Səbir və özünə nəzarət barədə
22 Haqsız qəzəbə bəraət qazandırmaq
olmaz,
Çünki qəzəbinin zərbəsi insanın
yıxılmasına səbəb olar.
23 Səbirli adam müəyyən vaxta qədər
dözməlidir,
Amma axırda ona sevinc üz verəcək.
24 Müəyyən vaxta qədər sakit qalacaq,
Sonra bir çox başqa adamlar onun xoş
əxlaqından danışacaqlar.
Müdriklik və düzgünlük barədə
25 Hikmətin xəzinəsində ağıllı söhbətlər
var,
Günahkar isə Allaha ehtiram göstərməkdən
ikrah edər.
26 Hikmət istəyirsənsə, əmrlərə əməl et,
Rəbb onu sənin ixtiyarına verəcək.
27 Çünki hikmət və təlim Rəbb qorxusu
deməkdir,
Ona xoş gələn iman və həlim olmaqdır.
28 Rəbb qorxusuna itaətsiz olma,
Riyakar ürəklə Ona yanaşma.
29 Adamlara cavab verərkən ikiüzlülük
etmə,
Öz sözlərinə nəzarət et.
141
30 Özünü yüksəyə qaldırma ki, aşağı
yıxılmayasan,
Özünü hörmətsiz etmə.
O halda Rəbb sənin sirlərini aşkar edəcək,
Cəmiyyət qarşısında səni yıxıb-salacaq.
Ona görə ki, sən Rəbb qorxusuna ciddi
yanaşmamısan
Və ürəyin hiylə ilə doludur.
----------------------------------------------------
b
a1:5 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.1:7 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.
c1:10 Bəzi əlyazmalar son cümləni əlavə
edirlər.
d1:21 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.
2
1 Övladım, Rəbbə xidmət etmək qərarına
gəlirsənsə,
Özünü böyük bir sınağa hazırla.
2 Nəfsinə hakim ol, möhkəm ol,
Çətinlik zamanı həyəcana düşmə.
3 Rəbdən yapış, Onu buraxma,
Ta ki ömrün boyu uğur qazanasan.
4 Başına gələn bütün işləri qəbul et,
Alçaldığın zaman dözümlü ol.
5 Çünki qızıl odda sınaqdan keçər,
Məqbul sayılan insanlar da alçalma
kürəsində.
6 Rəbbə iman et və O, səni müdafiə edər,
Düz yolla get və Ona ümid bağla.
7 Ey Rəbdən qorxanlar, Onun lütfünə
sığının,
Ondan yan keçməyin, yoxsa yıxıla
bilərsiniz.
8 Ey Rəbdən qorxanlar, Ona iman edin,
Sizin mükafatınıza heç nə əngəl
olmayacaq.
9 Ey Rəbdən qorxanlar, yaxşı şeylərə ümid
bağlayın,
Daimi sevinci və mərhəməti əldə
edəcəksiniz.
10 Əvvəlki nəsillərə baxıb görün:
Rəbbə inandığı halda xəcalətə düşən
varmı?
Yaxud bütün varlığı ilə
Ondan qorxduğu halda tərk edilən varmı?
Ya da Onu çağırdığı halda laqeydlik görən
varmı?
11 Çünki Rəbb şəfqətlidir, mərhəmətlidir,
Günahları bağışlayır,
Kədər günündə insanı qurtarır.
12 Qorxaq ürəyə, süst əllərə malik olanın,
İki yolla gedən günahkarın vay halına!
13 İmanı olmayan cəsarətsiz adamın vay
halına!
Onlar sığınacaq tapmayacaqlar.
14 Dözümünü itirənlər, sizin vay halınıza!
Rəbb sizə baş çəkməyə gələndə nə
edəcəksiniz?
15 Rəbdən qorxanlar Onun sözlərinə
inamsızlıqla yanaşmaz,
Rəbbi sevənlər Onun yolları ilə gedərlər.
16 Rəbdən qorxanlar Ona məqbul olmağa
çalışırlar,
Onu sevənlər Rəbbin qanunu ilə
ehtiyaclarını ödəyirlər.
17 Rəbdən qorxanlar öz ürəklərini
hazırlayıb,
Onun önündə özlərini həlim edirlər.
18 Onlar belə deyirlər:
«Rəbbə təslim olaq, insanlara yox,
Çünki Rəbbin əzəməti nə qədərdirsə,
Mərhəməti də o qədərdir».
----------------------------------------------------
e3:19 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.
f3:25 Bəzi əlyazmalar bu ayəni əlavə
edirlər.
3
142
|