Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə83/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   131
Birinci situasiya.

Fərz edək ki, sosioloqun nə təsviri, nə də izahedici xarakterində olan dəqiq müəyyən olunmuş hipotezləri yoxdur. Əlbəttə ki, dumanlı formada onlar həmişə mövcuddurlar. Axı sosioloq hər hansı bir üsulun prizmasından sosial reallığa “baxmağı” arzulayarkən “Nəyi öyrənməli” və “Nəyə görə və hansı məqsədlərə çatmaq üçün öyrənməli?” suallarına cavab verməlidir. Hipotezlərdə dəqiqliyin yoxluğu empirik materialla iş zamanı müəyyən strategiyanı tələb edir. Sosioloq əvvəlcə informasiya “torbasında” “kosmetik” nizam yaradır – sadə empirik qanunauyğunluqlar axtarır. Onlara müntəzəmliklər adını da vermək olar. Hər şeydən əvvəl o, empirik indikatorların özlərini seçib ayırır (əgər onlar yoxdurlarsa). Belə situasiya ilə biz mətn informasiyası ilə işləyən zaman üzləşmişdik. Biz sizinlə tamamlanmamış cümlələr metodunun tətbiqi konteksində elementar əsaslandırmaları və elementləri seçib ayırdıq. Empirik indikatorlar məhz onlardan birinciləri idilər.

İnsanların bioqrafiyaları ilə, yarımformal və müstəqil intervyu mətnləri ilə iş zamanı şərti şəkildə desək ayrıca götürülmüş empirik indikatorun “davranışını” analiz etmək zərurəti təbii olaraq yaranır. Daha sonra iki empirik indikatorun analizdə və qarşılıqlı əlaqədə birgə “davranışının” analizini etmək zərurəti yaranır. Beləliklə, empiriyanın analizinin məntiqi yüksələn strategiya üzrə (xüsusidən ümumiyə doğru) qurulur. Belə strategiyanın başlanğıc mərhələsi – ilkin analizdir / məlumatların ilkin işlənməsidir.

Yüksələn strategiyaya əsaslanan sosioloq ardıcıl olaraq belə suallara cavab axtarır: görəsən empirik indikatorlar müəyyən qruplarda, obyektlər isə siniflərdə birləşirlərmi? Məsələn, müəyyən mənada oxşar obyektlər müəyyən bir sinfi təmsil edirlər, öz aralarında qarşılıqlı şəkildə əlaqədə olan empirik indikatorlar isə müəyyən qrup yarada bilərlər. Ola bilsin ki, eyni bir formal sinfə aid edilmiş obyektlər birtipli olsunlar. Empirik indikatorlar qrupu isə müəyyən spesifik sosial faktor kimi interpretasiya oluna bilər. “Tip” və “faktor” anlayışlarının məzmunu haqqında sonuncu fəsildə söhbət edəcəyik. Belə tədqiqat süjetlərində əsas məsələ müxtəlif növlü empirik qanunauyğunluqların interpretasiya olunması problemidir, çünki, onlar müəyyən tendensiyaları, sindromları ifadə edirlər.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin