Qızlar üçün qoşulma cədvəli
|
Təhsildən razılıqları
dörd olanlar.
|
“Qalanları”
|
Cəmisi
|
Gələcək
politoloqlar
|
20
|
20
|
40
|
“Qeyri –
politoloqlar”
|
20
|
500
|
520
|
Cəmisi
|
20
|
520
|
560
|
Cədvəl 3.4.3
Gənc oğlanlar üçün qoşulma cədvəli
|
Təhsildən razılıqları
dörd olanlar.
|
“Qalanları”
|
Cəmisi
|
Gələcək
politoloqlar
|
10
|
50
|
60
|
“Qeyri –
politoloqlar”
|
200
|
180
|
380
|
Cəmisi
|
210
|
230
|
440
|
Yul əmsalını oğlanlar üçün (Qm) və qızlar üçün (Qf) hesablayaq. Birincisi təqribən -0.9-yə, ikincisi isə 0.7-a bərabərdir.
Birincisi, bunu görmək o qədər də çətin deyil ki, həm bu, həm də digər halda statistik müstəqillikdən daha çox statistik asılılıq müşahidə olunur. İkincisi, əslində bizim seçmələr üçün əlaqə xarakteri həqiqətən də müxtəlifdir. Qızlar üçün belə bir nəticə alınıb: ya bütün gələcək politloqlar razıdırlar, ya da politoloq olmayanlar razılıq üzrə “qalanlarına” aid edilirlər. Oğlanlar üçün tamamilə başqa nəticə alınmışdır: ya demək olar ki, bütün politoloqlar razılığa görə “qalanlara” daxildirlər, ya da “qeyri - politoloqlar” təhsildən razıdırlar.
Bu səbəb üzündən tələbənin cinsi nəzərə alınmadan hesablanmış Yul əmsalının qiyməti əlaqənin olmamasını göstərmişdir. Sosioloq üçün belə situasiya korrelyasiya əlaqəsinin olmaması haqqında yalan kimi qeyd oluna bilər, bu əlaqə vasitəli əlaqənin – hansının ki, xarakteri müxtəlif obyekt qruplarında tamamilə əksdir – mövcudluğundan irəli gəlir. Bu misal göstərir ki, əmsalların konkret qiymətlərini çox ehtiyatla interpretasiya etmək lazımdır. Bu halı qrafik olaraq şəkil 3.4.2-də təsvir olunmuş qrafa illyustasiya edir. 1-ci və 6-cı əlamətlər arasındakı əlaqə müşahidə olunmur. Elə həmin vaxt 1-ci və 5-ci, eləcə də 5-ci və 6-cı əlamətlər arasında əlaqə müşahidə olunur.
Yanlış korrelyasiya əlaqələrinin digər situasiyası daha da aydındır. Bu o zaman olur ki, əmsalın böyük qiyməti xüsusiyyətlər arasındakı güclü əlaqə ilə deyil, onunla şərtləndirilir ki, bu xüsusiyyətlərin hər birinin mövcudluğu eyni səbəblə bağlıdır. Elə həmin 3.4.2 cədvəlində olan üçbucaq da şübhə doğurur. Əmsalların böyük və kiçik qiymətlərinin interpretasiyası analiz zamanı xüsusi diqqət tələb edir. Bu nəticə sosioloqun işlədiyi bütün əmsallara eyni şəkildə aiddir. İndi isə (r*s) növündən olan qoşulma cədvəli halı üçün əmsalların nəzərdən keçirilməsinə keçək. Bizim 3.3.1 cədvəlimizə qayıdaq: orada r=6, S=5-dir.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hər bir xanaya uyğun olaraq intensivliyi (sətir üzrə faiz) və həcmi (sütun üzrə faiz) olan birbaşa determinasiyanı (peşədən razılığa doğru) həm də bunun əksini (razılıqdan peşəyə) qoymaq olar. Cədvəlin sonrakı analizi bu xarakteristikaların məcmusu üzrə aparılır. Güclü lokal əlaqələri göstərmək üçün adətən intensivliyin və həcmin qiymətlərinə məhdudiyyətlər qoyulur. Əslində söhbət bütün lokal əlaqələrin ranjirlənməsindən gedir. Bu halda “gələcək peşə” və “təhsildən razılıq” fenomenlərinin qarşılıqlı əlaqəsi məsələsi qoyulmur, bir növ determinasiya zəncirləri axtarılır ki, gələcəkdə onlardan faktor sindromları və səbəb – nəticə münasibətləri haqqında hipotezin formalaşdırılması üçün istifadə edilə bilər. Yada salaq ki, analizin yüksələn strategiyası tədqiqatlarda məhz yeni hipotezlərin formalaşdırılmasına xidmət edir.
Yuxarıda qeyd olunmuş lokal əlaqələrin analizinin “dili” – determinasiya dili – kifayət qədər asanlıqla çoxölçülü hal üçün istifadə oluna bilər. Amma, bu elmi işə [13] müraciət etmək üçün müəyyən qədər riyazi hazırlıq səviyyəsinə malik olmaq lazımdır.
2 (xi – kvadrat) əsaslanan əlaqə ölçüləri.
“Gələcək peşə” və “təhsildən razılıq” fenomenləri arasında statistik müstəqillik situasiyasında bizim qoşulma cədvəlinin necə görünəcəyini təsəvvür edək. Yada salmaq çətin deyildir ki, statistik müstəqillik zamanı, məsələn (1,4) xanasındakı sıxlıq üçün aşağıdakı nisbətə əməl olunur.
, yəni
Əgər indi bunu ümumi şəkildə yazsaq (yəni istənilən (ij) xanası üçün), onda statistik müstəqillik halında:
nisbəti düzgün olacaqdır.
Bu sıxlığı real sıxlıqdan fərqləndirmək üçün nəzəri sıxlıq adlandırmaq və kimi işarə etmək olar. 3.4.4 cədvəlində bizim 3.3.1 cədvəlimizdən götürülmüş real və nəzəri sıxlıqlar göstərilmişdir. Onlardan birincilər xananın yuxarı sol küncündə, ikincilər isə xananın aşağı sağ küncündədirlər.
Cədvəl 3.4.4
Dostları ilə paylaş: |