Dərslik Bakı 014 bbk 60. T 12


Seminar və ya müstəqil iş üçün tapşırıq



Yüklə 2,78 Mb.
səhifə42/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   131
Seminar və ya müstəqil iş üçün tapşırıq

1. Hər bir tələbə tərəfindən əvvəlki tapşırıqda tərtib etdiyi sosial obyektin xüsusiyyətlərini öyrənmək modeli çərçivəsində hər şkala tipi üçün (nominal, sıra, metrik) iki empirik indikatoru fikirləşib tapmaq.

2. Cavabların mümkün variantlarını kodlaşdırmaq. Nominal və sıra şkalaları üçün kodlaşdırmanın bir neçə üsulunu təklif etmək.

2. Məlumatların yiğiminda və analizində indekslər




Vasitəli ölçmə. İndekslərin ölçmə üsulu və empirik informasiyanın analizinin tərkib hissəsi kimi qurulması. Məntiqi kvadrat. Məntiqi düzbucaqlı. Yekun qiymətlərin şkalası. Dövlət statistikasında, mətn informasiyasında indekslər.

Ən geniş yayılmış ölçmə üsulu çərçivəsində – informasiyanın kodlaşdırılması kimi nəzərdə tutulan ölçməyə kifayət qədər sadə yanaşma təklif olunurdu, məsələn, təhsildən razı qalmağın səviyyəsini ölçmək üçün. Qeyd edək ki, bu, ancaq texniki cəhətdən sadədir, yəni bunun üçün empirik indikatoru (anket sualını) fikirləşib tapmaq kifayətdir. Bu ancan üzdən sadə görünür. Belə yanaşmanın əsaslandırılmasına gəldikdə isə, belə əsaslandırılmanın xarakteri tədqiqatçı üçün mürəkkəb xarakter daşıya bilər. Çünki, bizim nəyə görə başqa psixoloji fenomenləri (pessimizm, təhsilə qarşı laqeydlik və s.) deyil, məhz təhsildən «razılığı» ölçdüyümüzü zəruri olaraq sübut etməliyik. Belə sadələşdirilmiş üsulla digər «razı qalmaları» (sağlamlıqdan, sona çatmış təhsildən, ailə həyatından və s.), nəyə isə marağı, narahatlıq səviyyəsini və s. də ölçmək olar. Belə yanaşma öz mahiyyətinə görə nadir hallarda nəzəri cəhətdən əsaslandırılmış olur, amma kütləvi sorğularda onsuz keçinmək çətindir. Belə yanaşmanı tətbiq edərkən bilmək zəruridir ki, onun vasitəsilə əldə edilmiş nəticələrin interpretasiya olunma sərhədləri hansı ölçülərdədir.

Sosial fenomenlərin və xüsusilə attityudlar adlandırılanlarla (yəni sosial istiqamətləndirmələrlə) bağlı olanların düzgün və dərindən öyrənilməsi üçün başqa üsullar vacibdir. Bununla da sosial istiqamətləndirmələrin ölçülməsi, istiqamətləndirmə şkalalarının («sıfır» respondentə aid edilir) yaradılması problemi meydana çıxır.

Yada salaq ki, hələ 1942-ci ildən M.Smit tərəfindən attityudun üç komponentli strukturu müəyyən olundu: koqnitiv komponent (sosial istiqamətləndirmə obyektinin dərk edilməsi); affektiv komponent (obyektin emosional qiymətləndirilməsi, ona qarşı simpatiya və ya antipatiya hissinin aşkara çıxarılması); davranış (konativ) komponenti (obyektə münasibətdə ardıcıl davranış). «Attityud» anlayışının özü daha əvvəl tətbiq olunmuşdur. Sosial istiqamətləndirmə (bu anlayışı Vilyam Tomas 1916-cı ildə tətbiq etmişdir) dərk etmək, qiymətləndirmək, hərəkət etməyə hazır olmaq və ya sosial oybektə qarşı müsbət və ya mənfi reaksiya göstərməyə hazır olmağın psixoloji ifadəsi şəklində olan dəyərli münasibət bəsləmək deməkdir [3, səh. 251, 30, səh.84].

Biz buradan belə bir nəticə çıxardırıq ki, ölçmə prosedurasına başlamazdan əvvəl onu bilmək zəruridir ki, biz, sosioloqlar, sosial istiqamətlənmənin hansı aspektlərini, hansı komponenlərini ölçürük. Aydındır ki, bəzi ölçmə prosedurlarında bu komponentlər öz aralarında bir-birinə sarmaşırlar və ayrılmaz hala gəlirlər.

«Razı qalmaq» fenomeninin ölçülməsinə qayıdaq. Belə bir situasiyanı təsəvvür edək ki, sizə təhsildən razı olmağınız haqqında, mənə isə mənim işimdən razı qalmağım haqqında sual verirlər. Sizin və mənim reaksiyalarımız təqribən eyni olacaqdır və belə bir cavab sualı səsələnəcəkdir: «Siz nəyi nəzərdə tutursunuz?» Biz respondentlər təhsilin və işin bəzi aspektləri ilə razlaşırıq, digərləri isə razılaşmırıq. Birmənalı cavab mümkün deyildir və, müvafiq olaraq, «razı qalmağın» ölçülməsi üçün birbaşa sual isə yaranır. Bu o demək deyildir ki, bizim hər birimizdə «razı qalmaq» yoxdur, lakin bizim bu «müəyyən razılıq dərəcəsinə malik olmaq» xüsusiyyətimiz latent (gizli) xarakter daşıyır. Müəyyən dolayı suallar, axtarılan fenomenin dolayı şəkildə ölçülməsi zəruridir. Onun ölçülə bilməsi hələlik bizdə heç bir şübhə doğurmur.

Belə halda necə hərəkət etməliyik, bu tədqiqat situasiyasından necə çıxış yolu tapmalıyıq? Birinci üçül – ətraflı intervyunün köməyi ilə razılığın və narazılığın bütün aspektlərini aşkarlamaqdır. Daha doğrusu, bu fenomenlər müxtəlif şkalalarla ölçülməlidirlər. Məsələn, məlumdur ki, işdən razı qalmaq [26] fenomeni bir qrup faktor ilə (işə maraq, öz əhəmiyyətini bilmək və s.) bağlıdır. Narazılıq fenomeni isə digər faktor qrupu ilə «gigiyenik» (əmək şəraiti) adlandırılan başqa qrup faktlarla bağlıdır.

«Razı qalmaq» fenomenini ölçmək üçün başqa bir imkan da mövcuddur. Amma, bunun üçün «razı qalmaq» anlayışının tədqiqat məqsələrindən asılı olaraq eksplikasiya (dəqiqləşdirmə) olunması lazımdır. Məsələn, sosioloqu təkcə ümumiyyətlə təhsildən razı qalmaq maraqlandırmaya bilər, ona ancaq sosioloji fakültənin tələbələrinin razılıq səviyyəsi və məhz bu fakültədə ancaq təhsillə motivləşdirmə qüvvəsi kimi və ancaq Moskvanın müxtəlif ali məktəblərinin tələbə-sosioloqlarını müqayisə etmək üçün lazımdır. Məsələn, MDU-nun (Moskva Dövlət Universiteti), MDPİ (Moskva Dövlət Pedaqoji İnstitutu) və DİA-nı (Dövlət İdarəetmə Akademiyasını) götürək. Bunların hamısı sosioloq buraxır. Bu hal üçün məntiqi indekslərin (tərifini bir qədər aşağıda verəcəyik) formalaşdırılması ilə əlaqədar olan ölçmə üsulundan istifadə etmək olar. Onlardan məntiqi kvadrat adlandırılan birini nəzərdən keçirək.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin