Dərslik Bakı 014 bbk 60. T 12


Ç.Osqudun semantik differensialı (OSD)



Yüklə 2,78 Mb.
səhifə77/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   131
Ç.Osqudun semantik differensialı (OSD)

Bu metod Ç.Osqud tərəfindən 50-ci illərin ortalarında insanların bu və ya digər anlayışlara emosional münasibətin, həmin anlayışların mənasını müəyyən etmək üçün hazırlanmışdır. Bu metod ədəbiyyatda yaxşı təsvir olunmuşdur (məsələn, onun icmalını kitabda [18] tapmaq olar). OSD metodu aşağıdakılardan ibarətdir. Respondentə təklif olunur ki, müəyyən bir obyektə (anlayışa, təsvirə) münasibətin əsasən yeddiballıq, bipolyar şkalalar məcmusu üzrə bildirsin, məsələn, belələri ilə:




zəif

-3

-2

-1

0

+1

+2

+3

güclü

qadın

-3

-2

-1

0

+1

+2

+3

kişi

passiv

-3

-2

-1

0

+1

+2

+3

aktiv

asta

-3

-2

-1

0

+1

+2

+3

sürətli

qeyri-adi

-3

-2

-1

0

+1

+2

+3

adi

yalan

-3

-2

-1

0

+1

+2

+3

doğru

pis

-3

-2

-1

0

+1

+2

+3

yaxşı

Şkalanın uclarında olan mövqelərdə verbal antonimlər yazılmışdır. Şkalaların məcmusu şkalaların çıxış sahəsini yaradır. Şkalada olan dərəcələrin sayı yeddidən az ola bilməz. Uclarda olan mövqelər qeyri-verbal xarakter də daşıya bilərlər. Məsələn, Ç.Osqudun müxtəlif dil mədəniyyətlərinin nümayəndələrini (hindu, meksikalı, yapon və amerikalıları) onların müxtəlif anlayışlara münasibətinə görə öyrənərkən «qara dairə – ağ dairə», «ox yuxarı- ox aşağı» işarələrindən istifadə etmişdir.

Nəyə görə yuxarıda sadalanmış şkalalar götürülmüşdür? Müxtəlif məcmulu bipolyar şkalalarla aparılan müxtəlif eksperimentlər eyni bir nəticəni vermişdir. Şkalaların bütün məcmusu elə bil Qüvvə, Aktivlik, Münasibətlər adlandırılan üç əsas qrupa, üç faktora bölünür. Bu fenomen Ç.Osqud tərəfindən kəşf olunmuşdur və sinesteziya adlandırılmışdır. Bizim məqsədimiz vacib olan ancaq onun özünü nə ilə göstərməsidir. Faktor – şkalalar qrupudur, hansılar üzrə ki, obyektin qiymətləri oxşardır. Yuxarıda göstərilmiş yeddi şkaladan «qüvvə» faktoruna 1-ci və 2-ci şkalalar (güclü-zəif, qadın-kişi), «aktivlik» faktoruna 3-cü və 4-cü şkalalar (aktiv-passiv, asta-sürətli), «münasibətlər faktoruna 5-ci və 7-ci şkalalar (adi –qeyri-adi, yalan-doğru) aiddirlər. Ç.Osqud tərəfindən tətbiq olunmuş 20 klassik şkalaların qalan hamısı üçün analoji şəkildə fikir yürütmək olar. Sadaladığımız yeddi cütdən başqa bir iyirmi şkalaya aşağıdakı cütlər daxildir: qəddar-rəhimli, əyri-düz, intizamsız-punktual, dadlı-dadsız, uğurlu-uğursuz, bərk-yumşaq, axmaq-ağıllı, yeni-köhnə, əhəmiyyətsiz-əhəmiyyətli, iti-küt, soyuqqanlı-istiqanlı, rəngsiz-rəngli, gözəl-kifir.

Onu yeri gəlmişkən qeyd edək ki, bu şkalalar faktor analizinin (bu barədə fikirləşmək sizin üçün hələ lazım deyil) riyazi metodlarını tətbiq etməklə müxtəlif sifət cütləri ilə aparılan böyük sayda eksperimentlər nəticəsində seçiliblər. Şkalaların məhz bu məcmusu üçün onların üç faktorlu strukturu sübut edilmişdir. Başqa sözlə desək, biz respondent kimi bizə təqdim olunan istənilən obyekti (anlayış, təsvir) emosional olaraq əsasən üç faktor üzrə və ya üçölçülü fəzada qiymətləndirik. Bu fəza semantik fəza adlandırılır. Bu səbəbdən metodun adında «semantik» termini işlədilir. Semantik sahədə obyektlərin obrazları kifayət qədər müəyyən spesifik yer tuturlar. Obyektlərin yerini analiz edərək, obrazların yaxınlığı haqqında nəticələr çıxarmaq olar. Analogiya üçün məktəb həndəsəsini və «ikiölçülü fəza» anlayışlarını yada salın.

OSD metodunun ideyası sonradan daha da inkişaf etdirildi. Bizimlə sizin üçün vacib olanı ancaq odur ki, sosioloq bu metodu necə və nədən ötrü istifadə edir. Real tədqiqatlarda sosial reallığı öyrənmək üçün bu yanaşma ilə işləyən zaman sosioloqun çıxış şkalalarının məcmusunu formalaşdırmaq üçün üç imkan və ya üç strategiyası vardır;

a) hamıya məlum, bir növ klassik olmuş şkalalardan cüzi düzəlişdlər aparmaqla istifadə etmək;

b) başqa tədqiqatçıların işlərinin nəticələrindən istifadə etmək;

c) özümüz üçün xüsusi olaraq faktorların semantik fəzasını yaratmağa cəhd göstərmək.

Birinci halda düzəliş aparmaq konkret obyektlərin qiymətləndirilməsi zamanı yanlış cütlərin çıxarılması üçün tələb olunur. Elə bir məsələni nümunə kimi götürək ki, onun həlli zamanı OSD metodundan istifadə olunmuşdur. Bizim qarşımızda 10 populyar siyasətçinin obrazının qavranılmasının tipoloji analizinin keçirilməsi, yəni müxtədif siyasətçi qrupların müəyyən edilməsi dururdu. Bu zaman eyni bir qrupa aid edilmiş siyasətçilərin obrazları eyni idi.

Tədqiqat obyekti (bu anlayış sizə «İnformasiyanın yığım metodları» kursundan tanışdır) rolunda ali məktəblərin birinin sosioloji fakültəsinin müəllimləri üçün çıxış edirdilər. Tədqiqat sırf metodiki xarakter daşıyırdı, buna görə də reprezentativlik problemi qarşımızda durmurdu və seçmənin həcmi kiçik idi. Başlanğıc olaraq biz şkalaların klassik dəstindən (yaxşı-pis, ağıllı-axmaq və s. cütləri istisna olmaqla) istifadə etdik. Bizim məsələnin həlli halında belə cütlər həddindən çox konkretliyi və yanlış olmaları səbəbindən ixtisar olunurlar.

İkinci strategiya – məhz başqa tədqiqatçıların nəticələrindən istifadə etmək – aşağıdakı situasiyada da istifadə oluna bilər. Fərz edək ki, söhbət kütləvi sorğulardan gedir və sosioloqun böyük sayda şkalalar ilə eksperiment keçirmək və öz şəxsi semantik fəzasını formalaşdırmaq imkanı yoxdur. O zaman, o, öz tədqiqatı üçün şkala ayırmaqdan ötrü belə hərəkət edir. Məsələn, siyasətçilərin obrazlarının öyrənilməsi məsələsində biz hər üç faktor üzrə eyni sayda şkala seçdik. Şkalanın hansı faktora və hansı çəki ilə aid olmasını isə ədəbiyyatdan öyrəndik.

Üçüncü strategiya – obyektlərin qiymətləndirilməsi üçün şəxsi semantik fəzanın formalaşdırılması dərin analitik tədqiqatlarda baş verir, bu zaman sosial reallığı öyrənmək üçün əsas yanaşma OSD olur. O zaman sosioloq başlanğıc olaraq assosiativ (20 klassik şkala kimi) deyil, konkret xarakter daşıyan şkalalar məcmusunu formalaşdırır. Bu halda, o, faktorların mövcudluğu haqqında hipotezə inanmağa və onların necə olmasını və nə qədər olmasını aşkara çıxarmağa borcludur. Bu, obrazların analizinə bu faktorların fəzasında başlamaq üçün zəruridir. Tədqiqatsı tərəfindən müəyyən olunmuş obyektlər məcmusunun hər bir məsələsinin müxtəlif sayda faktoru olan şəxi faktor fəzası olmalıdır.

OSD metodunun istifadəsində hansı strategiyanın seçilməsindən asılı olmayaraq obyektlərin analizi aşağıdakı üsulla aparılır. Bu barədə siyasi liderlərin obrazlarının öyrəilməsini nümunəsində danışacağıq. Başlanğıc üçün məlumatları – on siyais liderin hər birinə hər müəllimin verdiyi qiymətləri – aldıqdan sonra hər bir obyekt üçün (lider üçün) hər üç faktor üzrə orta qiyməti hesablayın. Faktor üzrə obyektə verilən qiymət bu faktora daxil olan bütün şkalalar və bütün respondentlər üzrə qiymətlərin cəminin şkalaların sayının və respondentlərin sayının vurma hasilinə bərabər olan kəmiyyətə bölünməsinə bərabərdir. Əlinizdəki halda orta qiymətin hesablanmasının sadə formulunu yazmaq əvəzində, biz onun məzmununu verbal şəkildə təsvir etdik. Gördüyümüz kimi, bunu etmək rahat deyildir. Buna görə də sosioloqa riyaziyyat lazımdır, çünki, o, təsvir üçün rahat dilə malikdir.

Bütün faktorlar üzrə (qüvvə, aktivlik, münasibətlər) ayrıca şərh qiyməti hesabladıqdan sonra siyasi liderlərin arasında olan yaxınlığın hesablanmasına keçid başlanır. Bunu ikiölçülü fəzada etmək olar (üç faktordan sizin üçün vacib olan ikisini seçərək). İkinci hal daha rahatdır. Həm də ki, müstəvi üzərindəki (iki seçilmiş faktor bu müstəvini yaradacaqdır) iki nöqtə (siyasi lider) arasındakı məsafənin necə hesablandığını məktəb həndəsəsindən xatırlayırsınız. Hər halda formuldan istifadə etsək yaxşıdır. Faktorlar fəzasında A və B siyasi liderləri arasındakı məsafəni d (A, B) ilə, i faktoru üzrə işarə edək. Faktorların sayı k-ya bərabərdir. Onda, A və B siyasi liderlərinin obrazlarının yaxınlığı haqqında differensialın qiymətinə görə fikir yürütmək olar.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin