Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.96 Mb.
səhifə34/39
tarix17.01.2017
ölçüsü2.96 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

Uşaq Yaradıcılıq Mərkəzlərində əsasən “Bacarıqlı əllər”, “Bədii qiraət”, “Rəsm”, “Xalçaçılıq”, “Dram”, “Bədii özfəaliyyət”, “Məktəb teatrı”, “Rəqs”, “Gənc idmançılar”, “Naxışlı tikmə”, “Tex­ni­ki estetika”, “Fortepiano”, “Xor”, “Nağara”, “Tar”, “Hey­kəl­tə­raş­lıq”, “Kukla teatrı”, “Coğrafiya-diyarşünaslıq”, “Foto”, “Ağac üzə­rin­də oyma”, “Qarmon”, “İbtidai texniki modelçilik”, “Dəmir üzə­rin­də döymə”, “Tarix-diyarşünaslıq” və s. adlarda dərnəklər təşkil olunur.

Uşaq yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunur. Bu müəssisələrin bir çoxunda “Sağlam həyat tərzi”, “Etika qaydaları”, yuxarı sinif şagirdləri ilə “Reproduktiv sağlamlığın əsas-ları” mövzularında təlim kursları, məşğələ və seminarlar təşkil edi­lir, narkomaniya, alkoqolizm, AİDS, tütünlə mübarizə və s. möv­zu­larda geniş maarifləndirmə işləri aparılır, çoxsaylı tədbirlər keçirilir.

Bu mərkəzlər tərəfindən dərnək rəhbərlərinə məşğələlərin məz­mununun yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni tədris plan və proqramların hazırlanması istiqamətində metodiki kö­mək­liklər göstərilir. Ümumtəhsil məktəblərində müxtəlif adda dər­nək­lər təşkil edilir, Uşaq birliyi rəhbələri ilə birgə tədbirlər plan­laş­dırılır və həyata keçirilir.

Respublikada Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət gös­tə-rir. Texniki yaradıcılıq mərkəzlərində əsasən “İbtidai texniki mo­del­çi­lik”, “Radioelektronika”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “İn­for­matika”, “Texniki estetika”, “Əyləncəli fizika”, “Texniki ekologiya”, “Gənc konstruktorlar”, “Gəmi”, “Avto”, “Raket”, “Təy­ya­rə” modelçiliyi, “Robot texnikası”, “Kimya – texnologiya” və s. adlarda dərnəklər fəaliyyət göstərir.

Texniki yaradıcılıq mərkəzlərinə cəlb olunan uşaq, yeniyetmə və gənclərin texniki yaradıcılıq potensialları inkişaf etdirilir, onlar erkən yaşlarından səmərələşdiricilik və ixtiraçılıq işlərinə cəlb olu-nur­lar. Bu müəssisələrdə məşğul olan məktəblilər ümumtəhsil məktəblərində fizika, kimya, riyaziyyat, informatika, astronomiya dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı daha yaxşı mənimsəyirlər.

Texniki yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-texniki ya­radıcılıq müsabiqələri, sərgilər, texniki idman yarışları, ekskur­si­ya­lar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbir­lərdə iştirakları təmin olunur...

Respublikamızda Gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri öz işini əsasən aşağıdakı istiqamətlər üzrə qurur:

1. Bizim irs;

2. İncəsənət aləmində;

3. Azərbaycan beynəlxalq aləmdə;

4. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə;

5. Azərbaycanın tikintiləri üzrə yürüşlərdə;

6. Təbiətin sirlərinə doğru;

7. Kütləvilikdən turizm ustalığınadək.

Bu bölmələrdə aparılan işlərin əsas məqsədi tariximizi, soy-kökümüzü, mədəniyyət, ədəbiyyat və incəsənətimizi gənc nəslə öy­rətmək, vətənimizin flora və faunası haqqında onlara bilik vermək, tarixi abidələrimizi qorumaq, vətənə məhəbbət hissi aşılamaqdır.

Mərkəzlər nəinki uşaqlarla iş aparır, həmçinin metodiki töv­siyə­lər işləyib hazırlayır, şəhər, rayon təhsil şöbələrinə, təhsil mü­əssisələrinə əməli köməklik göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri respublikamızın tarixini, flora və faunasını, mədəniyyət abidələrini şagird və tələbələrə tanıtmaq, onlara sevdirmək məq­sə­di­lə ekskursiya, yürüş və gəzintilər təşkil edir, şagirdlərə milli də­yər­lərimizin qorunması, torpağa sevgi, vətənə məhəbbət hissinin aşı­lan­ması istiqamətində mütəmadi iş aparır.

Təhsil Nazirliyi sistemində uşaq-gənclər idman və şahmat məktəbi mövcuddur. Məktəblər uşaq və gənclər arasında yarışlar keçirir, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edir. UGİM-lərdə 27 idman növü inkişaf etdirilir. Onlardan 20-si Olim­pi­ya idman (atletika, ağır atletika, akrobatika, boks, badminton, bay­da­rka və kanoe, basketbol, bədii gimnastika, idman gimnastikası, üz­güçülük, velosiped idmanı, voleybol, futbol, həndibol, otüstü xok­­key, qılıncoynatma, sərbəst güləş, yunan-roma güləşi, cüdo, sam­bo, taekvando, karate, kinkboksinq, stolüstü tennis, tennis, şah­mat, dama) növüdür...

İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi də fəaliyyət göstərir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman mək­təb­ləri arasında uşaq-gənclər şahmat məktəbləri xüsusi yer tutur. Şah­mat məktəblərində məktəblilər şahmatla məşğul olurlar. Bir qay­da olaraq şahmatçılar respublika və beynəlxalq yarışlarda iştirak edirlər.

Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maarif­lən­dir­mə prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sa­hə­sində məqsədyönlü işlər aparılır. Məktəbdənkənar təhsil müə­ss­i­­səsi kimi “Ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri” fəaliyyət gös­tə­rir və gənc nəsildə erkən yaşlardan ekoloji təfəkkürün, ekoloji mə­də­niyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin for­ma­laşması baxımından faydalı işlər görürlər. Uşaq və yeni­yet­mə­lə­rin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yi­yə­lən­məsi, onların mənəvi və intellektual inkişafı, potensial ya­ra­dı­cı­lıq istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq qa­biliy­yət­lə­ri­nin formalaşdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas vəzifələrindəndir.

Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliy­yət proqramı ekoloji dərnəklərin fəaliyyətini, məktəblilərin asudə vaxt­larının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qay­ğı və vətənpərvərlik ruhunda tərbiyəsini, ekoloji kütləvi təd­bir­lərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təşkilini və digər məsələləri əhatə edir...”

İstər sinifdənxaric tərbiyə işləri olsun və istərsə də mək­təb­dənkənar tərbiyə işləri olsun onların fəaliyyəti :

- şagird şəхsiyyətinin formalaşmasına və məktəbdə təlim və tərbiyə keyfiyyətinin yüksəlməsinə xidmət edir;

- məktəblilərin təlim prosesində qazandıqları bilik, bacarıq və vərdişləri daha da zənginləşdirir və həyata tətbiq etmələrinə imkan yaradır;

- məktəblilərin fəallığını, təşəbbüskarlığını maraq, meyl və qabiliyyətlərini inkişaf etdirir;

- məktəblilərin asudə vaxtlarının ağıllı təşkilinə şərait yarat­maq­la onları xoşagəlməz təsadüfi hadisələrdən və küçənin mənfi təsi­rindən qoruyur, şəxsiyyətlərarası əlaqələrini tənzimləyir, dost­luq, yoldaşlıq kimi əxlaqi keyfiyyətlər yaradır, yaşıdları arasında əxlaqi münasibətləri cilalayır;

- məktəblilərin sağlamlığını möhkəmləndirir;

- məktəblilərin ictimai fəaliyyət və əmək vərdişləri ilə si­lah­lanmasına kömək edir ;

- məktəblilərin potensial qüvvələrini, intellektual imkanlarını üzə çıxarır, yaradıcılıqlarını inkişaf etdirir, özlərini dərindən tanı­ma­larına kömək edir;

- məktəblilərin elm, texnika, ədəbiyyat, incəsənət və s. sahələr üzrə əlavə məlumat əldə etmələrinə şərait yaradır;

Sinifdən­xaric və məktəbdənkənar tərbiyə işi həm məktəbli­lə­rin hərtərəfli və ahəngdar inkişafına xidmət edir, həm də onların fər­di istedad və qabilliyyətlərini daha vüsətlə formalaşdırma­larına opti­mal yardım göstərir.



15.2. Sinifdənхаric tərbiyə işinin fоrmаlаrı

təşkili prinsipləri
Sinifdənхаric tərbiyə işlərinin təşkili formalarını əsasən aşa­ğı­dakı kimi bölmək olar. Fərdi iş formaları, qrup hаlındа iş for­ma­la­rı, kollektiv iş formaları, kütləvi iş formaları, səciyyəvi iş formaları.

Fərdi iş formaları – dеdikdə şаgirdin öz аrzu və mаrаğınа əsаsən (yахud оnun fərdi imkаnlаrını nəzərə аlаrаq sinif rəhbərinin, müəllimin və s. vеrdiyi tаpşırıqlаr üzrə) müstəqil surətdə yеrinə yеtirdiyi işlər nəzərdə tutulur. Bеlə işlərə misаl оlаrаq sinifdənхаric охunu, uşаğın ədəbi yаrаdıcılıqlа, idmаnlа, rəsmlə məşğul оlmаsını, müəyyən musiqi аlətində çаlmаğı öyrənməsini, əyаni vəsаit (kоllеksiyа, stеnd, fоtоаlbоm və s.) hаzırlаmаsını, divаr qəzеtinə mə­qаlə yаzmаsını, çıхış və yа məruzə üçün müvаfiq mövzudа mа­tе­riаl tоplаmаsını və s. göstərmək оlаr.

Fərdi işin bаşlıcа məqsədi uşаğın аrzu və mаrаğını yеrinə yе­tirmək, şəхsi yаrаdıcılıq qаbiliyyətini аşkаrlаyıb inkişаf еtdir­mək­dir. Şаgirdin fərdi yаrаdıcılıq fəаliy­yəti­ni stimullаşdırmаqdаn ötrü оnlаrın fərdi işlərinin nəticələri üzrə məktəbdə müsаbiqə kеçirmək, sərgi təşkil еtmək, bахış kеçirmək və həmin işləri qiymətləndirmək sоn dərəcə fаydаlıdır. Bunа nаil оlmаq lаzımdır ki, sinifdənxaric fərdi tərbiyə işləri uşаğı gələcəkdə öz qаbiliyyətlərini dаhа da yахşı inkişаf еtdirmək nаminə hаnsı müstəqil işlə məşğul оlmаğın vаcibliyini dərk еtməyə, özünütərbiyə ilə məşğul оlmаğа hаzırlа­sın.



Qrup halında iş formalarına sinifdənхаric işin ən geniş yа­yılmış növlərinə məktəbdə fəаliyyət göstərən müхtəlif adlı dər­nək­lər, kоmаndаlаr, studiyаlаr, muzеylər, ədəbi-bədii klublаr, lеktоri­yа­lаr, sənət sеvərlər cəmiyyəti və s. tərəfindən аpаrılаn işlər dахil­dir.

Nеcə аdlаndırılmаsındаn аsılı оlmаyаrаq sinifdənхаric işin bu fоrmаlаrı şаgirdləri mаrаq dаirəsinə görə bir yеrə birləşdirib оnlаrın məktəbdахili fəаliyyətini gеnişləndir­məkdə, yаrаdıcılıq qаbiliy­yət­lə­rini аrtırmаqdа, müvаfiq sаhələr (еlm, tехnikа, mədəniy­yət və s.) üzrə bilik, bаcаrıq və vərdişlərini inkişаf еtdirməkdə, еləcə də əmək-istеh­sаlаt kоllеktivləri və yаzıçılаrın, rəssаmlаrın, аrtistlərin yаrаdıcılıq təşkilаtlаrı ilə məktəblilərin əlаqəyə girmələrinə şərаit yаrаtmаqdа əlvеrişli rоl оynаyır.



Kollektiv iş formalarına müхtəlif mövzulаrа həsr еdilən səhər­ciklər və ахşаmlаr, yаrışlаr, müsаbiqələr, bаyrаmlаr, dis­putlаr, kоnfrаnslаr, оlimpiаdаlаr, iməciliklər, оyunlаr, krоslаr, turist gəzintiləri, mədəni yürüşlər, оyunlаr, tеаtr və kinо tа­mаşаlаrınа kоllеktiv bахış, kitаb müzаkirələri, qаbаqcıl аdаm­lаr­lа görüşlər, fənn gеcələri və s. tədbirlər dахildir. Bu iş fоr­mа­lаrının mövzulаrını müəyyənləşdirmək üçün müşаhidə, müsаhibə və аnkеt sоrğusu üsullаrındаn istifаdə еtməklə şаgirdlərin rəyini, mа­rаq və аrzulаrını öyrənmək yахşı оlаr. Çünki uşаqlаr оnlаrı dü­şün­dürən məsələlərə həsr оlunmuş tədbirləri fərəhlə qаrşılаyır və bеlə tədbirlərdə dаhа fəаl iştirаk еdirlər. Uşаqlаrdа yаrаdıcılıq, təş­ki­lаtçılıq, təşəbbüskаrlıq, icrаçılıq kimi kеyfiyyətlərin təşəkkülünə və fоrmаlаşmаsınа хidmət еtməyən, sеvinc, şаdlıq, mаrаq, intеllеktuаl və еmоsiоnаl rеаksiyа dоğurmаyаn, təхəyyülü və fаntаziyаnı in­ki­şаf еtdirməyən tədbirlərə yоl vеrilməməlidir.

Kollektiv iş formalarının keçirilməsinə xüsusi pedaqoji ustalıq tələb edilir.

Təcrübəli müəllimlər şаgirdlərin iştirаkı ilə tədbirlərin möv­zusunu və хаrаktеrini dəqiqləşdirdik­dən sоnrа icrа vахtını və yеrini müəyyənləşdirirlər. Dаhа sоnrа plаn tərtib оlunur, şаgirdlər аrаsındа vəzifə bölgüsü аpаrılır, məsul icrаçılаr, köməkçilər müəyyənləş­dirilib təlimаtlаndırırlаr, tədbirin təşkili bаşа çаtаndаn sоnrа nəti-cə­lər təhlil еdilir, uğurlu və kəsirli cəhətlər ümumiləşdirilir və mü­vа­fiq təkliflər hаzırlаnır. Həmin təkliflər növbəti tədbirlərin hаzır­lаn­mаsı və həyаtа kеçirilməsi prоsеsində nəzərə аlınır və lаzımi dü­zə­lişlər аpаrılır.

Məktəbdə keçirilən kollektiv iş foramalarına dair bir neçə nümunə göstərmək olar:



Əxlaqi söhbətlər ən çox aşağı siniflərdə aparılır və konkret mövzuya həsr edilir. Məs. “Dostluq və yoldaşlıq haqqında”, “Bö­yük­lərə hörmət və qayğı”, “Düzlük və doğruçuluq haqqında”, “Sa­də­lik və təvazökarlıq haqqında”, “Milli bayramlarımız”, “Dini bay­ramlarımız”, “Novruz bayramı haqqında”, “Adət və ənənə­ləri­miz haqqında”, Burada sinifdə oxuyan şagirdlər­in hər hansı bir hərəkəti mövzu ola bilər.

Disputlar. «Disput» latın sözü olub mübahisə etmək demək­dir. Disput ən çox yuxarı sinif şagirdləri ilə təşkil edilir. Disputların mövzusu müxtəlif ola bilir. Məsələn, “Nəzakətli adam kimdir? Qəhrəmanlıq nə deməkdir”?” “Kimə oxşamaq istərdin“?,“Bilikli adam kimə deyirlər“? “Gözəlliyi necə başa düşürsən”?, “Vətən haradan başlanır”? və s.

Disputlar şagirdlərin mənəvi tərbiyəsinin, düzgün davranış­larının formalaşmasına, onların nitq və məntiqi təfəkkürünün inkişafı­na böyük təsir edir. Disputlar məzmununa görə üç böyük problemi əhatə edir:

1. Əxlaqi, etik;

2. Estetika və estetik zövq;

3. Siyasi və beynəlxalq hadisələr.

Disputların mövzu və dairəsi çох əhatəlidir. Mütəşəkkil şəkil­də təşkil olunan disputlar şagirdlərdə əxlaqi keyfiyyət­lərin forma­laş­masına şərait yaradır.

Disputu aşağıdakı plan üzrə keçirmək müsbət nəticə vеrər.

• Disputun mövzusunu müəyyən etmək;

• Disputa aid ədəbiyyatı qeyd etmək, sualları tərtib et­mək;

• Şagirdləri disputa hazırlamaq;

• Disputun keçirilməsi;

• Disputla əlaqədar şagirdlərin əməli işlərdə iştirakını təmin etmək.

Disputlar şagirdləri düşündürməklə, fəallaşdırmaqla bərabər, həm də onları ölkəmizin tarixi ilə tanış edir, vətən uğrunda mü­ba­rizəyə ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil etməyə, mü­ba­hi­sə­lər aparmağa sövq edir. Burada şagirdlər müxtəlif əxlaqi kate­qo­ri­ya­lar haqqında öz fikirlərini sərbəst deməyə çalışırlar. Disputlar yu­xarı sinif şagirdlərində maraq yaradır, ətrafda baş verən hadisələrin gerçəkliiyini dərk etməyə, əxlaq normalarını mənim­səməyə, mənəvi ideyalara yiyələnməyə imkan verir.

Disput özünün məqsədi, məzmunu, ideya istiqaməti cəhə- tin­dən təlim prosesinin davamıdır.Disputlar yanlış əxlaqi təəsəv- vür­lər­lə düzgün əxlaqi təsəvvürləri qarşılaşdırmağa və müxtəlif əx- laqi görüşlərin bir-biri ilə müqayisəsi əsasında, onların hansının olub ol­madığını müəyyən etməəyə imkan verir.

Disput şifahi təbliğatın asan va maraqlı formasıdır. Burada ilk addım mövzunun seçilməsidir. Disputun mövzusu bu günün tə- ləblərinə cavab verməli, ziddiyyətli fikirlər yaradan problemi həll etməlidir. Disputun əsas məqsədi tərbiyə prosesini mənəvi keyfiy- yətlərə yönəltməkdən ibarətdir.

Disput şagirdlərin doğma vətəninin tarixini, ayrı-ayrı gör- kəm­li şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməyə, məruzələr ha­zır­lamağa həvəsini artırır, respublikada və dünyada baş verən ic­ti­mai-siyasi hadisələrə maraqlarını gücləndirir. Şagirdlər gördük- ləri, müşahidə etdikləri bu və ya digər hadisələri müzakirə etməyə, on­la­ra öz münasibətlərini bildirməyə, düzgün mühakimə yürüt- məyə can atırlar.

Onlar elm, texnika, incəsənət yenilikləri ilə tanış olur, ölkə- mizdə baş verən hadisələrin mahiyyətini, məzmununu dərk edir, onlarda iqtisadi və hüquqi təfəkkür inkişaf edir, milli şüur və milli ləyaqət, milli iftixar hissi güclənir.

Məktəblərdə təşkil edilən müxtəlif məzmunlu disputlar şa­gird­­lərin elmi dünyagörüşünün zənginləşməsinə, mənəvi keyfiy- yətlərinin formalaşması və təkmilləşməsinə böyük şərait yaradır.

Disputda yuxarı sinif şagirdləri əxlaqi təsəvvürlər, anlayış- lar, mühakimələr və əqli nəticələrlə qarşılaşır, onları öz hərəkət və davranışlarında göstərməyə çalışırlar. Məktəbli, adətən, öz hərəkət və davranışından daha çox başqasının hərəkətini, davranışını və s. münasibətləri qiymətləndirir.

Disputlarda gənclərin mənəvi tərbiyəvi geniş yer tutmalıdır. Burada başlıca vəzifə gənclərdə mənəvi əqidə formalaşdırmaqdır. Bunun üçün disputlarda həyatdan müsbət nümunələr, nəsihətlər gə­tir­mək və yaxud onu incəsənət, əxlaq mövzusunda keçirmək va-ibdir.

Disputların mütəşəkkil, sistemli, müntəzəm təşkili və keçiril-əsi cansıxıcı və formalizmi aradan qaldırır. Disput şagirdlərdə doğ- ma yurdun tarixini öyrənmək həvəsini artırır, ictimai hadisələrə marağı gücləndirir, onların əxlaqına, dünyagörüşünə, siyasi biliyinə güclü təsir göstərir. Burada şagirdlərin fərdi xüsusiyyətləri, qabiliy- yət və yaradıcılıq meylləri daha da inkişaf etdirilir.

Şagirdlərdə bilik qazanmağa marağın yaradılmasında verilən ədəbiyyatların, görkəmli adamlarla görüşlərin əhəmiyyəti bö- yük­dür. Disput şagirdlərin dərsdə aldığı biliyi dərinləşdirməkdə, müs­tə­qil işləmək vərdişi əldə etməkdə, əqli fəaliyyətin hüdudunu daha da genişləndirməkdə çox faydalıdır.Disputa cəlb edilən şagird- lərin ba­carığı və qabiliyyəti, maraq və meyli ciddi surətdə nəzərə alın­malıdır.

Disput mövzusu maraqlı olduqda buraya daha çox şagird cəlb olunur. Mövzu şagirdlərin diqqətini cəlb edir, onları maraqlandırır. Şagirdlər mövzuya aid ədəbiyyatlar oxuyurlar, məruzə hazırlayır­lar, müzakirəyə qoşulmaqla öz fikirlərini söyləməyə böyük həvəs göstərirlər.

Disputlar məktəbin tədris işi ilə üzvi surətdə bağlı olmalıdır. Disputu keçirməkdə məqsəd fənlərin tədrisi prosesində şagirdlərin aldıqları nəzəri və təcrübi bilikləri daha da möhkəmləndirmək və dərinləşdirməkdən, onlara nəzəri biliyi təcrübədə tətbiq etmək baca- rığı aşılamaq və yüksək əxlaqi sifətlər tərbiyə etməkdən ibarədir.



Disputun vəzifəsi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların mənəviyyatına təsir edən mənfi amilləri zərərsizləş- dirməkdir. Disput çox ciddi bir işdir. Ona ciddi və diqqətli yanaş- dıqda onun müvəffəqiyyəti olur və o, şagirdlərin mənəvi keyfiy- yətlərinin formalaşmasında müsbət rol oynayır. Yaxşı təşkil olun- muş disput təşəbbüskarlığın tərbiyəsinə imkan yaradır.

Bu gün disputda böyük insan kütləsi, xüsusi ilə gənclər iştirak edir. Çıxış edən gənc üçün disput şəxsiyyətini təsdiq etməyin özü­nə­məxsus bir üsuludur. Həmyaşıdlarının onun çıxışını necə qarşı­la­mağı, onun fikirlərini necə qiymətləndirəcəkləri onun üçün böyük əhəmiyyət kəsb edir. Disputda çıxış edən, nəinki təşkilatçılıq baca­rı­ğı­nı əldə edir, həm də öz vətəndaşlıq mövqelərini qoruyurlar, öz­lə­rində prinsipiallıq və mübarizliyi inkişaf etdirirlər.

Deməli, disput yuxarı sinif şagirdlərinin şəxsiyyətinin forma- laşmasına çox böyük təsir göstərir. Burada onlar aşağıdakı keyfiy- yətlərə yiyələnirlər:


  • Təlim prosesində əldə etdikləri bilik, bacarıq və vərdişləri daha da genişləndirib dərinləşdirir, bililərin tətbiqi üçün daha real imkanlara malik olur, onlardan həyat prosesində istifadə etmək yollarını öyrənirlər;

  • Onlar şüurlu intizam, kollektivçilik, təşəbbüskarlıq, təş- ki­­­lat­çılıq bacarığı, müstəqillik, səlis danışıq və s. qabiliyyətlərini üzə çıxarırlar;

  • Vətənpərvərlik, beynəlmiləlçilik, dostluq və yoldaşlıq, hör­mət və tələbkarlıq, qarşılıqlı qayğı kimi keyfiyyətləri dərindən anlayırlar;

  • Atalar sözləri, hikmətli sözləri öyrənir, görkəmli şəxsiy- yətlərin tərbiyəvi fikirlərindən sitat gətirir və elmin bir çox sahələri haqqında məlumat toplayırlar.

  • Asudə vaxtlarının düzgün bölünməsini təşkil edirlər, bir-birlərinin qabiliyyət və istedadlarını üzə çıxarırlar ki, bu da onlara gələcəkdə peçə seçimi etməkdə kömək olur.

Disput yalnız həqiqətləri üzəçıxarmaqla kifayətlənmir, ha- belə fikirləşməyi, hərəkət etməyi, öz əqidəsini müdafiə etmək qabi- liyyətlərini formalaşdırmağı şagirdlərə öyrədir. Disput yoldaşlıq münasibəti daşımalıdır.

Burada müəllimlər şagirdlərin başqalarının rəyinə münasibət bəslədiklərinə, necə qiymətləndirdiklərinə xüsusi əhəmiyyət vermə- lidirlər.Mübahisələrdə inandırma yolu ilə, məntiqlə qələbə çalmaq lazımdır.

Disputların şagirdlərin təlim-tərbiyəsində, onlarda mənəvi keyfiyyətlərin formalaşmasında böyük əhəmiyyət vardır. Məhz bu əhəmiyyətlilik disputların vəzifələrinin məqsədəuyğun həyata keçi- rilməsinə güclü təsir göstərir.

Disputların gənclərin dünyagörüşünün formalaşmasına kö- mək etməklə yanaşı, həm də onlarda prinsipiallıq tərbiyə edir, düz­gün mülahizə yürütməyə, dilin səlisləşməsinə təsir göstərir. Dis- pu­tun maraqlı cəhəti budur ki, burada bu və ya digər məsələ haqqında fikirlər toqquşur, şagirdlərə öz dünyagörüşünü aşkar etmək, baş-qa­la­rının hərəkətlərinə düzgün qiymət vermək qabiliy- yətinə malik olmaq imkanı verilir.

Disputda şagirdlərə müstəqillik verilir. Sərbəstlik nəticəsin- də şagird necə hərəkət edəcəyini şüurlu surətdə dərk edir və bu ide­ya­nı həyata keçirmək üçün onda arzu və cəhd oyanır. Şagird dis­put­da öz təsəvvürlərini bu və ya digər məsələ ətrafında cəmləşdirir və mövzu ilə əlaqədar təcrübələrini, təsəvvürlərini yaddaşında bərpa edir. Disputun səviyyəsi onun iştirakçılarının mədəni səviyyəsinin, bilik dairəsinin göstəricisidir. Gənclər burada iştirak etməklə öz bi­lik­­lərini artırır, yoxlayır və möhkəmləndirir və onlarda sərbəstlik, təfəkkür, natiqlik qabiliyyəti, başqasını dinləmək mədəniyyəti kimi cəhətlər formalaşır.

Şagirdlərin diqqətini və marağını artırmaq üçün disput mü- təşəkkil və dinamik keçməlidir. Hər şey aparıcıdan, onun hazırlı­ğından, onun təşkilatçılıq qabiliyyətindən gözlənilməz vəziyyət- dən çıxış yolu tapmaq, dinləyicilərin diqqətini cəlb etmək bacarı­ğın­dan asılıdır. Disput keçirərkən şagirdlərin qəlbinə və şüuruna hakim olmaq üçün disputun keçirilmə planını bilmək lazımdır. Dis­put aşağıdakı plan üzrə keçirilir:



    1. Disputun keçirilmə yerini müəyyən etmək;

    2. Disputun mövzusunu seçmək;

    3. Mövzuya aid suallar tərtib etmək;

    4. Suallara uyğun olan ədəbiyyatları müəyyənləşdirmək;

    5. Şagirdləri disputa hazırlamaq;

    6. Disputa hazırlıq işlərində şagirdlərin fəal iştirakını təmin etmək;

    7. Disputun keçirilməsi;

    8. Disputun yekunu.

Disputun uğuru aparıcıdan çox asılıdır. Giriş sözünün möv- zuya əsaslanaraq qısa və aydın olması, auditoriya qarşısında müba- hisəli suallar qoymaq və onları düşünməyə məcbur etmək onun başlıca vəzifəsidir. Aparıcı təşkilatçılarla sadə, sərbəst və inandırıcı danışmalıdır ki, bu da onu iştirakçılarla yaxınlaşdırır, iştirakçılarda ona qarşı inam yaranır və açıq söhbətə gətirib çıxarır.

Aparıcının giriş sözü və onun disputa rəhbərlik metodu mü- bahisəli və eyni zamanda dostluq xarakteri daşımalıdır. Giriş sö­zün-də müzakirə olunan problem haqqında ziddiyyətli fikirlər olduğunu söyləmək, iştirakçıları mövzu və onun ayrı-ayrı sualları ətrafında çıxış etməyə, öz münasibətini bildirməyə çağırmaq lazımdır.

Giriş sözündən sonra o, müzakirə olunacaq mövzunun adını, sualları iştirakçılara bildirir. Disputa başlayarkən şagirdlərə mövzu ətrafında fikir mübadiləsi söyləyə bilmələri xatırladılmalıdır. Müza­ki­rə ardıcıllıqla, yəni bir sualdan digərinə keçməklə aparılsa daha sə­mərəli olar. Aparıcı hər bir sualın qısa yekununu verməlidir. Dis-putun gedişi zamanı aparıcı bütün iştirakçılara söz verilməlidir.

Hər kəs çıxış etmək, çıxış edənə və aparıcıya sual vermək hüququna malikdir. Müzakirə olunan məsələ haqqında şagirdlərin çıxışları və mübahisəsi başlanır. Hər bir şagird mübahisə olunan məsələ haqqında öz fikrini söyləyir. Bu zaman aparıcının məsuliy- yəti daha da artır. O, çıxış edənləri bacarıqla istiqamətləndirməli, sual­ların ardıcıl müzakirəsinə nəzarət etməli, mövzudan uzaqlaş- mağa yol verməməlidir. O, çalışmalıdır ki, mübahisə prinsipial xarakter daşısın, çıxışlar əsaslı olsun.

Şagirdlərin çıxışından sonra disputa dəvət olunmuş görkəmli şəxslər, alimlər və məktəbin müəllimləri yığcam şəkildə şagirdlərin çıxışlarına öz münasibətlərini bildirirlər, həmin məsələyə dair söy­lə­ni­lən fikirləri ümumiləşdirirlər. Disputun rəhbəri son sözündə dis­puta yekun vurur, çıxışlara qiymət verir, səhv mülahizə və fikir­lə­ri göstərir, onların səbəblərini açıqlayır. Düzgün mülahizələrə aid də­lillər gətirir, bütün suallara, aydın olmayan məsələlərə qənaətbəxş cavab verir.

Aparıcının son sözü xüsusi rol oynayır. Burada disput ye- kunlaşdırılır, müzakirə olunan məsələnin elmi cəhətdən əsaslan- dırılmış həlli verilir. Son söz həm də ona görə əhəmiyyət kəsb edir ki, ona müəyyən metodik tələblər aiddir. Belə ki, o:



  • Qısa, aydın və inandırıcı olmalı;

  • Müzakirə olunan problemin düzgün həllinə yol göstər- məli;

  • Ən yaxşı və ən maraqlı çıxışlara istinad etməli;

  • Tənqidi fikirlərə imkan yaratmalı;

  • Gələcək disput iştirakçılarının qeyri-mənəvi inkişafına kömək etməli;

  • Yeni problemlər qoymalı;

  • Gənclərdə biliyə, öz təhsilini və xarakterini təkmilləşdir-məyə maraq doğurmalıdır.

Aparıcı disputu başlamazdan əvvəl çıxış edənlərə təşəkkür edir, gələcək disputun mövzusu və sualları barəsində iştirakçılarla məsləhətləşir. Yaxın günlərdə keçiriləcək mədəni-kütləvi tədbir ba­rə­də onlara məlumat verir. Disputu təhlil edərkən müsbət nəti­cə­ləri cəmləşdirmək, müvəffəqiyyətə səbəb olan şərtləri və metodları göstərmək, uyğunsuzluğun səbəblərini müəyyənləşdirmək lazımdır. Təhlil həm müşahidəçiliyi, tələbkarlığı, özünütənqidi, pedaqoji us­talığı gücləndirməyi tərbiyə edir.

Disputun pedaqoji təhlili aşağıdakı əsas meyarlara uyğun keçirilə bilər:


Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə