Xahiş edirik, Sizin ailənin maddi vəziyyətini ən yaxşı xarakterizə edən fikirlərdən birini qeyd edin:
Çox şeydən imtina etməli oluram. Pul ən zəruri olan şeylərə çatmır.
Gündəlik xərclərə pulumuz çatır, amma geyimin alınması zamanı çətinlik yaranır.
Bizə pul əsasən çatır, biz hətta uzun müddət istifadə olunan əşyaların alınması üçün də pul toplaya bilərik.
Uzun müddət istifadə olunan əşyaların alınması üçün heç bir çətinlik yoxdur.
Maddi təminat, bizi kifayət qədər dar aspektdə maraqlandıranda, belə model istifadə olunur. Müxtəlif ailə tiplərinin (nə qədər mülahizə varsa, bir o qədər də ailə tipi vardır) mövcudluğu haqqında bu informasiya tədqiqatda qarşıya qoyulmuş məqsədə çatmaq üçün kifayət qədər yetərli ola bilər. Dörd ailə tipinin qeyd edilməsi buna misaldır. Bizim empirik indikatorun idrak imkanları məhz maddi cəhətdən müxtəlif səviyyələrdə olan dörd tip tələbə ailəsinin mövcudluğu faktının konstatasiyası ilə məhdudlaşdırılıb.
Bununla belə maddi təminat (MT) bir xüsusiyyət kimi daha dərin analiz edilmək məqsədilə digər xüsusiyyətlərlə qarşılıqlı əlaqədə öyrənilə bilər. Məsələn, maddi təminata görə müxtəlif olan ailə tiplərinin mövcudluğunu izah edən faktorların öyrənilməsi üçün. O zaman digər, daha mürəkkəb olan modelin olmasına zərurət yarana bilər. Aydındır ki, bu hal üçün maddi təminatın tərkib hissələri bunlardır:
1. Pul gəliri;
2. Qeyri-pul mənşəli maddi gəlir;
Birinci hissəyə daxildir:
1.1. Təqaüd
1.2. Valideynlərin, qohumların yardımı
1.3. Daimi qazanc
1.4. Müvəqqəti qazanc.
İkinci hissə iki elementə bölünür:
2.1.Ailənin artıq malik olduğu və ya malik olmadığı (ev avadanlığı və həyati rahatlığa görə lazım olan şeylər, məsələn, mənzil, maşın, videomaqnitofon və s.)
2.2.Ailənin malik olduğu şeylərin keyfiyyəti.
Beləliklə, maddi təminatın öyrənilməsi modelini qurmaq üçün opersionallaşdırma prosedurasını mərhələlərlə keçirməyə davam edərək, ən son mərhələdə empirik indikatorların məcmusuna yaxınlaşa bilərik. Bunlar müşahidə olunan əlamətlərdir, onların qiymətini tədqiqat prosesində əldə etmək olar. İndiki halda iki informasiya mənbəyini nəzərdən keçirmək mümkündür. Birincisi, bu ailənin özüdür. İkincisi, onun əhatəsidir. Hər iki halda informasiya ya sərt strukturlaşdırılmış sorğu metodları (anket məlumatları) əsasında əldə olunur. Yada salaq ki, narrativ (hekayə şəklində) intervyudan fərqli olaraq, leytmotiv intervyu tapşırılmış mövzuda olan intervyudür. Bu modelin nəzərdən keçirilməsində bizə vacib olanı nəticədir: modelin özü müəyyən informasiya tipinə müraciət etməyi tələb edir. Əlimizdəki halda anketləşdirmə və ya mətn məlumatları və ya həm bunlar və həm də onlar belədirlər.
Dostları ilə paylaş: |