Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Musiqi əsərlərinin adları



Yüklə 0,99 Mb.
səhifə40/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   36   37   38   39   40   41   42   43   ...   103
Musiqi əsərlərinin adları. Hər növ mahnı, musiqi adları, istər bəstəkar, istər xalq, istərsə də aşıq havaları, həmçinin muğam adları bura daxildir.

Saz havaları. Saz havaları da ideonimlərin tərkib hissələrindən biridir. Azərbaycan dilində saz havalarının sayı haqda müxtəlif fikirlər mövcuddur. Aşıq havalarının sayının yetmiş iki, səksən, yüz, yüz otuz beş, bəzən də üç yüzə qədər olması haqqında məlumat verilir. Ümumilikdə 80-a yaxın ənənəvi aşıq havaları və onların çoxsaylı variantları mövcuddur. Ağır Şərili, Aran gözəlləməsi, Ayaq şəşəngi, Azaflı dübeyti, Baş divani, Baş dübeyti, Baş sarıtel, Bəhməni, Bəhri divani, Cəlili, Cəngi Koroğlu, Cığalı təcnis, Çıldır müxəmməs, Çoban bayatısı, Çuxuroba, Dastanı (Hüseyni), Dilqəmi, Döymə Kərəmi, Fəxri, Gözəlləmə, İrəvan çuxuru, Kərəm köçdü, Qarabağ qaytarması, Qaraçı, Qədim urfani, Mərdi Mərdanə, Mina gəraylı, Mirzəcanı, Misri, Müxəmməs Şaqayı (Nar ağacı), Naxçıvani, Orta müxəmməs, Orta sarıtel, Ovşarı, Pənah gözəlləməsi (Ana Kür), Ruhani, Sallama Kərəmi, Süsənbəri, Şahsevəni, Şəqayi (Gəraylı), Yanıq Kərəmi və s. Bəzi saz havalarının çox adlılığı ayrı-ayrı zonalarda olan aşıq məclis və mühitləri ilə də əlaqədar ola bilər. Məsələn, “Bayramı” saz havasına Göyçə-Şəmkir aşıqları “Bayramı“, “Pərdəsiz”, Borçalı aşıqları isə “Gülabı”, “Gövhəri” və “Qarakəhəri” deyirlər [93, s. 113]. Bunlardan bir neçəsini nəzərdən keçirək:

Saz havalarının işində ən qədimlərindən biri “Bozuğu”dur. Sadnik Paşa Pirsultanlı bu saz adı haqda maraqlı fikirləri var. O, qeyd edir ki, “Bozuğu” “boz ox” un təhrif olunmuş forması deyildir. Güman ki, Dədə Qorqudun qopuzuna bağlı havalardan birinin adını özündə bu şəkildə yaşatmışdır. O, belə bir qənaətə gəlir ki, İç oğuzun başçısı Qazan xanın yurdu “Boz ox” adlanır. “Boz ox” havası İç Oğuz ellərinin mühitinə uyğun havadır. Qeyd edir ki, ozan yaradıcılığı dövründə qopuz havaları çoxsaylı olmamış, qopuz havaları xüsusi adlardan çox mahal, el adları, xüsusilə “Boz ox”, “Üç Ox”adları ilə məşhurlaşmışdır. Bundan sonra “Koroğlu Bozuğu”, “Osmalı Bozuğu” havaları yaranmışdır [93, s. 16 – 17].

Kamil Bəşirov “Bozox” sözünün açımı haqda fikirləri də maraq doğurur. O, sözün “boz”“ox” hissələrdən ibarət olduğunu yazır. “ox” hissəsinin “ok”, “oq”, “oğ”şəklində işlənmişdir. Buna səbəb isə bu sözün müxtəlif yazılış forması, müxtəlif fonetik variantlarda işlənməsidir. “Oğ ” isə oğuzun əsas hissəsini təşkil edərək “doğulan, törəyən” deməkdir. Hal-hazırda “oğul”, “oğlan” sözündə bu özünü mühafizə etməkdədir. “Uz” isə cəm şəkilçisidir. “Boz” hissəsi isə türk dillərində “böyük”, “iri”, “qeyri-adi” məzmununu ifadə edir. Boz canavar, boz ay, boz keçi və s. deyimlər indi də işlənməkdədir. Dastanda bozlamaq (uca səslə ağlamaq), ağ – boz at (uca, iri at) fəal ifadələrdəndir. Belə bir nəticəyə gəlir ki, Bozox, Bozoğ “böyük oğul”, “əvvəl gələn nəsil” deməkdir [39, s. 32 -33].

Digər tədqiqatçlar da maraqlı fikirləri ilə diqqəti cəlb edir. M. Seyidov “Bozoq” un etimologiyası haqda belə bir qənaətə gəlir: “Bizcə, Dədə Qorqud boylarındakı “Bozoq” adının önündəki “boz”, bir sıra bilicilərin dedikləri kimi, “bozmaq” (lomat)dan deyil, boz(rəng)dandı. Bozoq, yəni Ülgenə məxsus “oq” deməkdir”. Bozoqların bir adı İçğouz, Ağqoyun, Üçoqların isə Dışoğuz, Qaraqoyun olmuşdur [100, s.13].

Fikrimizcə, “Bozuğu” havası elə bozoq etnonimi ilə bağlı yaranmışdır. Tayfanın şərəfinə yaranmış, zamanın təsirinə məruz qalsa da, nəsildən-nəsilə keçərək bugünümüzə kimi gəlib çıxmışdır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin