Birinci problem.
Sosiologiyada anlayışlardan istifadənin çoxmənalı xarakteri. Analiz, formalizasiya, operasionalizasiya və metod kimi ən ümumi anlayışları götürək. Məlumdur ki, formal məntiqdə (fəlsəfənin bir sahəsidir) analiz tamın elementlərə parçalanması, bölüşdürülməsidir, sintez isə elementlərin tamda birləşdirilməsidir. Empirik sosiologiyada «analiz» həm parçalanma, həm də birləşdirmə proseduralarını özündə cəmləyir.
Sosioloq sosial reallığın öyrənilməsi modelini qurarkən (o, mücərrəd şəkildə bu modeli həmişə qurur) o, bu reallığı bir növ tərkib hissələrinə, elementlərə ayırır. Söhbət olduqca keyfiyyətli modellərdən, tədqiq olunan reallıq fraqmentinin qavranılmasından gedir. Axı hər bir sosioloq öz şəxsi dünyagörüşünə, bu reallığın şəxsi qavranılma dilinə malikdir, yəni, o, həmişə hər hansı bir paradiqmanın ardıcılı, hər hansı bir orta səviyyəli nəzəriyyənin tərəfdarıdır. Bütün bunları isə sosioloqun mücərrəd şəkildə qurduğu model kimi göstərmək olar.
Humanitar elmləri öyrənən tələbələr üçün «model» termini neqativ münasibətin yaranmasına səbəb olur və hər hansı bir formalizm, riyaziyyat ilə bağlanılır ki, onu da onlar apriori kimi qəbul etmirlər. «Model» - analiz dilinin elementidir. Ancaq istisna təşkil edən hallarda riyazi modellər bu modellərin növü ola bilər.
Nə zaman ki, sosioloq empirik qanunauyğunluqları interpretasiya edir, o, xüsusidən ümumiyə keçmək üçün birləşdirmə prosedurunu həyata keçirir.
Dostları ilə paylaş: |