Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə84/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   131
İkinci situasiya.
Sosioloq tədqiqatın hipotezlərini dəqiq müəyyən etmiş ola bilər. Bu halda analizin məntiqi həm yüksələn, həm də enən strategiya üzrə qurula bilər. Strategiyanın seçilməsi hipotezlərin xarakterindən və tədqiqatçının hansı apriori biliklərə (tədqiqatdan əvvəl əldə olunmuş biliklərə) sahib olmasından asılıdır. Fərz edək ki, empirik informasiyanın mənbəyi fərddir; verilənlərin toplanması texnikası dəqiq strukturlaşdırılıb; tədqiqatda ancaq təsviri hipotezlər yoxlanılır. Bu zaman həm də analizin xüsusidən ümumiyə doğru yüksələn strategiyaları da zəruri olacaqdır. Əvvəlki materialdan yadımıza salaq ki, birbaşa ranjirləmə prosesində ranqların verilməsi haqqında qərarı qəbul etmək üçün bizdən hökmən tələb olunurdu ki, ranjirləmə obyektlərinin qiymətləndirilməsində respondentlərin yekdillik dərəcəsini öyrənək. Bu məqsədlər üçün analiz prosesində yenə də yüksələn strategiya üzrə hərəkət etmək tələb olunur.

Qoy belə bir hipotez səslənmiş olsun: əhalinin siyasi meylləri əsasən yaş və mənşə ilə müəyyən olunur. Bu hipotezin yoxlanması üçün sosioloq həmin “meyllərin” mümkün ola biləcək əlaqələrini müxtəlif empirik indikatorların çoxsaylı məcmusu ilə müəyyən edir. Əgər bu əlaqələrdən ən güclü olanları yaş və mənşə ilə bağlıdırsa, hesab olunur ki, hipotez təsdiq olunmuşdur. Məsələn, başqa bir hipotezi formalaşdıraq: Rusiyada vilayətlərin elektoral davranış tipləri mövcuddur, onlar sosial idarəçilik obyektləri kimi interpretasiya olunurlar. Bu o mənadadır ki, əgər vilayətlər eyni bir tipə aid olunublarsa, onda ayrı – ayrı vilayətlərə təsir mexanizmi eynidir. Bu mürəkkəb hipotezin yoxlanması üçün məntiqi analizin zəruri əsasını analizin enən strategiyası (ümumidən xüsusiyə) təşkil edir. Sonuncu fəsildə belə bir misal gətiriləcəkdir.

Bir şey aydındır ki, bu qəbildən olan hipotezlərin yoxlanması analizin bütün məntiqini apriori (empirik informasiyanın toplanmasına qədər) “düşünülməsini” nəzərdə tutur. Bu heç də asan deyildir. Bununla belə bu cür “düşünülmə” hətta təsviri tədqiqatlarda da lazımdır və vacibdir. Mürəkkəb hipotezləri yoxlamaq üçün ciddi analitik tədqiqatlarda isə bu daha çox lazımdır və vacibdir. Yada salaq ki, biz sizinlə nəzəri səviyyədən empirik səviyyəyə keçmək üçün sosial obyektlərin ayrı – ayrı xüsusiyyətlərinin öyrənilməsinin o qədər də mürəkkəb olmayan modellərini nəzərdən keçirirdik. Bu zaman geriyə qayıdış məsələlərinə - hansılar üçün ki, analizin məntiqi sxemi anlayışı çox vacibdir – tamamilə toxunmurduq.

Əgər bizim mülahizələrimizin kontekstində sosial obyektin öyrənilməsinin modelinə qayıtsaq, analizin məntiqi nəinki belə modelin özünü dəqiqləşdirməyə yol verir, o, həm də empirik qanunauyğunluqların alınmasının məntiqini qabaqcadan düşünüb tapmağı və buna uyğun olaraq onlardan nəzəri ümumiləşdirmələrə doğru keçidi nəzərdə tutur. Əlbəttə ki, söhbət artıq tədqiqatda öyrənilən xüsusiyyətlərin bütün sisteminin əsasında alınan mürəkkəb empirik qanunauyğunluqlardan gedir. Analizin məntiqi sistemindən asılı olaraq sosioloq həm ona lazım olan empirik material növünü, həm də informasiyanın hansı üsullarla “işlənməsini”, həm də bu və ya digər sosial fenomenin öyrənilməsinin və izahının məntiqinin hansı ardıcıllıqla qurulacağını müəyyən edir. Belə tədqiqat süjetlərində əsas olan konseptual sxemdir, sosial reallığı “görmənin” nəzəriyyəsidir, belə ki, “Bu nəyə görədir?” sualına cavab axtarışı davam edir. Bu hal üçün analizin enən (ümumidən xüsusiyə doğru) strategiyası zəruridir. “Bu nəyə görədir?” sualına cavabın axtarışı, sosial tədqiqatın izahedici hipotezlərinin yoxlanılması ancaq analizin enən strategiyası çərçivəsində mümkündür. Bununla əlaqədar olan hər şey kitabın son hissəsində müzakirə olunacaqdır.

Ayrıca götürülmüş sosioloji tədqiqatda analizin yüksələn və enən strategiyalarını istifadə etmək olar. Həm bu, həm də digər strategiya praktikada informasiya “emalının” elə həmin metodlarının, üsullarının, yollarının köməyi ilə reallaşdırıla bilər. Məsələn, belələrinə riyazi statistika (bu riyaziyyat elminin elə sahəsidir ki, o, müəyyən mənada empirik materialla işləyən elmlərə bir növ xidmət edir) adlandırılan metodları və çoxölçülü analiz metodları aiddir. Bura həm də elə metodlar daxil edilir ki, onların tətbiqi nəzəri cəhətdən əsaslandırılmaya da bilər. O mənada ki, seçmə üçün əldə olunmuş qanunauyğunluqları bütün əsas məcmuya yaymaq (keçirmək) olmaz. Amma bu metodlar praktikada “yaxşı” işləyirlər və onları statistik metodardan fərqli olaraq evristik metod adlandırmaq qəbul olunmuşdur. “Statistika” və “evristika” anlayışlarının fərqləndirilməsinə biz yenə də qayıdacağıq. Bütün texniki üsulların məcmusu (əslində, bu riyazi metodlardan istifadə etmək deməkdir) məlumatların analizi metodları adlandırılır.

Biz bu cür bölməyə onu başa düşərək gəlib çatmışıq ki, müxtəlif sosial fenomenləri öyrənən sosioloq onların xüsusiyyətlərinin öyrənilməsi üçün modellər qurmalı, müxtəlif tip informasiyalardan istifadə etməli, latent, bilavasitə müşahidə olunmayan əlamətləri ölçmək üçün üsullar məcmusunu tətbiq etməli, analizin strategiyasını seçməlidir. Bu məhz elə məlumatların analizinin əsasının əsasıdır.

Müşahidə olunan əlamətləri biz empirik indikator adlandırırdıq. Əvvəl gələn fəsillərdə onlar bizim əsas anlayışlarımız idilər. Burada və bundan sonra əlamətlər belə rol oynayacaqlar. Ayrıca götürülmüş empirik indikator da, ondan törəyən göstərici də əlamət ola bilər. Məsələn, “dövlət statistikası”, “vaxt büdcəsi” tipli məlumatlarla iş çərçivəsində yaranan istənilən göstəriciləri, indeksləri, əmsalları əlamət adlandıracağıq. Hər bir empirik indikator kimi əlamət də bizim üçün üç ölçü səviyyəsinə malikdir: nominal, sıra, “metrik”. Biz minimum olaraq hər üç tipdən olan bütün əlamətlərin – hansılar ki, üç tip şkala üzrə ölçülürlər – “davranışını” tədqiq etməyi öyrənməliyik.

Aşağıdakını bir daha təkrar etməyi vacib hesab edirik. Sosiologiyada şkalaların cürbəcür olmasına baxmayaraq (əlimizdəki halda nəyi isə ölçmək üçün xətkeşlərin çox olduğu kimi) biz ancaq üç şkala tipini nəzərdən keçiririk və hansı şkala üzrə ki, ölçmə səviyyəsi sıra səviyyəsindən yuxarıdır (yəni, o şeylər ki, rəqəmə, “kəmiyyətə” oxşayırlar) onları “metrik” şkalalara aid edirik.

Görəsən? informasiya sosioloqun masanın üstündə “olanda”, ayrıca götürülmüş əlamətin “davranışının” analizi nədən başlanır? Belə analiz tədqiqat məsələlərindən, informasiya tiplərindən, analiz strategiyasının seçimindən asılı olmayaraq, praktiki olaraq həmişə zəruridir. Söhbət bir növ “sosial mühasibatdan” gedir, hansının ki, əlifbasını siz mənimsəməlisiniz. Praktiki olaraq, adında “statistik metodlar...” sözləri olan istənilən kitabda siz bu əlifbanı öyrənmək üçün müəyyən material tapacaqsınız (2, 3, 7, 8, 9, 11).

Baxmayaraq ki, aşağıda məlumatların anketləşdiriməsinə aidiyyatı olan misal nəzərdən keçirilir, bütün nəticələr istənilən variasiyalı və dinamik sıraların analizinə aiddir. Təəssüf ki, kitabın həcmi digər misalları gətirməyə imkan vermir. Bütün bu fəsil boyu bizim tərəfimizdən nümunə kimi düşünülmüş (modelləşdirilmiş) “tələbələrin vaxtkeçirməsinin strukturu: ali məktəblərin müqayisəli analizi” mövzusunda olan müəyyən tədqiqatdan götürülmüş fraqmentləri əsasən misal göstərəcəyik. Bu işdə məlumatların yığımı həm vaxt büdcəsindən istifadə, həm də “mürəkkəb strukturlu” sorğu vərəqəsi əsasında həyata keçirilmişdir; əsas məcmu – Rusiya ali məktəblərinin tələbələridir. Bu tədqiqatda bizi ancaq humanitar fakültələrin tələbələri – yəni, müəyyən seçmə maraqlandıracaqdır.

Bu tədqiqatdan cəmi üç əlaməti: humanitar fakültə tələbəsinin gələcək peşəsini, onun təhsildən və təhsilə sərf olunan vaxtın müddətindən razı qalmağını nəzərdən keçirək. İkinci əlamətə görə aşağıdakını qeyd etmək lazımdır. Bu halda təhsil müddəti mühazirələrin dinlənilməsinə, seminar məşğələlərində iştirak etməyə, əlavə müstəqil məşğələlərə, eləcə də auditoriya məşğələləri arasındakı fasilələrə sərf olunan vaxtın cəmindən ibarətdir. Misal kimi bir həftə ərzində orta sutkalıq müddəti (məsələn bir həftə müddətində) nəzərdən keçirəcəyik. “Müddət” ölçmənin metrik səviyyəsinə malikdir. “Gələcək peşə” əlamət kimi ölçmənin nominal ölşmə səviyyəsinə malikdir. “Təhsildən razı olmaq” məntiqi kvadrat vasitəsilə beşballıq sıra şkalası ilə ölçülə bilər. O zaman, o, ancaq “doğma” ali məktəbdə təhsilin səviyyəsindən razı olmaq kimi nəzərdə tutulur (məntiqi kvadratın müzakirə olunduğu fəslə qayıdın). Bu əlamətlərin yerinə istənilən başqa əlamətləri seçmək olardı.

Bəs obyektlərin məcmusuna qarşı peşənin “davranışının” analizi nə deməkdir? Bu onu bildirir ki, biz tədqiq etdiyimiz obyektlərin (bizim halda humanitar fakültə tələbələri) peşə qrupları üzrə bölgüsünü əldə etmək üçün empirik məlumatları emal etməliyik və bu bölgünün xarakterinə görə sorğuya tutulmuş tələbələrin professional strukturu haqqında fikir yürütməliyik. Şərhin sadəliyi üçün model xarakterli rəqəmləri göstərəcəyəm, yəni onlar real tədqiqatda əldə olunmayıblar. Fərz edək ki, bizi səkkiz peşə maraqlandırır, onların hamısı 1-dən 8-ə kimi rəqəmlərlə kodlaşdırılmışdır, bütün sorğuya tutulmuşların arasında humanitaryönlü tələbələrin sayı 1000-ə bərabərdir. Beləliklə, biz başlanğıc üçün “obyekt - əlamət” tipli məlumatlar matrisasına malikik. Analiz üçün ondan analiz edilən əlamətə uyğun matrisa sütununu ayırıb götürürük. Bu cərgədə olan və yaxın gələcəkdə bu və ya digər peşəyə sahib olacaq respondentlərin sayını hesablayırıq. Bununla da bu və ya digər peşənin tələbə tərəfindən seçilməsində rast gəlinən sıxlığı əldə etmiş oluruq.

Peşələr üzrə sorğulananların bölgüsü 3.1.1. cədvəlində təqdim olunmuşdur. Bu nəticələr empirik məlumatların sistemləşdirilməsinin ən birinci mərhələsidir. Bölgü dörd göstəricinin “dilində” yazıla və təqdim oluna bilər. Birincisi – mütləq sıxlıq, yəni “gələcək” peşəsi müəyyən olunmuş tələbələrin sayı. Sorğulanmış tələbələr arasında 100 gələcək politoloqun (peşə 1), 200 sosioloqun (peşə 2), 300 kulturoloqun (peşə 3), 100 filoloqun (peşə 4), 50 psixoloqun (peşə 7) və 250 tarixçinin (peşə 8) olması məlum oldu. 5 və 6 ilə işarələnmiş gələcək peşələri olacaq tələbələr seçməyə düşmədilər. Əgər seçmə məcmusu formalaşdırılan zaman tələbənin gələcək peşəsi nəzərə alınmayıbsa, onda burada təəccüblü bir şey yoxdur. Işarələnmiş və seçmədə rast gəlinən bu altı peşədən bundan sonrakı analiz prosesində istifadə edəcəyik.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin