Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə86/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   131
Cədvəl 3.1.2

Tələbələrin təhsildən qane olmaq dərəcəsinə görə bölgüsü.


Göstəricilər

Tələbələrin təhsildən

qane olmaq dərəcəsi



Cəmisi

1

2

3

4

5

Mütləq sıxlıq

200

300

200

250

50

1000

Paylarda olan nisbi sıxlıq (sıxlıq)

0.2

0.3

0.2

0.25

0.05

1

Nisbi sıxlıq (faizlə)

20

30

20

25

5

100

Toplanmış sıxlıq

20

50

70

95

100



Toplanmış sıxlığın hansı məna verdiyini yada salaq. Məsələn, 3.1.2 cədvəlində 70% bərabər sıxlıq o deməkdir ki, razı qalmaq dərəcəsi dörddən az olan tələbələrin sayı sorğulananların 70%-ni, üçdən az olanlar isə 56%-ni təşkil edir. Metrik şkala halına keçək. “Sürəkliliyin” bölgüsünü cədvəldə göstərmək üçün onun dəyişmə diapazonunu ayrı – ayrı intervallara ayırmaq lazımdır. Mühüm olan bir şeyi qeyd etmək lazımdır ki, bölgünü heç də həmişə cədvəl şəklində verməyin mənası yoxdur, belə ki, intervallara ayırmağın heç də həmişə mənası olmur, məsələn, dinamik cərgələr üçün, və ya vaxt büdcəsinin tədqiqində sərf olunan vaxtın müddəti üçün. Bu ona görə baş verir ki, bölgünün xarakterini təsvir edən xarakteristikalara dərhal keçmək olar. Həm də onu nəzərdə saxlamaq zəruridir ki, əlamət həmişə diskretiv xarakterdə (ancaq tam rəqəmlərə rast gəlinir) və ya aramsız xarakterdə (tam və kəsri olan rəqəmlərə rast gəlinir) olur. Aramsızlıqla əsasən empirilərin analizi mərhələsində analitik indekslərlə iş zamanı rastlaşırıq.

Bizim üçüncü əlamət – təhsilə sərf olunan vaxtın müddəti – dəqiqələrlə ifadə olunubsa, diskretiv xarakter, saatlarla ifadə olunubsa - aramsız xarakter daşıyır. Sonuncu halda dayanaq. Hər bir tələbə üçün bu törəmə göstərici onun təhsilə sərf etdiyi orta günlük (saatla) vaxt sərfinə bərabərdir. Intervalları daxil edən və hər bir intervala daxil edilmiş tələbələrin sayını müəyyən edək. Empiriya ilə işləyən bir çox başqa elmlərdən fərqli olaraq sosiologiyada intervallara ayırma formal xarakter daşıya bilməz. Belə ayırma həmişə tədqiqat məsələlərindən asılı olaraq, dəqiq desək, sonrakı analiz prosesində əlamətin necə və nə üçün istifadə olunmasından asılı olaraq baş verir. Buna görə də sosioloq bu zaman “məlumatların qruplaşması”, “məlumatların tipoloji qruplaşması” anlayışlarından istifadə edir.

Təhsilə sərf olunan vaxtın müddətinin dəyişməsi intervallarını ayırarkən bizim seçməmizdə rast gəldiyimiz maksimal və minimal müddətlərin qiymətlərinə əsaslanırıq. Bu kəmiyyətlər arasındakı fərq variasion amplituda adlandırılır. Minimal müddəti bilmədən birinci intervalın aşağı sərhəddini müəyyən etmək, maksimal müddəti bilmədən isə sonuncu intervalın yuxarı sərhəddini müəyyən etmək olmaz. Fərz edək ki, bizim halda maksimum (max) 9 saata bərabərdir, minimum (min) isə 0 saata bərabərdir. Sonuncu faktı onunla izah etmək olar ki, seçməyə xəstə tələbələr düşüblər: həftəlik vaxt büdcəsində onların “təhsil müddətinə” daxil olan heç bir məşğələsi olmamışdır. Bu fakt təəccüb doğurmasın deyə qeyd edək ki, tələbənin vaxt büdcəsi haqqında informasiyanın yığımı sorğudan bir həftə qabaq baş verir.

Onda bizim intervallarımız (onlar cəmi 6 ədəddir) bu qaydada görünə bilərlər:


  1. 0 – 1 saat

  2. 1 – 2.5 saat

  3. 2.5 – 4 saat

  4. 4 – 7 saat

  5. 7 – 8 saat

  6. 8 – 9 saat

Bizim nəyə görə məhz belə intervalları seçməyimizin səbəbini fikirləşib tapmaq o qədər də çətin deyildir. Məsələn, sonuncu intervala “zəhmətkeş” tələbə, birinciyə müəyyən səbəb üzündən təhsil prosesindən “çıxarılanlar”, dördüncüyə isə modal (ən geniş yayılmış) tələbə qrupu daxil olacaqdır. Onu da deyək ki, bu fakt deyil, hipotezdir və ola bilsin ki, real həyatda təsdiq olunmasın. Əyanilik üçün 3.1.1 şəklində bu intervallar xətkeşin üstündəki dərəcələr kimi göstərilmişdir.
0 1 2.5 4 7 8 9



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin