Şəkil 2.1.4
Biz şkalanı yenə də sıra şkalası hesab edə bilmərik, o, ancaq qismən şıralanıb. Sıra şkalası ilə keçirilməsi mümkün olan əməliyyatlar onun üçün yaranır. Sosioloqlar həmişə sıra şkalalarından istifadə etməyə çalışırlar və bəzən onlarla hətta rəqəmlərlə olduğu kimi işləyirlər, yəni hesab əməliyyatlarını aparırlar. Şkala qiymətlərini ball kimi interpretasiya edərək, müəyyən ümumi və ya orta balları hesablayırıq. Əgər şkala artıq sıra şkalası deyildirsə, hansı hesab əməliyyatlarından danışmaq olar? Anlaşılır ki, şkala ilə aparılan bu əməliyyatlar nəzəri cəhətdən əsaslandırılmayıblar.
Bildiyimiz kimi, cavab verməyənlərin problemini sosioloq filtr-sualları daxil etmək və ya suala «cavab verməyə çətinlik çəkirəm», «bilmirəm», «cavab yoxdur» kimi cavab variantlarını daxil etməklə həll edir. Onda bizdə apriori qismən sıralanmış şkaladır. Bir çox emal prosedurları belə şkalalar ilə müxtəlif iş üsullarını nəzərdə tuturlar ki, şkalanın əsas dərələrinin sıralanması haqqında qiymətli informasiya itkisinə yol verilməsin. İndi isə şkalanın fiziki tipinin metrik olduğu halı nəzərdən keçirək. Məsələn, qəzet oxunmasının müddəti şkalası. Vaxt büdcəsinin tədqiqatlarında biz nə ilə üzləşirik? Məsələn, onunla üzləşirik ki, qəzət oxumayan respondentlərin sayı kifayət qədər böyükdür. Sosioloq yenə də elə situasiyaya düşür ki, bu zaman şkalada şərti olaraq yenə də sıfır meydana çıxır. Amma bu halda söhbət sualın cavabsız qalmasından deyil, «sıfırın» interpretasiyası problemindən gedir. Bizim misalda belə interpretasiyanın iki ehtimalı var. Onlardan birincisi – «sıfır» təsadüfidir, respondent vaxt büdcəsinin fiksasiya olunduğu günlərdə təsadüfən qəzet oxumayıb. Həqiqətən də, vaxt büdcəsinin tədqiqatlarında bəzən ayrıca götürülmüş respondentin ancaq bir gününün fiksasiya olunması müşahidə olunur. Bu zaman biz məşğuliyyətin yoxluğunu respondentin vaxt keçirməsi üçün spesifik hesab edə bilmərik. «Sıfır» təsadüfi bir şey kimi interpretasiya olunur. O zaman şkalanın fiziki tipi faktiki tipi ilə üst-üstə düşür, yəni şkala metrik olur və onun vasitəsilə alınmış məlumatlarla biz rəqəmlərlə olduğu kimi işləyirik.
«Sıfırın» başqa bir interpretasiyası da mümkündür. Vaxt büdcəsinin tədqiq edilməsinin elə halını götürürük ki, bu zaman hər bir respondentin həftə ərzində vaxt keçirməsi müşahidə olunur və fiksasiya edilir. Belə halda məşğələnin yoxluğu respondent üçün xarakterik, spesifik olan vaxt keçirməsi kimi interpretasiya olunmaq hüququna malikdir. Hesab etmək olar ki, respondent ümumiyyətlə qəzet oxumur. Buradan çıxan nəticəni A, B, C, kimi qeyd olunmuş üç respondentin nümunəsində nəzərdən keçirək. Fərz edək ki, respondent A həftə ərzində 60 dəqiqə, respondent B 120 dəqiqə qəzet oxuyur, respondent C isə ümumiyyətlə oxunur. A və B respondentlərinin qəzet oxuması arasındakı fərq, eləcə də A və C respondentləri arasındakı fərq eynidir və 60 dəqiqə təşkil edir. Bir qayda olaraq sosioloqu qəzetlərin oxunması öz-özlüyündə maraqlandırmır, bu onu, məsələn, kütləvi informasiya vasitələrinin istehlakına qoşulma dərəcəsinin və ya siyasiləşmə dərəcəsinin empirik indikatoru kimi maraqlandırır. Bu nöqteyi-nəzərdən birinci (A) və ikinci (B) respondentləri arasında ancaq kəmiyyət fərqi; birinci (A) və üçüncü (C) arasında isə keyfiyyət fərqi müşahidə olunur. Başqa sözlə desək, A və C arasındakı 60 dəqiqəlik fərq A və B arasındakı fərqdən xeyli çoxdur. Buradan belə bir nəticə çıxır ki, «müddət» şkalası üçün şkalanın fiziki tipi faktiki tipi ilə üst-üstə düşmür. O, daha metrik olmur və onun vasitəsilə əldə olunmuş məlumatlarla rəqəmlərlə olduğu kimi işləmək olmaz.
Vaxt büdcəsinin tədqiqatçıları bu spesifikanı yaxşı başa düşürlər. Bu zaman onlar ölçmə ilə bağlı terminologiyadan istifadə etmirlər və sadə hərəkət edirlər. Empiriyanın analizi mərhələsində onlar bizim qeyd etdiyimiz keyfiyyət fərqlərini sezə bilən xüsusi əmsallar tətbiq edirlər:
birincisi, məşğuliyyət üçün orta vaxt sərfini onlar eyni zamanda bütün respondentlər üzrə, həm də aktyorlar üzrə (bu məşğuliyyətin müşahidə olunduğu respondentlər) hesablanır.
İkincisi, «ortaları» məşğuliyyət üçün deyil, fəaliyyət növləri üçün hesablayırlar, yəni məşğuliyyətlərin qabaqcadan qruplarda aqreqatlaşdırılması (birləşdirilməsi) keçirilir.
Empiriyanın analizi zamanı meydana çıxan daha bir sujetin üstündə dayanmağımızın əhəmiyyəti vardır. O, «sosioloji» sıfır adlandırılan problemi ilə bağlıdır. Bu qədər qeyri-adi və ədəbiyyatda işlədilməyən sözbirləşməsi, mənim nəzərimcə, sizin hafizənizdə bu mühüm fenomeni fiksasiya etməyə imkan verəcəkdir. Mahiyyətcə söhbət əvvəlki sujetlərdən irəli gələn nəticələri yekunlaşdırmaqdan gedir. Bəs bu necə problemdir? Bu problem ilə sosioloq iki dəfə üzləşir: informasiyanın yığımı üçün instrumentarilərin formalaşması mərhələsində və empiriya ilə iş mərhələsində. Diqqət verin ki, eyni bir şeyin göstərilməsi üçün biz bilərəkdən müxtəlif terminlərdən istifadə edirik. Məsələn: informasiyanın emalı, empiriya ilə iş məlumatların analizi. Bu onun üçündür ki, siz onları başa düşəsiniz, yadda saxlayasınız və enyi bir şeyin göstərilməsi üçün işlədilən müxtəlif terminlərin istifadə olunduğu elmi ədəbiyyatla tanış olmaq üçün sizin üçün asan olsun.
İnstrumentarilərin formaaşması mərhələsində «sosioloji sıfır» problemi sizə cavab verməyənlərin problemi kimi tanışdır. Onun necə həll olunduğunu siz «… yığım metodları» kursundan bilirsiniz və biz yuxarıda bu barədə də qeyd etmişik. Məlumatların analizi mərhələsində bu problem, birincisi, şkalanın fiziki və faktiki tiplərinin üst-üstə düşməməsi hesabına yaranır. Sıra şkalaları halında bu məhz cavab verməyənlərin hesabına baş verir. Qeyd etmək lazımdır ki, sosioloq bir sıra hallarda «cavab verməyə çətinlik çəkirəm» və «bilmirəm» cavab variantlarından sıra şkalasını itirməmək üçün bilərəkdən istifadə etmir, çünki sıralanmaq imkanı sosioloq üçün çox vaxt qiymətli imkandır.
İkincisi, «sosioloji sıfır» probleminə sıfır qiymətinin interpretasiyası (məşğuliyyətin davamlılığı halında olduğu kimi) da daxildir. Biz sizinlə iki mümkün interpretasiyanı nəzərdən keçirdik ki, onlardan asılı olaraq, analizin texnikası, bəlkə də analizin strategiyası da dəyişir. Sosioloq üçün bu strategiyadır, riyaziyyatçı üçün isə texnika.
Psevdometriklik haqqında, fiziki və faktiki şkala tipləri haqqında, sosioloji sıfır haqqında bütün yuxarıda qeyd olunmuş süjetlər öz aralarında qarşılıqlı şəkildə bağlıdırlar və sosioloji informasiyanın analizi metodologiyasının eyni bir müddəasının müxtəlif nüanslarıdır. Şkala tipinin dərk edilməsi bilavasitə analizin strategiyasına, informasiyanın «emal edilməsi» üsullarının, metodlarının, yollarının seçilməsinə təsir göstərir. Beləliklə, biz ancaq üç şkala tipi ilə «işləyirik»: nominal şkala, sıra şkalası, metrik şkala. Bəs müxtəlif tipli empirik məlumatlarla işləyən zaman sosioloq hansı şkalalara rast gəlir və hansı ölçmə səviyyəsi ilə «işləyirlər»? Tip 1-ə gəldikdə isə, burada əsasən ölçmənin metrik səviyyəsi – kəmiyyətlər, rəqəmlərdir. İkinci və üçüncü tiplərin çərçivəsində isə nominal və sıra səviyyələridir. Dördüncü tipdə bütün şkala tiplərinə rast gəlmək olur. Nəhayət, mətn informasiyası ilə (tip 5) iş prosesində sosioloq əsasən ölçmənin nominal səviyyəsi ilə işləyir, baxmayaraq ki, kontent - analizin ilk nümunələri adi məktəbli xətkeşi ilə bağlıdır.
Dostları ilə paylaş: |