Dərslik Bakı 014 bbk 60. T 12


III FƏSİL. MƏLUMATLARIN ANALİZİNİN YÜKSƏLƏN STRATEGİYASI



Yüklə 2,78 Mb.
səhifə82/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   131

III FƏSİL.

MƏLUMATLARIN ANALİZİNİN YÜKSƏLƏN STRATEGİYASI




1. Analiz nədən başlanır?




Analizin yüksələn strategiyası və enən strategiyası. “Məlumatların analizi” və “analizin məntiqi” (analizin məntiqi sxemi) anlayışlarının fərqi. İlkin analiz hər bir strategiyanın tərkib hissəsi kimi. Əlamət. Ayrıca götürülmüş “əlamətin davranışı”. Variasiyalı cərgə. Birölçülü bölgü. Bölgünün göstəriciləri. Mütləq, nisbi və toplanmış tezliklər. İntervallara bölünmə. Məlumatların ilkin analizinin məqsədləri. Bölgü analizinin “dili”.


Yada salmaq lazımdır ki, empirik sosiologiya sahəsində bizim tərəfimizdən məlumatların analizinin metodologiyası kimi göstərilmiş üçüncü struktur elementi olaraq analizin yüksələn strategiyası seçilib göstərilmişdir (təsviri hipotezlərin yoxlanması; sadədən başlayaraq və yeni hipotezləri formalaşdırmaq üçün lazım olan mürəkkəb olanlara qədər empirik qanunauyğunluqların axtarışı).

İki anlayışın: analizin yüksələn strategiyasının – analizin enən strategiyasının istifadə edilməsi üzərində xüsusi olaraq dayanmaq lazımdır. Sadəcə olaraq “yüksələn strategiya – enən strategiya” kimi iki anlayışa gəldikdə isə, onlar empirik sosiologiyada müxtəlif kontekslərdə istifadə olunurlar. Məsələn, tədqiqatlarda seçmə strategiyanın göstərilməsi üçün. Əgər informasiya yığımı “qar topası” adlandırılan metod ilə həyata keçirilirsə, onda bu yüksələn seçmə strategiya üçün bir misaldır. Belə strategiya adətən latent sosial qrupların (narkomanlar, gizli alkoqoliklər və s.) öyrənilməsində istifadə olunur. Enən seşmə strategiya ilə biz əsas məcmunun strukturunu nəzərə alaraq, seçmənin formalaşması zamanı üzləşirik. Bu, ictimai rəyin öyrənilməsi üçün tipikdir. Əlbəttə ki, eyni bir tədqiqatın çərçivəsində seçmənin formalaşdırılmasının həm yüksələn, həm də enən strategiyasından eyni zamanda istifadə etmək olar.

Belə termin cütünü bütövlükdə tədqiqat prosesinin məntiqi xarakteristikası üçün, məhz sosial reallığın öyrənilməsinə olan iki yanaşmanın işarə edilməsi üçün istifadə etmək olar. Biz onları empirik sosiologiyada statistik və humanitar (yanaşmalar, paradiqmalar) ənənələr kimi qeyd etdik. Məlumur ki, latent sosial qrupları başqalarından fərqli olaraq yüksələn strategiya (6) üzrə öyrənmək məqsədəuyğundur, yəni təkcə seçmənin formalaşmasının strategiyası yüksələn xarakter daşımır, həm də belə qrupların öyrənilməsi üzrə bütün tədqiqatlar bütövlükdə yüksələn strategiya üzrə qurulmuşdur.

Bu iki termin həm də empirik obyektlərin qruplara bölünməsi prosedurasının çoxölçülü təsnifatlaşdırma adlandırılan metodlarının işarə edilməsində kifayət qədər dar mənada tətbiq olunur. “Təsnifat” anlayışı haqqında söhbət kitabın sonuncu hissəsində gedəcəkdir. Bu isə hələlik “çoxbilmişlər” üçün remarkadır (haşiyə). “Məlumatların analizinin yüksələn strategiyası - məlumatların analizinin enən strategiyası” cütlüyü sosioloji tədqiqatlarda məlumatların analizinin məntiqinin, analizin məntiqi sxeminin formalaşmasının əsasını təşkil edir. Sosioloq məlumatların analizi strategiyasını öz tədqiqatının (məqsədinin, məsələsinin, hipotezinin) spesifikasına əsaslanaraq seçir. Bir neçə tədqiqat strategiyasını nəzərdən keçirək.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin