Deuterokanonik kitabları Yoxlama versiyası


VII   Antiox   Şimonun   səlahiyyətini



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə111/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   107   108   109   110   111   112   113   114   ...   304
Barux

VII   Antiox   Şimonun   səlahiyyətini
tanıyır
1 Padşah Dimitrinin oğlu Antiox dənizdəki
adalardan  baş  kahin  və  Yəhudilərin  milli
başçısı Şimona və bütün millətə məktublar
göndərdi.   2 Onların   məzmunu   belə   idi:
«Padşah Antioxdan böyük kahin və milli
başçı Şimona, Yəhudi millətinə salamlar!
3 Belə   ki   yaramaz   adamlar   atalarımızın
padşahlığını   nəzarət   altına   aldılar,   amma
mən   bu   padşahlığı   geri   qaytarmaq
istəyirəm ki, onu əvvəlki vəziyyətinə bərpa
edim.   Buna   görə   də   çoxsaylı   qoşunlar
topladım   və   döyüş   gəmiləri   hazırladım.
4 Ölkəyə   çıxmaq   istəyirəm   ki,   ölkəmizi
dağıdan və padşahlıqda bir çox şəhəri viran
qoyan adamların dalınca düşüm. 5 İndi isə
məndən   əvvəlki   padşahların   sənə   güzəşt
etdikləri bütün vergilərdən və sənə güzəşt
etdikləri   digər   bəxşişlərdən   azad
olduğunuzu mən də təsdiqləyirəm. 6 Sənə
izin verirəm ki, öz ölkəndə öz pulunu zərb
edəsən. 7 Yerusəlim və məbəd isə qoy azad
olsun.   Hazırladığın   bütün   sursat   və
ixtiyarında   qalan   özünün   tikdiyin   qalalar
qoy   sənin   olsun.   8 Padşahlıq   xəzinəsinə
olan   indiki   bütün   borcların,   ya   da   oraya
gələcəkdə olan borcların indidən etibarən
həmişəlik sənə bağışlanır. 9 Padşahlığımızı
nəzarət   altına   aldığımız   zaman   səni   də,
millətini də və məbədi də elə böyük izzətə
çatdıracağıq   ki,   şöhrətiniz   bütün   yer
84


üzündə   məlum   olsun».   10 Yüz   yetmiş
dördüncü   ildə  Antiox  döyüşmək  üçün  öz
atalarının ölkəsinə çıxdı və bütün qoşunlar
onun   ətrafına   toplaşdı;   belə   ki   Trifonun
yanında çox az adam qalmışdı. 11 Antiox
Trifonu təqib etdi, o da dəniz sahilindəki
Doraya   qaçıb   gəldi.   12 O   artıq   üzərinə
yağan   bəlanı   və   qoşununun   onu   tərk
etdiyini bilirdi. 13 Antiox yüz iyirmi min
əsgər   və   səkkiz   min   süvari   ilə   Doranın
qarşısında   ordugah   qurdu.   14 O,   şəhəri
mühasirəyə   aldı.   Gəmilər   isə   dənizdən
sahilə   yanaşdılar.   O,   şəhəri   qurudan   və
dənizdən şıxışdıraraq heç kəsə oraya girib-
çıxmağa imkan vermədi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin