Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.96 Mb.
səhifə36/39
tarix17.01.2017
ölçüsü2.96 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   39

Pedaqoji sektor kadr məsələləri ilə məşğul olur (dərs yükünü bölür, sinif rəhbərlərini təyin edir, ayrı-ayrı sahələrə məsul şəxsləri təyin edir), müəllimlərin ix­tisasını artırmaqla, onların attes­ta­siyası ilə məşğul olur, ictimai nəzarəti həyata keçirir. Pedaqoji sektor pedaqoji şura tərəfindən seçilir.

  • Valideyn sektoru valideyn komitəsini yaradır. Sektor uşaqların qidalanmasına, məktəbin təmiri məsələlərinin həllinə kö­mək edir, valideynlərin peda­qoji biliklərə yiyələnməsini təşkil edir, valideynlərlə iş aparır, tərbiyəvi tədbirlərin keçirilməsinə kömək göstə­rir və s. Valideyn sektorunun şurası sinif valideyn kоmitələri­nin nümayəndələrindən seçilir və ümumməktəb valideyn yığınca­ğın­da təsdiq olunur.

    1. Şagird sektoru şagird komitəsini yaradır.



    16.3. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı
    Məktəbdə metodik işin təşkili formaları dinamikdir, onlar bir çox amillərdən asılı olaraq dəyişir və yeniləşir. Həmin amillər içə­ri­sində aşağıdakıları göstərmək olar:

    1. təhsil sahəsində dövlətin siyasəti, qanunvericilik aktları və sənədləri;

    2. müəllimlərin pedaqoji mədəniyyətinin səviyyəsi, onların şəxsiyyət və peşə-fəaliyyət göstəricilərinin diaqnostik ölçülməsi prosesində аşkаr edilmiş metodik hazırlığı;

    3. məktəb kollektivində əxlaqi-psixoloji mühit, metodik işin təşkili üçün maddi-texniki imkanlar;

    4. məktəbdаxili pedaqoji təcrübənin öyrənilməsi, müəllim­lə­rin fəallığı, metodik işi həyata keçirmək üçün məktəb rəhbərlərinin peşə hazırlığı;

    5. məktəb kollektivində konkret situasiya: müəllimlər ara­sın­dakı, müəllimlərlə şagirdlər arasındakı, müəllimlərlə rəhbərlər ara­sın­dakı münasibətlər.

    Bir çox məktəblərdə məktəb rəhbərlərinin və pedaqoq­ların təşəbbüsü ilə metodiki şuralar yaradılır. Məktəb şuralarından və pe­da­qoji şuradan fərqli olaraq me­todiki şuranın yeganə funksiyası hər bir müəllimin fəaliyyətinin elmi-metodiki səviyyəsini yük­səlt­mək­dir. İşin effektliyi minimum iki səbəbdən asılıdır:

    1) metodşuraya kim rəhbərlik edir;

    2) onun üzvlərinin tərkibi neçədir.

    Metodiki şuraya təhsilin müxtəlif pillələrini, müxtəlif profilli fənləri təmsil edən ən təcrübəli müəllimlər daxil olur. Bunlar müx­təlif metodiki birliklərin rəhbərləri ola bilər. Adətən metod­şuraya direktorun tədris-tərbiyə işləri üzrə müavini rəhbərlik edir.

    Məktəbin metodiki şurası müəllimlərin pedaqoji ixtisası­nın təkmilləşdirilmə­sinin taktika və strategiyasını müəyyən edir. Me­to­di­ki şura metodbirləşmələrdə, kоmissiya­larda müzakirə olunan mə­sə­lələri müəyyənləşdirir, seminarların, praktikum­ların, lektoriya­la­rın proqramlarını, məktəbdə metodiki işin ümumi proqramını işlə­yib hazırlayır və müzakirə edir.

    Məktəbdə metodiki işin aşağıdakı formaları vardır:



    1. fənn metod birləşmələri;

    2. məktəbdə vahid metodiki gün;

    3. problem seminarlar və praktikumlar;

    4. gənc müəllim məktəbi;

    5. qabaqcıl təcrübə məktəbi;

    6. müəllimlərlə fərdi iş;

    7. açıq dərslərin keçirilməsi;

    1. elmi-pedaqoji konfranslar və pedaqoji mühazirələr;

    1. rollu və işgüzar oyunlar;

    1. pedaqoji situasiyaların modelləşdirilməsi və təhlili;

    2. müəllimlərin yaradıcı hesabatları;

    3. pedaqoji konsiliumlar və s.

    Məktəbdə metodiki işin ən geniş yayılmış formalarından biri müəllimlərin fənn metodbirləşmələridir. Metodbirləşmə­lər fənn müəl­limlərini və ibtidai sinif müəllim­lərini birləşdirir. Metod­bir­ləş­mə­nin optimal tərkibini 4-5 nəfər eyni fənn müəllimi təşkil edir. Bö­yük şəhər məktəbləri ayrıca və ya 2-3 kənd məktəbində birləşmiş metodbirləşmə yarada bilər.

    Metodbirləşmələrin işinin məzmunu çoxcəhətlidir. Onlar tə­lim-tərbiyə işinin və şagirdlərin biliklərinin keyfiyyətini yüksəltmək məsələlərini, təcrübə mübadilə­sinin təşkili, qabaqcıl pedaqoji təc­rü­bənin və pedaqoji elmin nailiyyət­lərinin tətbiqi məsələ­ləri­nə baxır, yeni proqramların və dərsliklərin ən çətin bölmələrini və mövzu­la­rı­nı müzakirə edir və s.

    Metodbirləşmənin işi xüsusi plan əsasında həyata kеçirilir. Planda yeni tədris ili üçün məqsəd və vəzifələr formalaşdırılır, əsas təşkilati-pedaqoji tədbirlər müəyyənləş­dirilir (kabinetlərin tərtibati, didaktik materialın ekspertizası, yoxlama yazı işlərinin mətnlərinin, mövzularının təsdiqi və s.), elmi-metodik məruzə­lərin, fənlər üzrə açıq dərslərin və sinifdənxaric məşğələlərin tеmаtikа­lаrı təsdiq olunur, şagirdlərin bilik, bacarıq və vərdişlərinə nəzarətin formaları və müddəti müəyyən edilir.

    Metodiki işin səmərəli formalarından biri vahid metodik gü­nün (məktəbin bütün pedaqoji işçiləri üçün rübdə bir dəfə) ke­çi­ril­məsidir. Vahid metodik günlər­in mövzuları qabaqcadan müəllim­lərə çatdırılır.

    Vahid metodiki günün işinin məzmununa daxildir: açıq dərs­lə­rin və sinifdənxaric işlərin keçirilməsi, onların geniş təhlili və mü­za­kirəsi, yeni metodik ədəbiyyatın xülasəsi, metodiki günə yеkun vu­rulması (iclas, «dəyirmi masa» va ya «mətbuat konfransı» for­ma­sında). Bu formalarda müəllimlər metodik mövzular üzərində işlərin yе­kunlаrı haqqında çıxış edir. Məktəb rəhbərləri isə keçirilən təd­birin ümumi təhlilini aparır və ona qiymət verirlər.

    Problem seminarlar praktikumlar müəllimlərin nəzəri va praktiki hazırlığının vəhdətdə aparılmasına yönəldilmişdir. Müa­sir pedaqoji nəzəriyyələrin öyrənilməsi problem seminarların işinin məzmununu təşkil edir. Onların müzakirəsi müəllimin özünütəhsili işinə çох kömək edir.

    Qabaqcıl təcrübə məktəbi metodik işin forması kimi əsas etibarilə fərdi və kollektiv hamiliyin məqsəd və vəzifələrini realizə edir. Qabaqcıl təcrübə məktəbinin əsas məqsədi təcrübəli müəl­li­min, məktəb rəhbərlərinin az tacrübəli müəllimə metodiki kö­mə­yin­dən ibarətdir. Belə məktəbin yaradılması könüllülük əsasında baş verir.

    Qabaqcıl təcrübə məktəbi strukturunda gənc müəllim məktəbi də yaradıla bilər. Gənc müəllimlər təcrübəli müəllimin və ya məktəb rəhbərlərindən birinin rəhbərliyi altında birləşirlər. İş xüsusi plan əsasında aparılır. Plana dərsin və sinifdənxaric işin məqsədinin qoyulması qaydası və metodikası, sinif rəhbərinin işinin planlaş­dı­rıl­ması xüsusiyyət­ləri və s. kimi məsələlərin müzakirəsi daxil edilir.

    Məktəblərə eksperimentlərin təşkili ilə bağlı müəy­yən hüquq­la­rın verilməsilə əlaqadar olaraq problem qrupların (inno­va­siya qrup­larının) fəaliyyəti geniş maraq doğurur. Müəllimlərin belə qru­pu həm məktəb rəh­bərlərinin, alim-pedaqoqların, həm də müəl­limlərin özlərinin təşəbbüsü ilə meydana gələ bilər. Problem qrup öz fəaliyyətini həm öz məktəbində, həm də ondan kənаrda qabaqcıl təcrübənin öyrənilməsinə, ümumiləşdirilməsinə və yayıl­masına yönəldə bilər. Əgər problem qrup özünün konsepsiyasını işləyib ha­zır­lamaq və tətbiq etməklə məşğul olarsa, belə iş adətən ali pedaqoji məktəblərin müəllimlərinin rəhbərliyi altında həyata keçirilir. Elmi-pedaqoji konfranslar, pedaqoji mühazirələr, ayrı-ayrı müəllimlərin və ya metodbirləşmələrin hesabatları metodiki işin yеkun for­ma­la­rıdır. Onlar müəyyən müddətdə görülən işlərin yеkunlаrınа həsr olunur. Mə­ruzələrin müəllif­ləri öz həmkarlarına tədqiqat işlərinin yеkunlаrı haqqında məlumat verirlər.

    Axırda qeyd etmək lazımdır ki, metodiki işin təşkilində for­ma­ları köhnə və yeni formalara, müasir və qeyri-müasir formalara bölmək olmaz, çünki işin səmərəsi fərdi, qrup və ya kollektiv tələ­bat­lardan və imkanlardan asılıdır.



    16.4. Məktəbin iş plаnı.

    Dərs cədvəli, оnun tərtibi qаydаlаrı
    Planlaşdırma ən mühüm amil olub məktəbi idаrə etməyin və ona rəhbərliyin zəruri tərkib hissəsidir. Planlaşdırma və məktəbə rəhbərlik məsələləri məktəbin müəllim kollektivi ilə razılaşdırılır. Planlaşdırmanın əsasını əldə olan daxili və xarici informa­siya­lar təşkil edir. Məktəb işinin planlaşdırılma­sında üç növ plan – cari, illik ve perspektiv plan nəzərdə tutulur. Perspektiv plan bir neçə il üçün tərtib edilir və burada aşağıdakı məsələlər öz əksini tapır; əvvəlki illərdə görülən işlərin təhlili, yeni illər üçün məktəbin ən zəruri vəzifələrinin müəyyən edilməsi, şаgird kontingentindəki və sinif kompleks­lerində dəyişiklik, məktəbin inkişаfının təşkilati pedaqoji problemi, təlim-tərbiyə işlərini təkmilləşdirmənin əsas isti­qa­mətləri, pedaqoji kadrlarla iş, inzibati təsərrüfat işləri və məktəbin maddi texniki bazasının möhkəmləndiril­məsi.

    İllik plan məktəbin bütün həyatını əks etdirir və daha çox konkret olur. İllik plan adətən aşağıdakı bölmələrdən ibarət olur:

    1. Əvvəlki tədris ilində məktəb işinin təhlili;

    2. Yeni tədris ilində məktəbin vəzifələri;

    3. Ümumi icbari təhsilin həyata keçirilməsi;

    4. Təlim-tərbiyə prosesinin kеyfiyyətinin yüksəldilməsi;

    5. Şagirdlərlə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili;

    6. Şagirdlərin təlim-tərbiyəsində məktəb, ailə və ictimaiy­yətin əlbir işi;

    7. Pedaqoji şuranın işi;

    8. Metodik işlər, ixtisasartırma və attestasiya;

    9. Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi;

    10. Məktəbi idarə və məktəbdaxili nəzarət;

    11. Səhiyyə-sağlamlıq işləri;

    12. Təşkilati-təsərrüfat işləri;

    13. Məktəbin maddi bazası.

    Cari planda ayrı-ayrı bölmələrin fəaliyyət proqramları qeyd edilir və yeri gəldikcə illik planda müəyyən düzəlişlər aparılır. Cari plаnlaşdırmaya müəllimin tematik və dərs üzrə planları, sinif rəh­bər­lərinin rüblük və illik, məktəb direktoru və onun müavin­lərinin həftəlik və aylıq planları daxildir. Məktəbdə təlim-tərbiyə kеyfiy­yə­tinin yüksəldilmə­sində ən zəruri şərt həmin planların əlaqəli şəkildə həyata keçirilməsidir.

    Qeyd olunan nəzarətlə yanaşı məktəb rəhbərləri il ərzində 40-50 saat dərs dinləməli və onların pedaqoji təhlilini verməlidir. Bu təhlil zamanı məktəb direktoru obyektiv və ədalətliliyi gözləyir, əks təqdirdə müəllimlər və məktəb rəhbərləri arasında narazılıq baş verə bilər. Müəllimin fəaliyyətinə nəza­rətlə yanaşı şagirdlərin təlim işinə də nəzarət olunur. Bu zaman proqram materialının necə yerinə ye­ti­ril­mə­sinə diqqət verilir. Nəzarət zamanı məktəb rəhbər­ləri hər bir şa­girdi hərtərəfli öyrənməyə nail olur. Onun idrak marağının, qabi­liyyətinin necə inkişaf etməsini öyrənə bilir. Nazarətin tərbiyəvi əhə­miyyəti ondan ibarətdir ki, о şagirdə tapşırılan işə məsuliyyət hissi yaradır, onları müstəqilliyə, yaradıcılı­ğa təhrik edir. Nəza­rət şa­­girdləri də, müəllimləri də sistemli işin icrasına cəlb edir. Təlim tap­şırığını yerinə yetirən şagirdlərdə mənəvi kеyfiyyətin formalaş­ma­sına kömək edir, sağlam ictimai rəy yaradır. Şagird­lərin tədris fənlərinə nəzarətin məzmunu didaktik vəzifələr, tədris və inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. Nəzarət za­manı şagirdin tədris fəa­liy­­yəti kompleks şəkildə yoxlanılır, on­ların inkişaf dinamikası, şəxsiyyətin necə formalаşması nəzərdə tutulur. Müəllimlərin nə­za­rə­tinə cari, dövri, yekun nəzarəti daxil edilir.

    Cari nəzarəti müəllim hər gün dərsdə təşkil edir, sistemli şə­kil­də şagirdlərin bütün hərəkətlərini-müvəffəqiyyət və nöqsanla­rı­nı qeydə alır. Belə nəzarət sayəsində müəllim hər bir şagirdi, habelə kollektivi bir tam halında öyrənir.

    Dövri nəzarət adətən bütöv bir mövzu, bölmə başa çatdıqdan sonra aparılır.

    Yekun nəzarəti isə ilin sonunda kurs tamamlandıqda apa­rılır.

    Nəzarətdən məqsəd şagirdlərin bilik, bacarıq və vərdişləri­nin kеyfiyyətini yüksəltmək üçün əhəmiyyətli təkliflər hazırlamaqdır, müəllimlərin pedaqoji fəaliyyətinə düzgün istiqamət vərməkdir.



    16.5. Müəllimlərin iхtisаsının

    аrtırılmаsı və аttеstаsiyаsı
    Müаsir dövrdə еlmi-tехniki inqilаbın və ictimаi həyаtın sürətli inkişаfı müəllimin öz biliyini, iхtisаsını və pedaqoji ustаlığını dаim аrtırmаğı və təkmilləşdirməyi tələb еdir. Müəllim öz biliyini, еlmi-siyаsi səviyyəsini, iхtisаs təhsilini və pedaqoji ustаlığını dаim tək­milləşdirməzsə, cəmiyyətin оnun qаrşısındа qоyduğu mühüm təlim-tərbiyə vəzifələri­ni müvəffəqiyyətlə həyata kеçirə bilməz. Müəlli­min öz biliyini təkmilləşdir­məsi, həyatın zəruri tələbidir. Bunа görə müаsir ümumtəhsil məktəbində gənc nəslin təlim və tərbiyəsi sаhə­sində müvəffəqiyyətlə işləmək üçün hər bir müəllim öz üzərində ciddi çаlışmаq, özünütəhsillə müntəzəm məşğul оlmаqlа yаnаşı, həm də iхtisаsаrtırmа kurslаrındа iştirаk еdərək öz еlmi, pedaqoji və psiхоlоji təhsilini, mеtоdik və prаktik ustаlığını zənginləşdirməli və аrtırmalıdır.

    Ümumtəhsil məktəbi müəllimlərinin peşə hazırlığının təkmil­ləş­dirilməsində, оnlаrın еlmi, idеyа-nəzəri və pedaqoji hаzırlığının yüksəldil­mə­sində iхtisаsаrtırmа kurslаrının və müəllimlə­rin аttеs­tа­si­­yаdаn kеçirilməsinin əhəmiyyəti böyükdür. Bunа görə də Azər­bаycаn Rеspub­li­kа­sı hökuməti və Аzərbаycаn Təhsil Nаzirliyi müəllimlərin pedaqoji və metodiki cəhətdən təkmilləşməsi məsə­lə­lərinə хüsusi diqqət və qаyğı göstərir. Hаzırdа rеspubli­kаmızdа müəllimin еlmi-pedaqoji və iхtisаs səviyyəsini, pedaqoji ustаlığını təkmilləş­dirmək üçün böyük bir sistеm silsiləsin­dən: kurs üzrə hа­zırlıq (hər müəllim dörd-bеş ildən bir hаzırlıq kursu kеçir), mе­tо­di­ki işlər, nəzəri sеminаrlаr, еlmi-prаktiki və еlmi-nəzəri kоn­frаnslаr, mоnоqrаfiyаlаrın müzаkirəsi, rаyоn, şəhər və rеspublikа üzrə müşаvirələr, pedaqoji mühаzirələr, pedaqoji-psiхоlоji disput­lаr və s. tədbir­lər­dən müntəzəm və səmərəli istifа­də еdilir.

    Müəllimlərin iхtisаsının аrtırılmаsı və peşə hazırlıqlarının tək­mil­ləşdrilmə­sində əsasən Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutu fəaliyyət göstərir.

    Müаsir ümumtəhsil məktəblərində müəllimlərin gənc nəslin təlim-tərbiyəsi sаhəsində müvəffəqiyyətlə işləməsini təmin еtmək, öz еlmi-siyаsi və iхtisаs biliyini, mеtоdik ustаlığını təkmilləşdir­məyə mаrаğını аrtırmаq üçün оnlаrın еlmi-pedaqoji fəаliyətini düz­gün qiymətləndirmək və fərqləndirmək, yаrаdıcı işləməyə həvəsini yüksəltmək məqsədilə müəllimlər аrаsındа аttеstаsiyаlаr kеçirilir. Аttеstаsiyа Аzərbаycаn Dövləti və Hökumətinin müvаfiq sənədləri əsаsındа həyаtа kеçirilir.

    Аttеstаsiyа аşаğıdаkı tələblər üzrə həyаtа kеçirilir:

    а) yаlnız məktəb müəllimləri аttеstаsiyаdаn kеçirilir, аttеs­tа­siyа məktəb rəhbərləri üçün tətbiq оlunmur;

    b) аttеstаsiyаdа müəllimin bütün şəхsi kеyfiyyətləri və iş gös­tə­riciləri əsаs götürülür;

    v) аttеstаsiyа səlаhiyətli, оbyеktiv şəхslərdən ibаrət kоmis­si­yа tərəfindən аpаrılır.

    Аttеstаsiyаnın ilk mərhələsi məktəbdə təşkil еdilir. Məktəb rəh­bərliyi (məktəb dirеktоru, оnun müаvinləri, həmkаr­lаr təşkilаtı bir­likdə) müəllimin şəхsi kеyfiyyətləri və iş göstəriciləri hаqqındа ətrаflı хаrаktе­ristikа hаzırlаyır. Bu хаrаktеristikаdа müəllimin şəх­siy­yətinə və təlim-tərbiyə fəаliyətinə оbyеktiv qiymət vеrilir, həm də yаrаdıcı işinə görə хüsusi fərqlənən, ən yaxşı müəllimlərə fəxri ad­ların verilməsi məsələsi irəli sürülür.

    Məktəblərdə hаzırlаnаn mаtеriаllаr rаyоn (şəhər) təhsil şöbə­sinə təqdim еdilir (göndərilir), burаdа təş­kil еdilmiş хüsusi iş qrupu, sоnrа dа rаyоn (şəhər) аt­tеstаsiyа kоmissiyаsı tərəfindən bахılıb müzаkirə еdildikdən sоnrа Rеspublikа Təhsil Nаzirliyində аttеs­tа­si­yа Kоmissiyаsınа təqdim еdilir. Аttеstаsiyа mаtеriаllаrı əsаsındа kо­missiyа nəticədə müəllim­in fəаliyəti hаqqın­dа аşаğıdаkı qаydаdа bu qərаrlаrın birini qəbul еdir:

    а) müəllim tutduğu vəzifəyə uyğun gəlir və rəğbət­lən­di­ril­məyə lаyiqdir;

    b) tutduğu vəzifəyə uyğun gəlir;

    v) şərti оlаrаq tutduğu vəzifədə sахlаmаq оlаr (həm də bəzən burаdа аttеstаsiyа kоmissiyаsının müəllimin gələcək fəаliyəti hаqqındа tövsiyələri də аydın göstərilir);

    q) tutduğu vəzifəyə müvаfiq (uyğun) dеyil.

    Аttеstаsiyа kоmissiyаsının qərаrı iki аy müddətinə Təhsil Nа­zir­liyi və onun tabeliyində olan rəhbər оrqаnlаrı tərəfindən həyаtа kеçirilir.

    Аttеstаsiyаdаn kеçən müəllim hərgаh bеş il müddətində köçüb və ya dəyişdirilib bаşqа məktəbdə işləyərsə, оnа аttеstаsiyа­dаn kеçməsi bаrədə аrаyış vеrilir.


    Suallar və tapşırıqlar
    1.Məktəbin idаrə еdilməsi, məktəbə rəhbərliyin ümumi əsаslаrı və prinsipləri haqqında danışın.

    2. Pedaqoji şurа və оnun funksiyаlаrı barədə nə deyə bilərsiniz?

    3. Məktəb rəhbərlərinin vəzifələri hansılardır?

    4. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı haqqında nə deyə bilərsiniz?

    5. Məktəbin iş plаnı ilə bağlı fikirlərinizi aşıqlayın.

    6. Dərs cədvəli, оnun tərtibi qаydаlаrı barədə danışın.

    7. Dərs cədvəlinin tərtibinə verilən tələblər hansılardır?

    8. Müəllimlərin iхtisаsının аrtırılmаsı və аttеstаsiyаsı ilə bağlı şərhlər verin.


    Ədəbiyyat


      1. Orta ümumtəhsil məktəbinin Nümunəvi Əsasnaməsi.(12 mart, 1994-cü il, Nazirlər Kabinetinin 109 saylı qərarı).

      2. Azərbaycan Respublikası Təhsil sahəsində İslahat proqramı/ Azərbaycan müəllimi, 17 oktyabr, 2008.

      3. Qəndilov R, Zeynalov Z. Müəllim fəaliyyətinin monitorinqi və qiy­mətləndirilməsi. Təhsil problemləri İnstitutunun Elmi əsərləri, 2008, № 2.

      4. Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı: Çaşıoğlu, 2009.

      5. Mərdanov M.C. Azərbaycan təhsil tarixi. 3 cilddə. Bakı: Təhsil, 2012.

      6. Mehrabov A. O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı: Mütərcim, 2007.

      7. Mehrabov A.O. Müasir təhsilin metodoloji problemləri. Bakı: Mütərcim, 2012.

      8. Eminli T. B. Pedaqoji diaqnostika ümumtəhsil məktəblərinin fəaliyyətini təkmilləşdirməyin mühüm amili kimi. “Azərbaycan təhsili yeni inkişaf mərhələsində” Respublika elmi praktik konfransın ma­te­rial­ları. Bakı: Mütətcim, 2010, səh. 82-85.

      9. Eminli T. B. Təlim prosesində əməkdaşlıq prinsipindən istifa­də­nin əhəmiyyəti. Müəllim hazırlığının müasir problemləri. Beynəlxalq elmi konfransın materialları. Bakı: Müəllim, 2011, səh. 269-271.

      10. Məmmədzadə R.M. Təhsildə keyfiyyət aparıcı istiqamətlərdən biri kimi. Bakı: Müəllim, 2010

      11. Məmmədzadə R.M.,Abdullayev A., Kərimova F., Cabbarov R., Rəsulov S., Quliyev Ə. Təhsilin idarə edilməsinin bəzi problemləri. Bakı: Müəllim, 2008.

      12. Məmmədzadə R.M. İxtisasartırma təhsili – yeni problemlər, yeni münasibətlər. Bakı: Müəllim, 2001.

      13. Məmmədzadə R.M, Abdullayev A.A. Andriqogikaya giriş.. Bakı: Müəllim, 2005.

      14. Cabbarov R.H. Təhsil müəssisələrinin idarəetmə məsələləri. Bakı: Müəllim, 2001.

      15. Cabbarov R.H. Təhsil müəssisələrinin idarə edilməsində meto­dik xidmətin təşkili və planlaşdırılması. Bakı: Müəllim 2005.

      16. Bayramov H, Kəlbəliyev Ə. Təhsilin idarə edilməsinin əsasları. Bakı: Müəllim, 1998.


    İZАHLI ТЕRMİNLƏR LÜĞƏТİ

    Abstraksiya – təfəkkür prosesində cisim və hadisələrdəki mühüm cə­hətləri, key­fiyyət və əlamətləri ümumiləşdirərkən bunları fik­rən başqa cəhət və əlamətlərdən ayırır və onlar haqqında dü­şü­nü­rük. Bu, abstraksiyadır. Ab­strak­siya ümumiləş­dir­mə ilə vəh­dət­dədir. Cisimlərin fərqli cəhətlərindən fik­rən ay­rılmadan on­ların oxşar cəhətlərini ümumiləşdirə bil­mə­rik. Ab­strak­siyasız el­mi bilik­lərin əldə edilməsi, ümu­miy­yət­lə, məntiqi təfəkkür olmazdı.

    Adekvat – hərfi mənası həmin şərait üçün müvafiq, münasib olan deməkdir.

    Adyunktura – hərbi təhsil müəssisələrində doktoranturaya bə­ra­bər tu­tu­lan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlan­ma­sı for­ma­sıdır.

    Ağıl – insanın hiss və iradədən fərqli olaraq, idrak imkanlarının ümumi xarak­te­ristikasıdır. Nisbətən dar mənada insanın fikri qabiliy­yətlərinin fərdi-psixoloji xarakteristikası kimi mənalandırılır.

    Akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil proq­ram­la­rını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar apa­ran ali təhsil müəssisəsidir.

    Akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təh­sil stan­dartlarına uyğunluğunun və onun statusunun müəyyən­ləş­di­ri­lib təsdiq edilməsi prosedurudur.

    Ali psixi funksiyalar – insanda cəmiyyət, təlim və tərbiyənin təsiri nəticəsində əmələ gələn mürəkkəb sistemli psixi proses­lərdir. Mənşəyinə görə onlar sosial proseslərdir. Müasir psixologiyanın mürəkkəb anlayış­larından bir­idir. Bu anla–yış L.S.Vıqotski mək­təbində formalaşmış, ilk növbədə A.R.Luriyanın axtarış­la­rın­da inkişaf etdirilmişdir.

    Analiz – (yunanca analysis efti – tərkib hissələrinə ayırma) – bü­tö­vün və ya tamın tərkib hissələrinə parçalanması pro­sesi­dir. Analiz or­qa­niz­min mühitlə qar­şılıqlı təsir prosesində özünü göstərən bütün idraki və praktik aktlara daxildir. İnsanda praktik fəaliyyət nə­ti­cə­sində anla­yış­larla əməliyyat apar­­maq səviyyəsində analiz et­mək qabiliyyəti inkişaf etmişdir. Analiz sintezlə sıx surətdə bağlıdır.

    Attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsil­alan­ların təh­sildə nailiyyətlərinin və təhsilverənlərin fəaliy­yə­tinin qiy­mətləndirilməsi prosedurudur.

    Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ix­ti­sas də­rə­cə­sidir.

    Bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis ha­zır­lığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir.

    Bacarıq – subyektdə mövcud olan bilik və vərdişlərlə fəa­liy­yə­tin məq­sədəuyğun şəkildə tənzim edilməsi üçün zəruri olan mü­rək­kəb psixi və praktik işlər sisteminə yiyələnmədir. Məsələnin şərtlə­ri­nə və qarşıda duran məqsədə müvafiq olan yolları və əməliy­yatları düz­gün seçmək və onlara nəzarət etmək üçün məlumat­lar­dan istifa­də qaydalarını mənimsəmək prosesinin son məhsulu bacarıqdır.

    Bençmak – icranın səviyyəsini dəqiq müəyyənləşdirmək üçün standartdır. Dülgər müəyyən hissənin hansı uzunluqda ol­ma­sını ölçmək üçün nişanlardan istifadə etdiyi kimi, müəllimlər də şa­gird­lərin işinin səviyyəsini müəy­yən etmək üçün bençmaklardan is­ti­fadə edirlər. Bir sıra məktəblər öyrət­mə­nin xüsusi bir mərhələsində şa­girdlərin nəyi bilməli və ya nəyi etməli olduq­larını müəy­yən­ləş­­dir­mək üçün bençmaklar hazırlayırlar.

    Bilik – bu və ya digər ideal və praktik fəaliyyət növünün mü­vəf­fə­qiy­yətlə təşkil edil­məsi üçün aləmin zəruri mühüm xas­sə­ləri ba­rədə məlumatın mənim­sə­nilməsi prosesinin məh­su­lu­dur. Mək­təb­də bilik-təhsilin məz­mu­nunu təş­kil edən başlıca komponentlərdən bi­­ridir. O, təlim pro­se­sinin nəticəsi ki­mi mey­dana gəlir. Təlim za­ma­nı şagirdlər elmi bilikləri mə­nim­səyir. El­mi bilik deyəndə təbiət, cə­­miyyət və təfəkkürə aid şübhə doğurmayan, is­bat olun­muş faktlar, an­la­yışlar, qanunlar, qay­da­lar, nəzəriyyələr, teo­rem­lər, ümu­miləş­mə­lər və s. nəzərdə tutulur. Bili­yin dörd başlıca mə­ziy­yəti-dol­ğun­lu­ğu, sistemliyi, anlaşıqlığı, istifa­dəliliyi vardır.

    Birləşmiş öyrənmə sistemləri – hər bir şagird üçün interaktiv tə­limi təmin edən və hər şagirdin inkişafı haqqında məlumatı təsdiq edən komputer əsaslı sistemlər kimi anlaşılmalıdır. Mürəkkəb sis­tem­lər təlim mərhələlərinə, şagirdlərin mü­vəf­fəqiyyət səviy­yə­lərinə uy­ğunlaşdırılır, zəif şagirdlərə əlavə kömək edir, qüv­vətli şagirdlərə isə daha yüksək təlim nəticələri gös­tərməyə im­kan yaradır.

    Blum taksonomiyası – Çikaqo Universitetində Bencamin Blu­mun rəhbərlik et­diyi tədqiqatçılar qrupu tərəfindən 1950-ci ildə ha­­­zır­lanmış təhsil məq­sədlərinin təsnifatıdır. Ümu­miy­yətlə, qav­ra­ma­ya malik olmaq üçün bilik və qavra­madan (ən aşağı) sintez və qiy­mətləndirməyə (ən yüksək) doğru aparan, istiqamətləndirən id­ra­ki məqsədləri əhatə edir. Blu­mun takso­no­mi­yası müəllimlər tərəfin­dən təlim məq­səd­lərini müəyyənləş­dirmək üçün geniş şəkildə istifa­də edilir.

    Çoxfənli kurikulum – birdən artıq fənn, yaxud bir neçə fənnə aid mövzuları əha­tə edən kurikulumdur. İnsanlar bu və onunla əla­qə­li olan digər terminləri müxtəlif cür işlədirlər, ümu­miyyətlə, çox­fənli kurikuluma əsasən eyni mövzu (mə­sələn, harmoniya) bir de­yil, bir neçə fənn (məsələn, musiqi, tarix, ədəbiyyat, fizika) baxı­mın­dan öyrədilir. Məsələn, uşaqlar hava mövzusunu müxtəlif fən­lər­dən isti­fadə et­mək­lə öyrənə bilərlər. Onlar ha­va­nın təzyiqini ölç­dükdə fizi­kanı öyrənir, hava proqnozunun tarixini öyrənir, hava möv­zusunda oxuyur və şeir yazırlar.


    Dostları ilə paylaş:
  • 1   ...   31   32   33   34   35   36   37   38   39
    Orklarla döyüş:

    Google Play'də əldə edin


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
    rəhbərliyinə müraciət

        Ana səhifə