Dərslik Bakı 014 bbk 60. T 12


Birbaşa ranjirləmənin cüt-cüt müqayisələr metodu ilə müqayisəsi



Yüklə 2,78 Mb.
səhifə75/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   131
Birbaşa ranjirləmənin cüt-cüt müqayisələr metodu ilə müqayisəsi

Beşinci respondent tərəfindən pivə sortlarının ranjirləməsinin nəticələrini müqayisə edək. Birbaşa ranjirləmə (bax cədvəl 2.4.2) aşağıdakı nəticəni vermişdir:


p3> p4> p5> p6> p8> p1> p2> p7
Cüt-cüt müqayisə etmə metodu isə başqa nəticəni vermişdir (bax: cədvəl 2.4.3):
p3> p4> p5> p6> p1> p8> p2> p7
Hətta ayrıca götürülmüş respondent üçün görürük ki, ranjirləmənin iki üsulunun istifadəsinin nəticələri fərqlənə bilərlər. Təbii olaraq sual yaranır, hansı üsul daha yaxşıdır. Bir qayda olaraq hesab olunur ki, cüt-cüt müqayisə metodu birbaşa ranjirləmədən daha yaxşı metoddur. Belə nöqteyi-nəzər düzgün deyildir, səbəbini izah edəcəyik. Metodun seçimi həmişə tədqiqat situasiyası və tədqiqatın metodları ilə şərtləndirilir. Təbiidir ki, əgər ranjirləmənin əsasını birmənalı şəkildə formalaşdırmaq mümkün olsa, onda cüt-cüt müqayisə metodu əla nəticə verər və bu metodu seçmək lazımdır. Amma, elə situasiyalar olur ki, ranjirləmənin əsasının birmənalı başa düşülməsi mımkün olmur və o qədər də lazım olmur. Sosioloq sadəcə olaraq öyrənə bilər, məsələn, peşənin nüfuzluluğunda, cazibəsində tendensiyanın dəyişməsini, onun üçün sadəcə olaraq ranjirlənmiş cərgə qurmaq o qədər də vacib deyil, vacib olan müxtəlif sosial qruplar üçün bu cərgənin o baş - bu başında hansı peşələrin durmağıdır, hansılara qarşı ki, respondentlər kifayət qədər yekdildirlər. Bu zaman əslində peşənin «nüfuzluluğunun», «cazibəsinin» ranjirlənməsinin əsasının mənasını dəqiqləşdirmək zəruri deyildir. Hər bir respondentin öz anlayışı, öz obrazı vardır və bu obrazın çərçivəsində tranzitivliyin pozulması qeyri-mümkündür.

Aşağıda göstərilmiş tapşırığı yerinə yetirərkən, siz əmin olacaqsınız ki, ranjirləmənin iki üsulunun nəticələri ranjirlənmiş cərgələrin uclarında nəticələri bir-birinə uyğun gəlir və ortasında fərqlənirlər.

Bu effekt ranjirləmə üsulundan daha çox informasiya mənbəyi kimi respondentin spesifikası ilə bağlıdır. Simpatiya – antipatiya hissləri, emosiya güclü ifadə olunmayanda, respondentin cavabları qeyri-sabit olur. Mənim üçün bir respondent kimi cazibəli, tamamilə cazibəsiz və qalan digər peşələr mövcuddur. Bu qalan digər peşələrin yerləri nəinki müxtəlif üsullarla ranjirləmə zamanı, həm də vaxt intervalı ilə istifadə olunmuş eyni bir üsulla ranjirləmə zamanı da bir yerdə qalmayıb «üzürlər». Öz üzərinizdə təcrübə apara bilərsiniz. Müəyyən vaxt keçdikdən sonra öz ranjirləmə obyektlərinə yenidən qayıdın və bir daha ranjirləməni keçirin və nəticələri müqayisə edin.

Elə bir situasiyada dayanaq ki, bu zaman ranjirləmə obyektlərinin sayı kifayət qədər olsun. Bizə elə bir situasiya rast gəlməyib ki, orada obyektlərin sayı on səkkizdən çox olsun. Həm birbaşa ranjirləmə, həm də cüt-cüt ranjirləmə zamanı respondentlər qarşısında çox çətin məsələ durur. Nəyin çox, nəyin az oldduğu təcrübədən müəyyən olunur. Hər bir ölçmə üsulunun «həcm» ilə mübarizə aparmaq üçün öz yolu vardır. Yuxarıda qeyd olunduğu kimi, birbaşa müqayisədə bütün siyahı birdən təqdim olunmur, əvvəlcə bir neçə vərəqə (obyektin adı ilə), daha sonra isə növbəti obyekt təqdim olunur ki, əvvəlkilərin arasına qoyulsun. Cüt-cüt müqayisələr metodunda tranzitivlik xüsusiyyətlərini yerinə yetirmək şərti ilə ayrıca götürülmüş obyekt üçün bütün müqayisələri deyil, bir neçəsini keçirmək olar. Bu halda axtarılan ranjirlənmiş cərgəni əldə etmək üçün xüsusi riyazi üsullar mövcuddur.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin