1 Bütün hikmət Rəbdəndir,
Əbədi olaraq Ona məxsusdur.
2 Dənizin qumunu, yağış damlalarını,
Əbədiyyətin günlərini kim saya bilər?
3 Səmanın hündürlüyünü, yer üzünün
genişliyini,
Dənizin dərinliyini və hikməti kim tədqiq
edə bilər?
4 Hər şeydən əvvəl hikmət yarandı,
Ağlın mühakiməsi daim mövcuddur.
5 Hikmətin mənbəyi ucalarda olan Allahın
sözləridir,
Hikmətin yolları əbədi olan əmrlərdir.
a
6 Hikmətin əsası kimə aşkar oldu?
Onun incəliklərini kim dərk edə bilər?
7 Hikmət kimə bəlli oldu?
Onun mahir üsullarını kim öyrənə bildi?
b
8 Yeganə hikmətli, gerçəkdən fövqəltəbii
olan
Öz taxtında Oturandır.
9 O, Rəbdir. Hikməti Rəbb yaratmış və ona
nəzər yetirmişdir,
Ona dəyər vermişdir və onu bütün
yaratdıqlarına qatmışdır.
10 Hikmət Rəbbin bütün varlıqlara
hədiyyəsidir,
Hikməti sevənlərə onu pay vermişdir.
c
11 Rəbb qorxusu izzət və şərəfdir,
Sevincin və fərəhin tacıdır.
12 Rəbb qorxusu ürəyə həzz verər,
Sevinc, şadlıq və uzun ömür gətirər.
13 Rəbdən qorxan adamın axırı yaxşı olar.
Öldüyü gün xeyir-dua alar.
14 Rəbb qorxusu hikmətin başlanğıcıdır,
Hikmət imanlılara ana bətnində verilir.
15 İnsanlar arasında özünə əbədi məskən
salmışdır,
Onların nəsillərinə sədaqətlə xidmət
edəcək.
16 Hikmətin
kamilliyi
Allahdan
qorxmaqdır,
Hikmət öz bəhrələri ilə insanları doydurur.
17 Arzuladıqları bütün şeylərlə evlərini,
Məhsulları ilə anbarlarını doldurur.
18 Rəbb qorxusu hikmətin tacıdır,
O, sülhə daha da güc verir, sağlamlığı
artırır.
19 Rəbb hikmətə nəzarət edib dəyər
vermişdir,
Bilik və dərrakə şəklində yerə
yağdırmışdır.
Ona malik olanların izzətini ucaltmışdır.
20 Hikmətin kökü Rəbb qorxusudur,
Onun budaqları uzun ömürdür.
21 Rəbb qorxusu günahları qovar,
Hikmətin olduğu yerdə qəzəb itib gedər.
d
Dostları ilə paylaş: