Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə43/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   39   40   41   42   43   44   45   46   ...   103
Rəqs havaları. Azərbaycan rəqs havalarının sayı tədqiqatçlar tərəfindən beş yüzə yaxın müəyyənləşdiriblər. “Tiflisi”, “Çinarı”, “Ruhani”, “Kəvəri”, “Bəxtiyarı”, “Vağzalı”, “Uzundərə”, “Cütçü”, “İran təranələri”, “Azərbaycan təranələri”, “Tulumu”, “Qazağı”, “Şalaxo”, “Yaylığım”, “Məxməri”, “Basqalı”, “Qoçalı”, “Süleymani”, “Şınıx təranələri”, “Meşəbəyi”, “Bağdadır”, “Qızılgül”, “Yallı”, “Yüzbir”, “Lalə”, “Ceyranı”, “Cəngi”, “Misri”, “Ləzginka”, “Qaytağı”, “İnnabı”, “Məxməri”, “Yaylığım”, “Tərəkəmə”, “Kürdü”, “Turacı”, “Novruzu”, “Şahsevəni”, “Heyvagülü”, “Qarabağı”, “Qızlar bulağı” və yüzlərcə başqalarının adlarını çəkmək olar [63, s. 67 – 90].

Rəqs havalarının əksəriyyəti –ı, -i, -u, -ü şəkilçilərinin köməyi ilə yaranır. Burada bu şəkilçi həm leksik, həm də qrammatik funkisiyanı yerinə yetirir. Leksik şəkilçi olaraq həm antroponim, həm toponim, həm etnonim, eyni zamanda apelyativlərə də artırmaqla rəqs havalarının adları yaradır, qrammatik şəkilçi kimi isə II və yaxud III növ təyini söz birləşməsi şəkilçinin funksiyasını yerinə yetirir.

Bu rəqs havaları içərisində ən qədimi “yallı”dır. Bunu Qobustan qayaüstü rəsmləri də sübut edir. Bu rəqsi ifa edərkən insanlar kollektiv şəkildə rəqs edirlər. Müasir dövrümüzdə el şənliklərimiz yallısız olmur. Ə.Bədəlbəyli “Yallı” oyununu yüksək qiymətləndirir və belə bir tərif verir: “Burada çox intişar edən “Yallı” forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc duyğularını, bacarıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təzahürüdür” [19, s.255]. Yallı adları – Kürdü, Poppuri, Festivalı, Dönə, Qazı-qazı, Ürfani, Xələfi, Qaladan-qalaya, Arzumanı, Tənzərə, Kopu, İki ayaq, Kürdüstanı, Şəruri, Güleynarı, Zülfani, yallı xüsusi ilə maraq oyadır. Azərbaycanda və onun hüdudlarında məşhur olan “Qala dibində”adlı xalq mahnısı kimi də geniş yayılmışdır. Qlinka “Ruslan və Lyüdmila”operasında (fars xorunda) bu mahnıdan istifadə edilmişdir.

İki ayaq” yallının əsl adı “Sarı gəlin” yallısıdır. “Sarı gəlin” yallısı Şərur rayonunun Qarabağlar kəndində (indiki Kəngərli rayonunun inzibati ərazisi) yaranıb. İndi də toylarda oynanan “Sarı gəlin yallısı”nın (toplayan Ə.Əsgər) adı nədənsə sovet dövründə hansı məqsədləsə dəyişdirilib “İki ayaq” adlandırılıb [67].



Ləzginka.“Lezginka” (Ləzgihəngi) ləzgi xalqının milli rəqsidir. Rəqsin adı “Ləzgi” etnonimindən yaranmışdır. Qafqaz xalqları arasında geniş yayılmışdır. Ləzginka kişilər tərəfindən tək və ya qadınla qoşa oynanılır. İki kişi tərəfindən ifa olunduqda rəqqasların cədliyini, virtuozluğunu, xoreoqrafik məharətini nümayiş etdirən yarış rəqsə çevrilir. Melodiyası ritmik, yüngül və dinamikdir. Ləzginkanın ritmi əsasında iri və kiçik həcmli instrumental əsərlər yaradılmışdır (Niyazi, T.Quliyev, R. Hacıyev, S.Rüstəmov) [29, s.210]. Müasir dövr toylarımızda bu rəqs havası öz aktuallığını qoruyub saxlayır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin