Dərslik Bakı 014 bbk 60. T 12II FƏSİL. ÖLÇMƏ ANALİZİN TƏRKİB HİSSƏSİ KİMİ
3. Siz aldığınız təhsildən nə qədər razısınız?
4. Ali təhsil başa vurduqdan sonra ixtisasınıza görə iş tapacağınıza nə qədər əminsiniz?
5. Sizin tam olaraq neçə yaşınız vardır? 6.Siz müstəqil işə (kitabxanalara getmək, seminara hazırlıq) həftədə nə qədər vaxt sərf edirsiniz? Tamamilə aydındır ki, öz tədqiqatını planlaşdıran sosioloq belə qəbildən olan sualların köməyi ilə topladığı informasiyanı necə kodlaşdırmaq, şifrələmək haqqında düşünür. Bu sosioloqa informasiyanı kompüterə daxil etmək, sonra isə onu «həzm etmək», yəni emal etmək, sistemləşdirmək üçün lazımdır. Kodlaşdırmanı istənilən simvolların köməyi ilə aparmaq olar, simvolları kod, şifrə, nişan və sadəcə olaraq «rəqəm» kimi göstərmək olar. Yuxarıda «cins» üç üsulla kodlaşdırılıb: birinci halda hərflərlə (A, B), ikinci halda (1,2) rəqəmləri ilə, üçüncü halda isə (0,1) rəqəmləri ilə. Fakültələr (onların sayı cəmi 16-dır) birinci halda rəqəmlərlə (bunlar sözün əsil mənasında rəqəmlər deyil, rəqəmlərin birləşməsidir – şifrədir, koddur), ikinci halda isə hərflərlə kodlaşdırılıb. Sosiologiyada 1-dən başlayaraq kodlaşdırma aparmaq məqsədəuyğundur, ona görə ki, 1 sualın birinci cavab variantını, 2 isə ikinci cavab variantını bildirir. Kodlaşdırma prosedurunu həm də ölçmə proseduru kimi də (birbaşa və dolayı) göstərmək olar. Nəyə görə? Ona görə ki, aşağıdakı sualları qoymaq tam olaraq qanunauyğundur: Cinsi necə ölçməli? Yaşı necə ölçməli? Fakültəyə mənsubiyyəti necə ölçmək olar? Sualların özləri ilk baxışda təəccüb doğururlar, ona görə ki, onların cavabları sadə və aydındır. Bununla belə cavab birmənalı olmaya da bilər. Apardığı tədqiqatın məqsədindən asılı olaraq, sosioloqun həm xronoloji yaş, həm də əqli yaş (bu yaşların müqayisəsi uşaqların öyrənilməsində xüsusilə vacibdir) maraqlandıra bilər. Sosioloqu həm fizioloji cins, həm də «sosioloji» (kişi və ya qadın şəxsiyyət tipi) cins maraqlandıra bilər. «Təhsildən razılıq» və «işədüzlmə barəsində əminlik» fenomenlərinin ölçülməsinə gəldikdə isə burada birmənalı cavab yoxdur və ola da bilməz. Öyrənmək, ölçmək və analiz nöqteyi-nəzərindən bunlar mürəkkəb fenomenlərdir. Bizim tərəfimizdən «razı qalmağın» yeganə empirik indikatoru kimi üçüncü sualın seçilməsinin izahı çox sadədir. İnsanın həyat fəaliyyətinin müxtəlif tərəflərindən razılığı haqqında bu qəbildən olan suallar sorğu vərəqələrini bir-bir dolaşır. Bu mənada ona verilən cavabın variantları eyni tiplidir. Bu halda cavabın variantlarının kodlaşdırılmasını biz ölçmə hesab edirik. Yuxarıda dörd kodlaşdırma üsulu göstərilmişdir. Bir qədər sonra biz buna qayıdacağıq. Yaşın və müstəqil işə sərf olunan müddətin necə ölçülməsi haqqında suallar da qanunauyğundur və onlara cavab açıq xarakter daşıyır. Ölçmə kimi çox vacib bir anlayışı bir qədər izah etmək üçün haşiyədən bir qədər kənara çıxaq, ölçmənin tərifini isə aşağıda verəcəyik. Gündəlik həyatda bizim hər birimiz ölçmədən istifadə edirik və onun nə olduğunu başa düşürük. Məsələn, məsafə - santimetr, metr, mil, kilometr, işıq ili ilə ölçülür. Ərzaqların kəmiyyəti – ədəd, litr, ton ilə, sahələr – sotlar, hektarlar ilə, temperatur – dərəcələrlə, pul gəliri – manatla, dollar ilə, yaş-illərlə ölçülür. Məşğuliyyətin həyata keçirilməsinə sərf olunan vaxt dəqiqə və saatlarla ölçülür. Adamların gündəlik həyatından, insanın həyat fəaliyyətinin müxtəlif sahələrindən çoxlu belə misal gətirmək olar. Bütün bunlara şkalalar demək olar. Biz yuxarıda bu şkalaları ardıcıl olaraq göstərmişdik: məsafə şkalası, ərzaqların miqdarı şkalası, sahə şkalası, temperatur şkalası, gəlir şkalası, yaş şkalası və müddət şkalası. Adı çəkilən bütün şkalalar fasiləsizdir. Şkalanın üstündəki nişan, mövqe şkalasının qiyməti adlandırılır. Şkala qiymətlərinin mümkün olan bütün məcmusu birölçülü kontinuumu yaradır. Yuxarıda adı çəkilmiş hər bir şkala öz ölçü vahidinə malikdir – santimetr, metr, mil, kilometr, işıq ili, ədəd, litr ton, sotok, hektar, dərəcə, manat, dollar, il, dəqiqə, saat (bütün ölçü vahidlərini yada salmaq üçün ardıcıllıqla sadalayırıq). Hesab olunur ki, əgər hər bir obyektə müvafiq rəqəm aid olunubsa və ölçü vahidi təyin olunubsa, onda obyektlərin məcmusu ölçülə bilər. Gündəlik həyatda ölçmə obyektləri qismində çıxış edən nədir? Yuxarıda göstərilmiş hallar üçün bunlar aşağıdakılardır: şəhərlər və ölkələr arasındakı məsafə. Müxtəlif ərzaq partiyaları. Sahə üçün ayrı-ayrı ərazi parçaları. Əgər söhbət bədən temperaturundan gedirsə – xəstələrin məcmusu, əgər söhbət havadan gedirsə – ayrı-ayrı şəhərlər. Gəlir üçün – ayrı-ayrı insan qrupları və ya ailələr. Yaş üçün – insanların məcmusu. Sürəklilik üçün məşğuliyyətlərin məcmusu və ya insanların toplusu. Başqa cür desək, bizim ölçdüyümüz hər şey (canlı və ya cansız) ölçmə obyektidir. Başqa sözlə desək, ölçmə prosesində ölçmə obyektləri arasındakı münasibətlər rəqəmlər arasındakı münasibətlərdə əks olunur. Rəqəmlərin müqayisəsi zamanı onların haqqında belə demək olar: -bərabərdir – bərabər deyildir; çoxdur – azdır; -nə qədər çoxdur/azdır; -neçə dəfə çoxdur/azdır. Bu dörd müqayisənin hamısı eyni zamanda rəqəmlər arasındakı münasibətləri xarakterizə edir. Məsələn, tam ədədlərin məcmusu və ya həqiqi rəqəmlərin məcmusu. Bizim üçün başa düşülməsi vacib olan odur ki, əgər ölçmə obyektləri arasındakı münasibətlər rəqəmlərdə əks olunubsa, onda bütün bu müqayisələr onlar üçün də mümkündür. Gündəlik həyatda biz tamamilə sakit halda ölçmədən istifadə edirik və bunun arxasında nəyin olduğunu düşünmürük. Sosiologiyada ölçmə obyektləri arasındakı münasibətlər təkcə rəqəmlərlə deyil, həm də başqa riyazi konstruksiyalarla (məsələn, qrafalarda) əks oluna bilərlər. Bu birincisidir. İkincisi, yuxarıda sadaladığımız dörd münasibətdən heç də hamısı deyil, ancaq onların bir hissəsinin əks olunmasından danışmaq olar. Obyektlərin xüsusiyyətlərini öyrənən modellər yada salaq – bu barədə artıq danışmışdıq (gənc ailənin maddi təminatı, siyasi aktivlik, rayonun nüfuzluluğu). Biz bu modelləri ona görə qurduq ki, empirik obyektləri öz aralarında müqayisə etmək (bərabərdir – bərabər deyil, çoxdur-azdır) imkanını əldə edək. Ona diqqət verin ki, onları həm də ölçmə modeli kimi də interpretasiya etmək mümkün olsun. Lakin onları quran zaman bir ölçmə haqqında düşünmürdük. Düşünsəydik də, söhbət təkcə birölçülü kontinuum barəsində gedə bilməzdi, çünki, obyektin xüsusiyyətləri praktiki olaraq həmişə çoxölçülüdür, çoxaspektlidir, çoxfaktorludur. Sosiologiyada bir qayda olaraq ölçmə vahidləri yoxdur. Məsələn, siyasi aktivliyin, təhsilə münasibətin nə cür ölçmə vahidi ola bilər? Bununla belə siyasi aktivlik və təhsilə münasibəti ölçmə üçün şkalanı «fikirləşib düzəltmək» olar. Nəyə görə? İstənilən ölçmənin məqsədi müqayisə etmək imkanıdır. Tələbələri siyasi aktivlik səviyyəsinə görə müqayisə etmək qanunauyğundur. Tələbələrin təhsilə münasibətinə görə müqayisəsi də qanunauyğundur. Bununla belə onların ölçülməsi də mümkündür. Başqa bir sual meydana çıxır – bunu birölçülü şkalanın vasitəsilə etmək olarmı? Bütün bu mülahizələrdən sonra «ölçmə» anlayışının tərifini vermək olar. Bir neçə təklif mövcuddur. Məsələn, V.A.Yadovun kitabında [29, səh.84] aşağıdakı tərif verilir: Yüklə 2,78 Mb. Dostları ilə paylaş: |