Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə67/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   131
Cədvəl 2.3.3

Doqquz respondentin sorğuya tutulmasının nəticələri


Respondentin

nömrəsi


Mülahizələr

Yekun

1

A

B

V

Q

D

E




2

+

-

+

+

+

+

5

3

+

+

-

-

-

+

3

4

+

+

+

+

+

+

6

5

-

-

-

-

-

+

1

6

+

+

-

+

+

+

5

7

+

+

-

+

+

+

5

8

+

-

-

+

-

+

3

9

+

+

-

+

-

+

4

yekun

8

6

3

7

5

9



2.3.3 cədvəli mülahizələr məcmusunun ierarxik struktura malik olması haqqında hipotezi yoxlamağa imkan verir. Başqa sözlə, desək, biz şkalanın keyfiyyətini, yekun sütununda təqdim olunmuş qiymətlər məcmusunun keyfiyyətini yoxlaya bilərik.

3. Şkalanın keyfiyyətinin yoxlanması.

Respondentlərin cavablarının uzlaşmasını müəyyən etmək məqsədi ilə cədvəlin yenidən qurulmasını həyata keçirək. Mülahizələrin yerlərini onların topladıqları balların azalmasına görə dəyişək. Daha sonra respondentlərin sıradakı yerlərini də balların azalmasına uyğun olaraq dəyişək. Yerləri elə dəyişək ki, cədvəlin yuxarı hissəsində (+), aşağı hissəsində isə (-) cəmlənmiş olsun. 2.3.4 cədvəlində bizim nümunə modelimizin nəticələri təsvir olunmuşdur.

Elə cədvəl ideal şkaloqram adlandırılır ki, o cədvəldə (+) dəqiq pilləkanla (-)-dan uzaqlaşsın. Təbiidir ki, praktikada belə olmayacaqdır. Praktikada (+) pilləkanın altında, (-) isə üstündə ola bilər, yəni ideal situasiyadan uzaqlaşmalar müşahidə oluna bilər.

Cədvəl 2.3.4
Şkaloqramlı analizin nəticələri


Respondentin

nömrəsi



Mülahizələr

yekun

E

A

Q

B

D

V

3

+

+

+

+

+

+

6

5

+

+

+

+

+

-

5

6

+

+

+

+

+

-

5

7

+

+

+

+

+

-

5

1

+

+

+

-

+

+

5

9

+

+

+




-

-

4

8

+

+

+

-

-

-

3

2

+

+

-

+

-

-

3

4

+

-

-

-

-




1

yekun

9

8

7

6

5

2


Cədvəldə xanaların sayı nk-ya bərabərdirsə, bunlardan n-respondentlərin sayını, k-isə mülahizələrin sayını göstərir. İdeal şkaloqramdan uzaqlaşmağa səbəb olan xanaların sayını m-ilə işarə edək. Bizim halda n=9, k=6, m=3 olacaqdır. Onda xanaların ümumi sayının içində m-in payına görə şkaloqramın keyfiyyəti və ya «yeni ruslara» qarşı münasibəti ölçmək üçün tədqiqata daxil etməkdən ötrü mülahizələrin keyfiyyəti haqqında fikir yürütmək olar. Belə payı ölçmək üçün formul da hazırlamaq olar.


R=
Bu əmsal təkrarlanma əmsalı adlandırılır. Əgər təkrarlanma 90%-dən çoxdursa, hesab olunur ki, şkala istifadə üçün kifayət qədər «yaxşı»dır. Bizim halda əmsal (1-3/36)100=92-yə bərabərdir.

Əgər təkrarlanma əmsalı 90%-dən azdırsa, onda mütləq müəyyən etmək lazımdır ki, belə situasiya hansı mülahizələrə görə baş verir. Adətən günah çoxmənalı şəkildə şərh oluna bilən mülahizələrdən istifadə edən sosioloqda olur. Məsələn, bizim halda bu əmsalın qiymətini əhəmiyyətli dərəcədə artırmaq olar və, bundan başqa, əgər B mülahizəsini kənara qoysaq, onda şkaloqram ideal olacaqdır. Adətən mülahizənin atılması bütün cədvəli dəyişdirir, yəni bir mülahizəni kənara atarkən, qalan mülahizələri və respondentləri yenidən sıralamaq lazımdır.

Boqardusun şkalası ilə müqayisədə Quttman şkalası daha böyük miqdarda mülahizələrlə işləməyə, mülahizələrin sıralanması hipotezini yoxlamağa və mülahizələri seçməyə imkan verir. İkinci şkaladan daha çox birinci şkala daha dar sosial istiqamətlənmənin ölçülməsi üçün nəzərdə tutulmuşdur.
Seminar üçün və ya müstəqil yerinə yetirmək üçün tapşırıq

1. Terstounun şkalasını qurmağa çalışmaq.

a) Tapşırıq həvəsində 4-5 nəfər olan qruplar tərəfindən yerinə yetirilir. Hər bir qrup ölçmək üçün sosial istiqamətlənməni seçir (fikirləşib tapır). Qrup bu istiqamətlənmənin birölçülü kontinuumla «üst-üstə» düşməsini əsaslandırmalıdır. Bunun üçün özünüzə sual verin: Biz bu sosial istiqamətlənmənin nöqteyi-nəzərindən bir-birimizi bərabərdir / bərabər deyildir və nə qədər çox/nə qədər az terminləri ilə müqayisə edə bilərikmi?

b) Hər bir qrup müahizələrin başlanğıc məcmusunu formalaşdırmaq üçün ekspert rolunu oynayır. Hər üç mülahizəni tez kartoçkaya yazmaq və sıra nömrəsi iə işarə etmək zəruridir. 20 mülahizəlik sıra kifayətdir.

v) Qrupda «hesabdarı» (o, bütün hesablamarı aparmalıdır) və intervyu aparanı seçin. Ekspertlərin sırasına 10 nəfər daxil edin.

q) Hər bir mülahizə üçün qrafik şəklində median və kvartil amplitudanı müəyyən edin.

d) Bu və ya digər mülahizələrin nəyə görə nisbətən böyük kvartil amplitudaya malik olmasının analizini keçirin.

2. Boqardusun şkalası üzrə analoji olan bir sualı formalaşdırın, hansının ki cavab variantları iyerarxik tabeçiliyə malik olmalıdır.

3. Quttman şkalasından istifadə etmək üçün istənilən bir model nümunəsini hazırlayın (6-8 mülahizə və 10-12 nəfər respondent üçün nəzərdə tutulmuş). Təkranlanma əmsalını hesablayın. «Pis» işləyən mülahizəni kənarlaşdırın və təkrarlanma əmsalını hesablayın.

4. Ekspert sorğusunu keçirin (mülahizələrin 7 qrupa bölünməsini gözləmək lazımdır).


4. Ranjirləmə prosedurası
Ranjirləmə obyektləri. Ranjirləmənin əsası. Bir-biri ilə bağlı ranqlar. Ranjirləmə analizin tərkib hissəsi kimi. Ranjirləmə ölçmə üsulu kimi. Birbaşa ranjirləmə. Terstounun cüt-cüt müqayisə metodu. Tranzitivlik xüsusiyyəti. Ranjirləmə modellərinin müqayisəsi.
Sosioloq empirik materiallara əsaslanan tədqiqat keçirərkən həmişə nəyi arzulayır? Onun «arzularının» sayına həmişə nəyi isə, kimi isə nizamlamaq istəyi daxildir. Nizamlamaq sosioloq üçün zəruridir, məsələn, siyasi liderlərin reytinqini müəyyən etmək üçün; insanların onların həyat fəaliyyəti sahəsində nəyə üstünlük verdiyini öyrənmək üçün; dəyər və tələbatların strukturunu tədqiq emək üçün; ekspert rəyləri əsasında qərar qəbul etmək üçün və s. Elə sahə tapmaq çətindir ki, sosioloqu orada «nizamlamaq» maraqlandırmasın. Elmdə «Ekspert rəyləri və qərarların qəbulu» adlandırılan bütöv bir istiqamət mövcuddur ki, orada nizamlanma mühümlüyünə görə ilk yerlərdən birini tutur.

Nizamlamaq probleminin nəzərdən keçirilməsində sosioloq üçün müxtəlif kontekstlər mövcuddur. Biz artıq sıra şkalası ilə tanışıq, hansının ki, vasitəsilə respondentləri nəyə isə olan münasibətlərinin səviyyəsinə görə nizamlamaq olar. Məntiqi kvadrat, Laykert şkalası da nizamlamaq məqsədinə xidmət edirlər. Bu ana qədər biz nizamlamaq probleminə ancaq ölçmə problematikası kontekstində sıra şkalasının qurulması, əldə edilməsi kimi nəzərdən keçirirdik. İndi biz bundan bir qədər uzaqlaşmağa məcburuq, çünki nəzərdən keçirməyə başladığımız ranjirləmə prosedurası sosioloji tədqiqatın ən müxtəlif mərhələlərindən və ən müxtəlif kontekstlərdə baş verir. Ranjirləmə prosedurasında istifadə olunan əsas anlayışları tətbiq etdikdən sonra biz ranjirləməni ölçmə prosedurası kimi də nəzərdən keçirəcəyik.

Ümumi halda ranjirləmə istənilən obyektlərin onların bəzi xüsusiyyətlərinin artması və azalmasına görə (bir şərtlə ki, onlar bu xüsusiyyətə malik olsunlar) sıralanması prosedurasıdır. Məsələn, respondentlərin, onların nədən isə razı qalmaqlarına görə, onların siyasi aktivliyinə görə, nəyə isə olan münasibətlərinə görə ranjirləmək olar. Moskvanın rayonlarını onların nüfuzuna görə, dövlətləri isə həyat və doğum səviyyələrinə görə ranjirləmək olar. Televiziyanın informasiyalı verilişlərini onların informasiyasının səviyyəsinə görə, peşəni – nüfuzluluğuna görə, siyasi liderləri – onların prezidentin qəbul etdiyi qərarlara etdikləri təsirinə görə ranjirləmək olar. Eləcə də, insanın keyfiyyətlərini onların karyeralarındakı mühümlülüyünə görə ranjirləmək, malları alıcıdarın verdiyi üstünlüyə görə ranjirləmək olar.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin