Yas tutmaq barədə
16 Övladım, ölən adam üçün göz yaşı tök,
Acı dərdini göstərməklə ağı söylə.
Cəsədini ölənin adətinə görə ört,
Onun dəfninə biganə qalma.
17 Acı-acı ağla, ürəkdən fəryad et,
Ölənin ləyaqətinə uyğun yas tut.
Bu, bir və ya iki gün davam etsin ki,
Söz-söhbətə səbəb olmasın.
Sonra isə dərdindən təsəlli tap.
18 Çünki dərd ölüm gətirir,
Ürəyin dərdi gücü tükəndirir.
19 Fəlakət üz verərkən dərd də gəlir,
Yazıq kimi ömür sürmək ürəyi üzür.
20 Ürəyini kədərə təslim etmə,
Onu özündən kənar et, öz sonunu xatırla.
21 Geriyə yol olmadığını yada sal,
Sən ölüyə kömək edə bilməzsən,
Amma özünə pislik edərsən.
22 Sanki ölü sənə deyir:
«Mənə çıxarılan hökmü yada sal,
O həm də sənin hökmündür.
Dünən mənim üçün, bu gün sənin üçün».
23 Ölənin rahatlığa qovuşması ilə
Onun xatirəsini də rahat burax,
Ruhu bədənini tərk edəndən sonra
Onun dərdindən təsəlli tap.
Dostları ilə paylaş: |