Dərslik Bakı 014 bbk 60. T 12


Seminar və ya müstəqil iş üçün tapşırıq



Yüklə 2,78 Mb.
səhifə20/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   131
Seminar və ya müstəqil iş üçün tapşırıq.

1. Mətndə qeyd olunmuş termin və anlayışların lüğətini tərtib etmək. Tərifi hələ verilməmiş terminləri də ora daxil etmək. Materialın mənimsənilməsinin sonrakı gedişində sizim bu tərifləri verməyə imkanınız olacaqdır.

2. Müəyyən sosial problemi seçmək. Onun sərhədlərində ancaq statistik yanaşma, ancaq humanitar yanaşma, hər ikisinin müxtəlif ardıcıllıqla əlaqələndirilməsi çərçivəsində öyrənilə biləcək sosial fenomenləri işarə etmək.

2. Obyektin xüsusiyyətlərinin öyrənilməsi modeli




Sualların məntiqi zənciri: nəyi öyrənmək? Nəyə görə və hansı məqsədlərə çatmaq üçün öyrənmək? Harada və hansı şəraitdə öyrənmək? Hansı vasitələrin köməyi ilə öyrənmək? Xüsusiyyətlərin öyrənilməsi modellərindən nümunələr: «ailənin «maddi təminatı», tələbənin «siyasi aktivliyi», rayonun «nüfuzu». Xüsusiyyətlər, dəyişənlər, əlamətlər – anlayışların qarşılıqlı əlaqəsi.

Sosiologiyada nəzəri və empirik bilik səviyyələrinin bir-birinə qarşılıqlı təsiri kimi əbədi problemi mövcuddur. Analizin metodologiyasının predmeti elə bu qarşılıqlı təsiri öyrənməkdir. Sosioloji tədqiqatın «doğulması» ya «Nəyi öyrənmək?», ya da «Nəyə görə və hansı məqsədlərə çatmaq üçün öyrənmək?» kimi suallara cavabdan başlanır. Bütün tədqiqatlar hansı yanaşmanın çərçivəsində keçiriləcəyindən asılı olmayaraq planlaşdırırlar. Bəzi tədqiqatlarda proqramların olması təbiidir, lakin elə bir hallar da olur ki, belə proqramın həmişə qəbul olunduğu kimi olmasında heç ehtiyac yoxdur25, s.42-81. Ədəbiyyatda təsvir olunan proqram ardıcıllığı, tədqiqatçının atdığı addımların ardıcıllığı ilə az uzlaşır. Bu ardıcıllıq daha çox sosioloji tədqiqatın nəticələrini təqdim etmək üçün zəruridir.

Sosioloji tədqiqatın «dünyaya gəlməsi» üçün bir çox üsullar mövcuddur. Burada həddindən artıq sərtlik və sərbəstlik eyni dərəcədə qəbulolunmazdır. Biz, demək olar ki, istənilən tədqiqatlarda yaxşı «işləyən» bir üsulun üstündə duracayıq. Bunun üçün sualları məntiqi zəncirlə verməyə başlayaq.

Nəyi öyrənmək? Nəyə görə və hansı məqsədlərə çatmaq üçün öyrənmək? Harada və hansı şəraitdə öyrənmək? Hansı vasitələrin köməyi ilə öyrənmək?

Əgər söhbət tam tədqiqatdan gedirsə, onda bu məntiqi zəncirin rolu təbii və anlaşılandır. Bununla belə onun rolu təkcə bununla məhdudlaşmır. Məlum olmuşdur ki, bu sualları tədqiqatın bir növ «vücudunun» daxilində olan həm üfüqi, həm də şaquli əlaqələrin nəzərdən keçirilməsi zamanı sosioloqa vermək həm yerinə düşür, həm də faydalıdır. Söhbətin hansı əlaqələrdən getdiyini izah edək. Əgər sadə sxemdən çıxış etsək, onda tədqiqatın planlaşdırılmasında sosioloq üç səviyyə müəyyən edir. Yuxarıda bu barədə sosioloji tədqiqatın üç tərkib elementi kimi artıq danışmıqdıq. Burada kiçik bir haşiyə çıxmaq yerinə düşərdi.



Eyni bir şey haqqında biz gah bir, gah da başqa sözlərlə danışmağa məcburuq ki, bu da tələbədə çaşqınlıq yaradır. Sosioloqun «dili» genişdir və siz sosioloji tədqiqatın metodları və metodologiyası haqqında çoxlu başqa kitab oxuyaraq olduqca bəsitdən tutmuş həddindən artıq mürəkkəb olan müxtəlif cür stil və kontekstlərlə toquşacaqsınız. Buna görə də «üzməyi» öyrənmək üçün anlayış aparatının «okeanına» mütləq dalmaq lazımdır.

Eyni kitablara müntəzəm olaraq müraciət etməyin lazım olacağını desək, heç bir kəşf etmiş olmarıq. Əvvəlcə bu kitabları diaqonal üzrə, sonra əsaslı şəkildə, daha sonra isə eyni tematikadan olan başqa kitablarla müqayisə edərək, oxumaq lazım olacaqdır. Bu proses məcburidir və xüsusilə də metodoloji xarakterdə olan ədəbiyyatla iş zamanı.

Sosioloji tədqiqatın üç səviyyəsinə qayıdaq:

1. Tədqiqatın konseptual sxemi (tədqiqatın predmeti və obyekti, tədqiqatın məqsədi, məsələləri, hipotezləri, anlayış aparatı).

2. Empirik məlumatların yığım metodikası (məsələlərin, hipotezlərin, anlayışların empirik interpretasiyası; tədqiqatın instrumentarisi).

3. Məlumatların emalının metodikası (informasiyanın təqdimatının formaları, ilkin analiz metodları, riyazi metodlardan istifadə).

Bu səviyyələrin hər birində yuxarıda qeyd olunmuş sualların məntiqi zənciri tədqiqatda olan üfüqi əlaqələri dəqiqləşdirərək, funksional rol oynayır. Məsələn, hətta ayılıqda götürülmüş sorğu vərəqəsinin empirik indikatorunun dərk etmək imkanını müəyyən olunmuş məntiqi zəncirin köməyi ilə analizdən keçirmək olar. Onda biz növbəti sualları veririk:




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin