Misal 2.
Tələbənin «siyasi fəallıq» kimi xüsusiyyətinin öyrənilməsinin modeli. Əvvəlki halda olduğu kimi, yenə də araşdırmanın məqsədi tələbə A-nın tələbə B-dən aktiv olduğunu və ya hər iki tələbənin siyasi aktivliyinin eyni olduğunu təsdiq etməyin mümkün olmasıdır.
Diqqət verin, biz «nə qədər?» sualını vermirik. Belə suala cavab tapmaq xüsusiyyətlərin mürəkkəbliyi üzündən mənasız ola bilərdi. Bu qəbildən olan suallara cavab axtarışı ilə sosiologiyanın spesifik sahəsi olan ölçü nəzəriyyəsi məşğul olur. Baxmayaraq ki, əsasında «bərabərdir – bərabər deyil», «çox-az» kimi müqayisələrin keçirildiyi modellərin reallaşdırılmasını da ölçmə adlandırmaq olar. Biz buna hələ qaydıcağıq, çünki, kitabın növbəti fəsli ölçmə üsullarına həsr olunmuşdur.
«Siyasi fəallıq» xüsusiyyətinə qayıdaq. Bu xüsusiyyət – sosial istiqamətləndirmədir. Hər bir başqa sosial istiqamətləndirmədə olduğu kimi onun da öyrənilməsində üç komponent və ya element: koqnitiv, affektiv (emosional) və konativ (davranış) nəzərdən keçirilə bilər. Sosiologiyada bu elementlərin öyrənilməsinin sadələşdirilmiş üsulu mövcuddur. Koqnitiv komponent «Siz filan şeyi və filan şeyi hansı dərəcədə bilirsiniz?» tipli sualla yerinə yetirilir. Affektiv komponent isə «Siz filan şeyi və filan şeyi necə qiymətləndirirsiniz və ya nə qədər arzulayırsınız?» tipli sualla yerinə yetirilir. Konativ komponent tipli «Siz özünüzü bu və ya digər situasiyada necə aparardınız?» tipli suallarla yerinə yetirilir. Aydındır ki, bu sadə (bununla da çox rahat), amma çox səthi üsuldur.
Siyasi fəallığın dərindən öyrənilməsi məlumatların əldə edilməsinin başqa yollarını tələb edir. Məsələn, davranış komponenti üçün söhbət ancaq üç üsuldan gedə bilər. Birincisi, müəyyən zaman ərzində vaxt büdcəsinin istifadəsinini öyrənilməsinə əsaslanır. İkinci üsul tələbələrin və vaxtkeçirmələrinə verdikləri qiymətlərə əsaslanır. Nəhayət, üçüncü üsul – siyasi fəallıq haqqında leytmotiv intervü. Nəticənin təbii olması üçün «siyasi fəllığın» davranış komponentini aşağıdakı məhz bu üç tip informasiyanın köməyi ilə öyrənmək olar:
vaxt büdcələri;
anketləşdirmənin məlumatları;
mətn məlumatları.
Emosional komponentə, yəni müəyyən siyasi aktivliyə hazırlığın öyrənilməsinə gəldikdə isə tamamilə aydındır ki, tələbəyə birbaşa verilən sualların köməyi ilə belə hazırlığı çətin ki, öyrənmək olsun. Belə halda psixologiya sahəsindən bəzi metodlar, məsələn, psixoloji testləşdirmə metodları zəruridirlər. Əslində, söhbət mürəkkəb strukturlu sorğu vərəqəsinin istifadəsinin zəruri olmasından gedə bilər.
Beləliklə, siyasi fəallığın bir xüsusiyyət kimi öyrənilməsi üçün müxtəlif tipli sosioloji informasiya lazım ola bilər:
sadə strukturlu anketlərin vasitəsilə əldə edilən məlumatlar;
vaxt keçirmə (vaxt büdcəsi) haqqında məlumatlar;
mürəkkəb quruluşlu anketlərin vasitəsilə əldə olunan məlumatlar;
mətn məlumatları – intervyu nəticələri.
Misal 3
Moskvanın rayonlarının «nüfuzluluq» kimi xüsusiyyətini öyrənmək üçün model. Məlum olduğu kimi, Moskvanın ayrı-ayrı rayonlarının nüfuzluluq indeksləri mövcuddur və onlar kütləvi informasiya vasitələrində çap olunublar. Bu indeksləri işləyib hazırlayanların hansı modeldən istifadə etməkləri bizə məlum deyildir. Təsəvvür edək ki, belə modeli biz özümüz qururuq. Aşağıdakılar rayonların prestijliliyinin tərkib hissələri ola bilərlər:
1. Rayonda ekoloji situasiyanın göstəriciləri.
2. Rayonun infrastrukturunun inkişaf dərəcəsi.
3. Rayonun obrazı onun sakinlərinin gözü ilə.
4. Rayonun obrazı Moskva sakinlərinin gözü ilə.
5. Rayonun obrazı ekspertlərin gözü ilə.
Bu mümkün elementlərdən birincisini nəzərdən keçirək. Burada biz iki situasiya ilə toqquşa bilərik: bizi maraqlandıran göstəricilər dövlət statistikasında ola da bilər, olmaya da bilər. İkinci halda sosioloq ekspertlərin rəyinə müraciət etməli olacağıq.
İkinci elementin uçotu dövlət statistikasına müraciət edilməsini tələb edir. Digər elementlərə gəldikdə isə onlar üçün informasiya mənbəyi fərd olduğu üçün, onda bu mənbədən biz iki növ informasiya ala bilərik: anket məlumatları və ya intervünün mətn məlumatları.
Beləliklə, nəticəyə gəlirik ki, rayonun nüfuzluluğunu öyrənmək üçün aşağıdakı informasiya növləri zəruridir:
dövlət statistikası;
anketləşdirmə məlumatları;
mətn məlumatları.
«Siyasi partiyanın populyarlığı», «tələbə qrupunun yekdilliyi», «tələbənin ünsiyyəti», «gənclərin yaşlı adamlara münasibəti», «sosioloq-praktikin savadlılıq dərəcəsi», «firmada kadr axıcılığı» və s. kimi xüsusiyyətlərin öyrənilməsi üçün müstəqil olaraq model qurmağa çalışın.
Model qurmağa başlayarkən əvvəlcədən nişan aldığımız məqsədə bir daha diqqətinizi verin. Məqsəd isə sadədir – empirik obyektləri müqayisə etmək imkanına malik olmaq. Əlbəttə ki, bu qurulan modelin məqsədlərindən ancaq biridir. Bu modelləri məntiqi cəhətdən tamamlamağa, yəni konkret empirik indikatorların məcmusuna nail olmağa çan atsaq, onda modelin qurulmasının başqa məqsədlərinin də göstərilməsi zəruridir.
«Səfil adamın savad səviyyəsi» və «Sosioloqun savad səviyyəsi», «Kənd sakininin siyasi aktivliyi» və s. öyrənilməsinin modellərini müqayisə etməyi sınayın. Tamamilə aydındır ki, modellər təkcə tədqiqat obyektindən asılı olaraq müxtəlif olmayacaqlar, həm də ona görə müxtəlif olacaqlar ki, biz həmin şeyə görə maraqlandığımız xüsusiyyəti öyrənirik. Qeyd etdiyimiz sualların məntiqi zəncirdən ilk üç suala cavab tapmayınca heç bir modeli qurmaq olmaq, yəni:
Dostları ilə paylaş: |