Dərslik Bakı 014 bbk 60. T 12


Şəkil 2.2.1 Məntiqi kvadrat



Yüklə 2,78 Mb.
səhifə44/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   131
Şəkil 2.2.1 Məntiqi kvadrat
Maksimal razılıq a situasiyasında, minimal razılıq e situasiyasında, orta vəziyyətdə razı qalmaq isə c situasiyasında müşahidə olunacaqdır. Siz bəzi situasiyaların eyni hərflərlə göstərilməsinə dqqət verdinizmi? İki elə situasiya f hərfi ilə göstərilib ki, onlara praktiki olaraq məlumatlarda rast gəlmək olmaz, çünki onlarda ziddiyyət vardır. Müəyyən mənada identik olan iki situasiya isə b hərfi ilə göstərilmişdir. Bu hallar üçün razılıq dərəcəsi maksimal olandan az, orta olandan isə çoxdur. Məsələn, tələbə Mixail heç yerə keçmək istəmir, amma yenidən fakültəyə qəbul olunmaq barəsində suala cavab verməyə çətinlik çəkir, tələbə Sergey isə yenidən fakültəyə daxil olmağa hazırdır, amma başqa yerə keçmək barəsində suala cavab verməyə çətinlik çəkir. Müəyyən mənada hesab etmək olar ki, motivləşdirmə gücü onlarda eynidir. Bu zaman o, a situasiyasında olduğu kimi, güclü deyildir, amma c situasiyasından güclüdür. Nəhayət, d hərfi ilə işarə olunmuş iki eyni situasiya. Onlara razı qalmağın orta səviyyəsindən kiçik və minimal səviyyəsindən böyük səviyyə uyğun gəlir. Mülahizələr əvvəlkilərlə analojidir.

Məntiqi kvadrat ona görə belə adlandırılır ki, tədqiqatçı ancaq məntiqi əməliyyatlar aparır, ona görə kvadrat adlandırılır ki, onun mövcudluq forması belədir. Girişdə əlimizdə üç üzvləri olan şkala, çıxışda isə beş dərəcəli sıra şkalası olur. Şkala qiymətlərini kodlaşdırmaq və ya situasiyalara elə şkala qiymətlərini vermək olar ki, aşağıdakı şərtlər yerinə yetirilsin.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin