Dərslik Bakı 014 bbk 60. T 12


Seminar və ya müstəqil iş üçün tapşırıq



Yüklə 2,78 Mb.
səhifə33/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   131
Seminar və ya müstəqil iş üçün tapşırıq

Hər bir informasiya tipi üzrə (tip 1, tip 2, tip 3, tip 4, tip 5) aşağıdakı suallara cavab verin:

 Sosioloq informasiya toplanmasında iştirak edir və ya etmir?

 İnformasiya haradan əldə olunur?

 İnformasiyanın mənbəyi kimdir və ya nədir?

 bu tip informasiyanın hansı yığım metodları mövcuddur?

 Sosioloq bu informasiyanın vasitəsilə nəyi analiz edir?

 İnformasiya tipi hansı formalarla mövcuddur?

 Ölçmə bir problem kimi də yaranırmı?

 Hər bir tip istifadəçinin nöqteyi-nəzərindən hansı üstünlüklərə və çatışmazlıqlara malikdir?


Birinci fəsildən çıxan nəticələr
Empirik sosiologiyanın öyrənilməsində əsas çətinlklər ən azı beş problemin mövcudluğu ilə bağlıdır:

  1. anlayışlardan istifadə etməyin çoxmənalı xarakteri;

  2. sosial reallığın öyrənilməsində «statistik» və «humanitar» yanaşmaların mövcudluğu;

  3. sosial fenomenləri anlamaq, təsvir etmək, izah etmək, qabaqcadan görüb ölçmək üçün biliyin əldə edilməsi prosesinin özünün mürəkkəbliyi;

  4. məşhur və geniş istifadə olunan anlayışların elmi və adi anlamasını daim əlaqələndirmək zərunəti;

  5. yanlış problemin qoyulması qorxusu.

2. Empirik sosiologiyada analiz və metod anlayışları başlıca anlayışlardır və çoxmənalı interpretasiyaya malikdirlər. Bu anlayışlarla çox ehtiyatla davranmaq, onları əsasən sözbirləşmələrində işlətmək lazımdır: ilk analiz, ikinci analiz, riyazi analiz, informasiyanın yığım metodu, riyazi metod, sorğu metodu və s.

3. Sosioloji tədqiqat aşağıdakı suallara cavab axtarışı prosesində «doğulur»: Nəyi öyrənməli? Nə üçün və hansı məqsədlərə çatmaq üçün öyrənməli? Harada və hansı şəraitdə öyrənməli? Hansı vasitələrin köməyi ilə öyrənməli? Sualların bu məntiqi zənciri əvvəlcə tədqiqatla tam şəkildə əlaqədə olur, sonra isə tədqiqatın «vicudunda» həm üfüqi, həm də şaquli əlaqələrin formalaşması üçün «işləyir».

4. Müxtəlif informasiya tiplərinə (5 tip) müraciət etmək zərurəti sosiologiyanın öz tədqiqat məsələlərinin mahiyyətindən irəli gəlir. Məsələ nə qədər çətin olsa, sosioloqun istifadə etdiyi informasiya bir o qədər rəngarəng olur. Eyni zamanda o, həm də «hazır» informasiyadan da istifadə edir.

5. Sosioloq hansı növ məlumatlarla işləsə də, o, məlumatların analizinin məntiqi sxemi olmadan (məntiqi formalizasiya) və riyazi metodlardan istifadə etmədən (riyazi formalizasiya) keçinə bilməz. Formalizasiya zəruridir:


  • informasiya yığmaq üçün;

  • informasiya «dənizi» sistemləşdirmək, ümumiləşdirmək üçün;

  • onu saxlamaq və sonrakı işləmələr üçün kompyuterə daxil etmək üçün;

  • empirik indikatorlardan törəmiş göstəriciləri formalaşdırmaq üçün;

  • latent xarakeristikaların axtarışını həyata keçirmək, sosial fenomenlər arasındakı qarşılıqlı əlaqəni analiz etmək və empirik məlumatlar əsasında bilik əldə etmək prosesini bütövlükdə strukturlaşdırmaq üçün.

6. İnformasiyanın əsas mövcudluq formaları dinamik cərgədən, variasiya cərgəsindən məlumatların «obyekt-əlamət» növlü matrisasından ibarətdir. Analizin obyekti rolunda ayrı-ayrı respondentlər, ekspertlər, birliklər (professional, milli və s.), respondent qrupları (ailə, tələbə qrupu, briqada və s.), inzibati vahidlər (rayon, şəhər, ölkə və s.), ayrı-ayrı qəzetlər, müqavilələr, rubrikalar, fəaliyyət növlərinin məcmusu, insanın məşğuliyyəti və s. çıxış edirlər.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin