Tranzitivliyin şərti
Məlum olduğu kimi, rəqəmlər müxtəlif xüsusiyyətlərə malikdirlər və ya başqa cür desək, rəqəmlərlə iş zamanı müəyyən qaydalar əməl olunur. Gündəlik həyatda biz onların mövcudluğu haqqında düşünmədən istifadə edirik. Bu xüsusiyyətlərin biri tranzitivlik xüsusiyyəti adlandırılır. Bu xüsusiyyət ondan ibarətlir ki, A rəqəm B (A>B) rəqəmindən böyükdürsə B isə C (B>C) rəqəmindən böyükdürsə, onda təbii olaraq A rəqəmi C (A>C) rəqəmindən böyük olacaqdır. Fərz edək ki, A, B və C respondentlərinin maddi təminatını müqayisə edirik. A>B (A maddi təminat cəhətindən B-dən üstündür) və B>C olduğu üçün belə nəticə çıxır ki, A>C (A maddi təminat cəhətindən C-dən üstündür). Nəyə isə üstünlük vermək halında da bü mülahizələr analojidir.
Bizim birinci respondent (bax: cədvəl 2.4.3) 6 nömrəli pivə sortunu 7 nömrəli pivə sortundan (p6>p7) və 7 nömrəli sortu 8 nömrəli sortdan üstün tutur (p7>p8). Onda respondentin 6 nömrəli sortu 7 nömrəli sortdan üstün tutacağı (p6>p8) təbiidir. Cüt-cüt müqayisələrdə tranzitivlik xüsusiyyətinə əməl olunmasının zəruri olduğu aydındır. Əslində bu respondent nə edib? Cədvəldən göründüyü kimi, p8>p6-dan. Bu situasiya tranzitivliyin pozulması adlanlandırılır. Bu qəbildən olan məntiqi ziddiyyətlər verilən üstünlüklərin sayı ilə kəmiyyətlər, rəqəmlər ilə olduğu kimi işləməyimizə mane olur.
Bu halda nə etməli? Hər şeydən əvvəl analiz edək ki, tranzitivliyin pozulması nəyə görə baş verir. Başqa misal gətirək. Hüquqşünas, sosioloq, mühəndis kimi üç peşəni götürək. İcazə Verin, müəyyən bir tələbənin bu peşələri cüt-cüt müqayisə edərkən yürütdüyü mülahizələri təqdim edək. Müqayisənin nəticələri belə ola bilər: H>S, C>M və M>H. İlk müqayisədə tələbə hüquqşünas peşəsinə üstünlük verir, belə ki, bu nüfuzlu, gəlirli peşədir. İkinci müqayisədə isə sosioloqa üstünlük verir, çünki bu peşə dəbdəbəlidir, perspektivlidir, maraqlıdır. Üçüncü müqayisədə mühəndisə üstünlük verir, çünki hüquqşünasların sayı günü-gündən artır, amma mühəndis öz qızıl əlləri ilə (tələbənin dayısı «qızıl əlləri» olan mühəndisdir) itib batmaz. Burada biz görürük ki, tələbə peşələri müqayisə etmək üçün müxtəlif əsaslardan istifadə etmişdir. Beşinci respondent də p6, p7 və p8 pivə sortları ilə əlaqədar olaraq eyni situasiyaya düşmüşdür.
Tələbələr, bu hadisəni analiz edərək, belə bir nəticəyə gəldilər ki, respondentə həmişə «üstünlük vermək» termnini təklif etmək olmaz, çünki, o bir mənalı interpretasiyaya malik deyildir, respondentlər onu müxtəlif cür başa düşə bilərlər. Tranzitivliyin pozulmaması üçün ranjirlənmənin əsasını daha dəqiq formalaşdırmaq lazımdır. Buna görə də cüt-cüt müqayisə metodunun iş qabiliyyətini pilotaj tədqiqatında aprobasiya etmək lazımdır.
Cüt-cüt müqayisə metodu müəyyən xüsusiyyəti ölçmək üçün birölçülü şkalanın mövcudluğu haqqında hipotezin yoxlanması üçün də istifadə oluna bilər. Tranzitivliyin pozulması elə birölçülülüyün olmamasından xəbər verir. Amma sosioloq üçün bu çox baha başa gələn bir məmnuniyyətdir.
Dostları ilə paylaş: |