Odun hərarəti onun bədənini yandırır,
Sobanın istisinə müqavimət göstərir,
Çəkicin səsi qulağını batırır,
Gözlərini qabın surətinə dikir,
İşi tamamlamaq istəyir,
Bəzəmə işini tamamlamaq üçün
Gecə yarısına qədər çalışır.
29 İş başına oturan dulusçu da belədir:
Ayaqları ilə təkəri fırladır,
Həmişə öz işinin qayğısını çəkir,
Hər işini qabaqcadan hesablayır.
30 Gili əli ilə şəkilə salır,
Ayaqları ilə bərkliyini yumşaldır,
Malalama işini tamamlamaq istəyir.
Sobanı təmizləmək üçün gecə yarısına
qədər çalışır.
31 Onların hamısı əllərinə güvənir,
Hər biri öz işinin ustasıdır.
32 Onlar olmadan bir şəhər məskunlaşmaz,
Sakinlik və gediş-gəliş olmaz.
33 Lakin onlar xalq məşvərətlərinə
çağırılmırlar,
Yığıncaqlarda xüsusi yer tutmurlar,
Hakimlik kürsüsünə oturmurlar.
Hökm qərarlarını çıxarmırlar.
34 Təlim və mühakimə bacarığı nümayiş
etdirmirlər,
Məsəllər icad etmirlər.
Amma dünyadakı həyata dayaq dururlar,
Dualarını sənət fəaliyyətləri vasitəsilə
bildirirlər.
----------------------------------------------------
j38:5 Bax: Çıx. 15:25
39
Dostları ilə paylaş: