Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə260/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   256   257   258   259   260   261   262   263   ...   304
Barux

Məsləhətçilər barədə
7 Hər məsləhətçi öz məsləhətini tərifləyir,
Amma bəziləri öz xeyrinə məsləhət verir.
8 Məsləhət verənə münasibətdə ayıq ol,
Əvvəlcə öyrən ki, ona nə lazımdır.
Bəlkə, o, öz xeyrinə məsləhət verəcək?
Bəlkə, sənin əleyhinə seçim edəcək?
9 Bəlkə, sənə deyəcək ki, doğru yoldasan,
Amma kənarda dayanacaq ki,
Başına nə gələcəyini görsün.
10 Sənə əyri baxan adamla məsləhət etmə,
Sənə həsəd aparanlardan niyyətini gizlət.
11 Qadınla rəqibi barədə,
Qorxaqla müharibə barədə,
Tacirlə alver barədə,
Alıcı ilə satış barədə,
Paxılla təşəkkür barədə,
Rəhmsizlə xeyirxahlıq barədə,
Tənbəllə hər hansı bir iş barəsində,
182


Muzdlu işçi ilə işin qurtarması barədə,
Avara nökərlə böyük iş barədə danışma,
Heç   bir   məsləhət   üçün   onlara   müraciət
etmə.
12 Amma həmişə mömin adama müraciət
et,
Elə   adama   ki   əmrlərə   riayət   etdiyini
bilirsən,
Ruhu sənin ruhuna uyğundur,
Büdrədiyin   zaman   səninlə   dərdini
bölüşdürür.
13 Öz qəlbindən gələn məsləhətdən yapış,
Çünki sənin üçün ondan etibarlısı yoxdur.
14 Belə ki insan qəlbinin bəzi hallarda
Keşik qülləsində dayanan yeddi keşikçidən
daha yaxşı
Xəbərdarlıq etmək vərdişi var.
15 Bunlardan əlavə, Uca Olana yalvar ki,
Səni həqiqət yoluna yönəltsin.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin