Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə262/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   258   259   260   261   262   263   264   265   ...   304
Barux

Özünü idarə etmək barədə
27 Övladım,   həyatın   ərzində   canını
sınaqdan keçir,
Onun üçün nəyin pis olduğunu bil və bunu
ona rəva görmə.
28 Çünki hər kəsə hər şey yararlı deyil,
Hər adama hər şey xoş gəlməz.
29 Hər ləzzətli şeyə qarşı acgöz olma,
Yeməyin üstünə atılma.
30 Çünki   çox   yeməkdən   xəstəlik   əmələ
gəlir,
Acgözlük   mədə   pozğunluğuna   gətirib
çıxarır.
31 Acgözlükdən çox adam ölüb,
Pəhriz edən isə ömrünü artırar.
38
Həkimlik və sağlamlıq barədə
1 Həkimə   xidmətinə   görə   şərəflə   ehtiram
göstər,
Çünki onu Rəbb yaradıb.
2 Uca   Olandan   həkimə   şəfa   vermək
qabiliyyəti verilir,
Padşahlar da ona hədiyyə verirlər.
3 Həkimin biliyi onun başını ucaldar,
Əyanlar ona heyranlığını bildirərlər.
4 Rəbb   dərmanları   torpağın   bitkilərindən
yaradıb,
Ağıllı adam bunlara etinasızlıq göstərməz.
5 Bir   zaman   ağac   parçası   suyu   içməli
etmədimi?
j
183


Beləcə, Rəbbin gücü bilinmədimi?
6 Rəbb insanlara bilik verdi ki,
Özünün   ecazkar   işlərində   Onu
izzətləndirsinlər.
7 Həkim dərmanlarla şəfa verir
Və xəstənin ağrısını götürür.
Əczaçı dərmanlardan bir tərkib hazırlayır.
8 Allahın işləri həmişə davam edir,
Onun   sayəsində   dünyada   sağlamlıq
bərqərar olur.
 
9 Övladım, xəstələnərkən etinasız olma,
Rəbbə dua et, O, sənə şəfa verəcək.
10 Yanlış yolu tərk et, əməllərini islah et,
Hər cür günahdan ürəyini təmizlə.
11 Buxur   yandır   və   xatirə   olaraq   çörək
təqdimi ver,
İmkanın olduğu qədər bu təqdimin üzərinə
yağ təqdimi axıt.
12 Həkimə   də   yer   ayır,   çünki   onu   Rəbb
yaradıb,
Həkim   səni   qoyub   getməsin,   çünki   ona
ehtiyacın var.
13 Bəzi vaxt uğur onların əlində olur,
14 Çünki onlar da Rəbbə yalvarırlar ki,
Rəbb   xəstənin   halını   yüngülləşdirməkdə
onlara uğur,
Həyatı davam etdirmək üçün şəfa əta etsin.
15 Kim   onu   Yaradanın   önündə   günah
edirsə,
Qoy həkimin əlinə düşsün!

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin