmaq üçün bunu həmişə etmək istəyirik. Bundan belə bir nəticə çıxmır ki, sosiologiyada birölçülüyə yer yoxdur. Biz sizinlə bundan sonra da birölçülü ölçmənin və ya birölçülü şkalalamanın üsullarını nəzərdən keçirəcəyik. Çoxölçülü şkalalamanın metodlarının mənimsənilməsi isə ciddi riyazi hazırlıq tələb edir. Biz bu metodları nəzərdən keçirməyəcəyik və ancaq onu qeyd edək ki, riyazi metodların bütöv bir sinifi çoxölçülü şkalalama metodları adını daşıyır.

Bəs birölçülü şkalalama nə deməkdir? Fərz edək ki, biz səfillərə olan münasibəti öyrənirik. Aydındır ki, belə sosial istiqamətlənməni «Siz … necə münasibət bəsləyirsiniz? kimi birbaşa verilmiş sualın köməyi ilə öyrənmək əlbəttə ki, mümkündür, amma bunun çətin ki, bir mənası olsun. Belə sualın dərk olunma imkanları çox məhduddur. Buna görə də hər hansı başqa bir modeli fikirləşib tapmaq yaxşı olardı. Konkret olaraq necəsini istədiyimizi bilmirik, amma biz onun tətbiqinin nəticəsində bir növ «xətkeş» əldə etmək istəyirik. Adi (millimetrli, santimetrli) xətkeşdən fərqli olaraq bu xətkeş sosial istiqamətlənmənin müxtəlif səviyyələrinə (qiymətinə) uyğun gələn spesifik bölgülərə malikdir. Şərti olaraq desək, biz hər respondentə bir növ onu ölçmək üçün bu xətkeş ilə yaxınlaşırıq… O zaman xətkeşdəki hər hansı bir bölgü xətti ona uyğun gəlməlidir. Məhz bu prosedur ölçülən sosial istiqamətlənmənin ifadə dərəcəsinə görə respondentləri öz aralarında müqayisə etməyə imkan verir.

Belə modelin düşünülüb hazırlanması elə birölçülü şkalalama adlandırılır. Əlbəttə ki, xətkeş obrazı humanitariləri qıcıqlandırır. Bunu nəzərə alaraq, riyazi dilə mümkün qədər az müraciət edəcəyik. Bununla belə, tələbənin birölçülü kontinuum termininin bilməsi vacibdir. O, birölçülüyü və fasiləsizliyi bildirir. Məsələn, 0-dan 1-ə kimi həqiqi rəqəmlərin çoxluğu birölçülü kontinuumdur.

Üçüncü tipdən olan məlumatların nəzərdən keçirilməsi kontekstində «humanitar ölçmə» termini yaranır. Bu xüsusi bir yanaşmadır, yəqin ki, onun böyük gələcəyi vardır. Əsas mühakimə empiriyanın terminlərdə analizindən (peşə, cins və s.) imtina etmək və lokal xüsusiyyətlərin dilinə keçməkdən ibarətdir. Bu xüsusiyyətlər binar və ya dixromatik adlandırılan xarakter daşıyırlar. Həkim, xarrat, əczaçı, sosioloq və s. – bunlar peşənin lokal xüsusiyyətləridirlər. Kişi, qadın – bunlar isə cinsin lokal xüsusiyyətləridirlər. Onda, respondenti xarakterizə edən peşə, cins və s. deyil, odur ki, o, həkimdir və ya həkim deyildir, xarratdır və ya xarrat deyildir, kişidir və ya kişi deyildir. Respondent ayrıca xüsusiyyətə ya malikdir, ya da malik deyildir. Diqqət verin, burada empiriya analizinin tamamilə başqa dilinə keçid həyata keçirilir.

İnformasiyanın mövcudluq forması 0 və ya 1 matrisanın xanalarında olan matrisadır. Əgər obyekt xüsusiyyətə malikdirsə, birdir, malik deyilsə - sıfırdır. Belə növlü matrisa üçüncü informasiya tipinin, haqqında danışdığımız yanaşmadan – humanitar ölçmədən asılı olmayan mövcudluq formasıdır. Bu tipin çərçivəsində digər formalar, məhz «obyekt-obyekt», «əlamət-obyekt» növlü matrisalar da yaranır. Belə matrisalar ya «obyekt-əlamət» matrisasından törəmiş olurlar, ya da spesifik informasiya yığımı metodlarının istifadəsi nəticəsində meydana çıxırlar. Biz sizinlə informasiyanın belə mövcudluq formaları ilə rastlaşacayıq.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin