Tamamlanmamış cümlələr metodu (TCM)
Bu metodun işini elə bir tədqiqatın misalında illüstrasiya edək ki, o da metodik xarakter (2) daşımış olsun. Tədqiqat «mədəni insan» obrazının tələbələr tərəfindən subyektiv qavrayışı problemləri ilə bağlı idi. Hər şeydən əvvəl bizim qarşımızda insanların istifadə etdikləri «mədəni insan» anlayışına verdikləri mənanın müəyyən edilməsi məsələsi dururdu. Gündəlik danışdığımızda bu ifadəyə tez-tez rast gəlmək olar. İnsanlar onunla hansı fikirlərini ifadə edirlər? Onlar hansı insanı mədəni adlandırırlar və mədəniliyin meyarları necədir? Onların şüurunda «mədəni insan» obrazı özü ilə nəyi göstərir? Bu obrazın qavrayışının müxtəlif tipləri (növləri) mövcuddurmu? Əgər mövcuddursa, onda onlar nə cürdürlər? Obrazın qavranışının semantik fəzası necəlir və o, hansı ölçüdədir?
Tamamilə aydındır ki, obrazın dəqiq formalaşdırılmış şəkildə anlanmasını respodentdə aşkarlamaq cəhdləri səmərəsiz olacaqdır, belə ki, insanların şüurunda bu obrazı yayğın, amorf cizqilərə malikdir. O, rasional fikirlər məcmusu olmayıb, əsasən təsəvvürlərin, hisslərin, rənglərin, qiymətləndirmələrin, sözün geniş mənasında assiosiasiyaların – hansılar ki, kifayət qədər mürəkkəb artikulyasiya olunublar – irrasional əksini təmsil edir. Bununla belə bu fenomenlər axtarılan obraza münasibətdə insanın verdiyi ən vacib xarakteristika və qiymətlərin müəyyən dəstini əks etdirirlər. TCM-nun tətbiqi məhz elə tədqiqatlarda effekt verir ki, orada insanın sosial reallığı, fərdlərin şəxsi fikirlərini, stereotipləri, obrazları, etalonları, insanların dəyər oriyertasiyalarını və s. subyektiv olaraq qavramasının aşkara çıxarılması üçün zərurət yaranmış olsun.
Respondentlərə tamamlanmamış cümlələrin məcmusu təqdim olunur və onları tamamlamaq xahiş olunur. Respondentlərin cümlənin birinci hissəsinə verdikləri verbal şəkildə ifadə olunmuş reaksiyası elə bir baza təşkil edir ki, onun əsasında öyrənilən obrazın əsas xarakteristikalarını aşkara çıxarmaq olar. Cəmiyyətdə mövcud olan və fərdlər tərəfindən mənimsənilmiş normalar, stereotiplər, etalonlar, obrazlar haqqında informasiyanı bu reaksiyaların özündə daşıdıqlarını demək olar. Onların rekonstruksiyası sorğünün gedişində toplanmış informasiya əsasında keçirilir. Aşağıda bizim bu tədqiqatda istifadə etdiyimiz tamamlanmış cümlələrin ancaq bəziləri göstərilir.
1) Mədəni insanı digər adamlardan fərqləndirir…
2) Mədəni adam borcludur…
3) Adətən mədəni adamlar…
4) «Mədəni adam» anlayışına ən yaxın olan anlayış…
5) Bütün mədəni adamları birləşdirir…
6) Elə adamı mədəni adam adlandırıram ki, …
7) Mədəni adam üçün ən vacib olan…
8) Mədəni adam heç vaxt…
9) Mədəni adam həmişə…
10) Mədəni adam malikdir…
11) Mədəni adamın əksi və …
12) Mən mədəni adam adlandıra bilmirəm...
Respondentlərin bu cümlələrdə imkanı olur ki, özləri meyarları seçsinlər və cavabın mənaca əsasını müəyyən etsinlər, respondentlərin reaksiyası qabaqcadan təyin olunmuş variantlar ilə məhdudlaşdırılmır. Bütövlükdə hesab etmək olar ki, hazırlanmış cümlələr respondentin reaksiyasını tədqiqatçının təsiri altında minimal olaraq təhrif olunmuş şəkildə əldə etməyə imkan verəcəkdir. Sınaqdan keçirilən öz sözləri ilə danışmağa məcburdur ki, bunun nəticəsində o, sonda gündəlik həyatda öz həyat təcrübəsini nizamlamaq üçün istifadə etdiyi kateqoriyalardan istifadə edəcəklər.
Nəzərdə tutulurdu ki, cümlələrin sonunu tərtib edən respondentlər müxtəlif əsaslandırmalardan istifadə etməli olacaqlar. Geniş mənada əsaslandırma sözü – bu mənəvi göstərişdir, məqsədlərin, motivlərin və s. mədəniyyət tərəfindən müəyyən edilmiş stereotip obrazlarıdır. Dar mənada «elementar əsaslandırma» anlayışını mətnin (cümlələrin sonunun) ayrı-ayrı bölünməz hissəsinə bölünməsi zamanı alınan fikir hissəciklərini işarə etmək üçün istifadə etmək rahatdır.
Analizin birinci mərhələsində tamamlanmamış cümlələr mətnlərinin bütün respondentlər üçün elementar əsaslandırmalara bölgüsü baş verir. Bundan sonra mənaca oxşar əsaslandırmalar qruplaşdırılır və nəticədə obrazın bu və ya digər xarakteristikasını ifadə edən ayrı-ayrı elementlər yaranır.
Məsələn, «Mədəni adam digər adamlardan fərqləndiririr…», «…nitq stili», «… öz fikirlərini anlaşılan şəkildə ifadə etmək», «Adətən mədəni adamlar…», «… öz nöqteyi-nəzərlərini qışqırmadan ifadə edə bilirlər», «..başqalarının üstünə qışqırmırlar, söyüş söymürlər» tipli əsaslandırmalar aşkar olaraq ümumi bir məna istiqamətinə malikdirlər və eyni bir elementə aiddirlər.
Onlar, müvafiq olaraq «Mədəni adamı digərlərindən fərqləndirir…» «… prinsiplərin olması», «… iradə», «… yüksək mənəvi səviyyə», «Adətən mədəni adamlar…» , «.. mənəvi qərarların qəbulunda tərəddüd etmirlər». Bu əsaslandırmalar da ayrıca element təşkil edirlər.
Birinci element «mədəni adamın» ünsiyyət manerasını göstərir. Onu şərti olaraq «Nitq və fikirlər» adlandırmaq olar. İkinci element «mədəni adamın» mənəvi prinsiplərini və daxili aləmini göstərir, onu şərti olaraq «Daxili aləm» adlandırmaq olar. Bəzi elementlər daha yüksək səviyyədə ümumiləşdirilə bilirlər və bununla da abstraklığın daha yüksək səviyyəsində olan anlayışlar yaradırlar. Elementar əsaslandırmaların, daha sonra isə elementlərin seçilib göstərilməsi - mətnlərin analizi zamanı məntiqi formalizasiya kimi başqa cür şeydir. Analizin növbəti mərhələsi mədəni adam obrazının müxtəlif respondentlər üçün müqayisə edilməsindən ibarətdir. Məsələn, elementar əsaslandırmaların və elementlərin rast gəlinmə sıxlığına əsaslanaraq, burada isə kəmiyyət hesablamaları olmadan, riyazi formalizasiya olmadan keçinmək mümkün deyildir. Bunun üçün informasiyanın qabaqcadan mürəkkəb şəkildə kodlaşdırılması lazımdır [13].
Bizi hələlik əsasən ölçmə problemləri maraqlandırdığına görə bu problemə aid olan fraqmenti misal gətirək. Qeyd etdiyimiz kimi, «Mədəni adam» anlayışına ən yaxın olan anlayış…» və «Mədəni adamın əksində duran…» cümlələri öyrənilən obraza və ona əks olan obraza oxşar anlayışları təyin etməyə imkan verir. Cavabların çoxu «mədəni adam» obrazı kimi obrazları təqdim edirlər. Belə ki, bu anlayışa ən yaxın anlayış kimi respondentlərin 37% «ziyalı adamı», 16% «tərbiyəli adamı», 11% «nəzakətli adamı» və 9% «savadlı adamı» göstərirlər. Əks anlayışlar «qanacaqsız» 28%, «mədəniyyətsiz» 13%, «nadan» 16%. Öz-özlüyündə bü məlumatlar az informasiyalıdır. Bununla belə «mədəni adam» - «mədəniyyətsiz adam» şkalasının qurulması haqqında məsələ qaldırmaq olar. Eləcə də bu qüvvələrə uyğun anlayışları nəzərdən keçirmək olar, məsələn, semantik differensial metodunun köməyi ilə bütün bu anlayışların yaxınlığını qiymətləndirmək olar.
Bundan başqa «mədəni adamlara» qarşı aralarında səfillər və cinayətkarlar olan müəyyən sosial qrupları qoyan respondentləri də maraq doğururlar. Fərz etmək olar ki, bu insanların şüurunda bu və ya digər sosial qruplar müəyyən mədəniyyət səviyyəsinə malikdirlər, buna görə də elə həmin semantik metodların köməyi ilə əhalinin müxtəlif sosial təbəqələrinin belə mədəni səviyyəsini müəyyən etmək böyük maraq doğurur. Bundan nəticə çıxardırıq ki, eyni bir tədqiqatın çərçivəsində informasiyanın alınmasının və analizinin müxtəlif metodları, üsulları eyni zamanda istifadə oluna bilər və istifadə olunmalıdır.
Tamamlanmamış cümlələr metodu ilə əldə edilmiş məlumatların xüsusiyyəti ilkin informasiyaya dəfələrlə müraciət etmək imkanından ibarətdir. Bu zaman müxtəlif tədqiqat məsələlərinin həlli üçün mətn informasiyanın təsnifatının müxtəlif əsasları istifadə olunur. TCM metodu sosial ümidlərin, sosial identikliyin [8, 3] öyrənilməsində müvəffəqiyyətlə istifadə olunur. TCM kütləvi sorğularda ölçmə üsulu kimi istifadə olunur. Amma bu halda bir və ya bir neçə cümlə istifadə olunur.
Dostları ilə paylaş: |