Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Məişətdə işlədilən əşya adları



Yüklə 0,99 Mb.
səhifə71/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   67   68   69   70   71   72   73   74   ...   103
Məişətdə işlədilən əşya adları

QOPUZ. Oğuz elində müqəddəs hesab edilən, daima hörmətlə yanaşılan bu musiqi alətinin adına, demək olar ki, boyların hamısında rast gəlmək olur. Hər boyun sonunda Dədə Qorqud qopuzla boy boyluyur, soy soyluyur. Oğuzların şad günlərində, ümumiyyətlə, məişət mərasimlərində, döyüş meydanında qopuz daima onları müşaiət edir.

Mərə kafirlər, qopuzun gətürün, sizi öğəyin!” [72, s. 276].

Mənim əlümi şemin, qolça qopuzım əlümə verin, ol

yigidi döndərəyim”[72, s. 31].

Qopuz” adı ilkin-ibtidai mərhələdə türk arealında, ümumiyyətlə, musiqi aləti adını bildirmişdir. Dağıstanda yaşayan noqaylar arasında bu tarixi təsəvvür bu günün özündə də qalmaqdadır. Noqaylar musiqi alətlərinin hamısına “qomus” deyirlər. Bundan əlavə, qazaxların simli musiqi alətindən başqa, bir sıra nəfəsli alətlərinin də “qopuz”,“ağız qomusu” adlandırılması da məhz həmin səbəbdəndir [74, s. 47].

V. V. Radlov qopuz sözünün “komıs-kobus-komuz” fonetik varianlarını göstərir və “qopuz”u musiqi aləti kimi deyil musiqi anlamını ifadə etdiyini vurğulayır [70, s. 76].

Məhərrəm Qasımlı qopuz musiqi alətinin adını “qop”-“uz” hisslərərindən ibarət olduğunu vurğulayır. “Qop” komponentinin ucalıq, yüksəklik, müqəddəslik anlamını verdiyini qeyd edir və ən uca, yüksək dağa “Qaf dağı” deyilməsini sübut kimi gətirir. “Qop”-“qab”-“qaf” fonetik dəyişikliyə uğramış formasıdır. “Uz” və ya “oz” komponentinin isə qədim türkcədə nəğmə, musiqi, avazlı səs bildirdiyini vurğulayaraq, sonda belə bir ümumiləşdirmə aparır ki, qopuzun ucalıqla, göylər –ruhlar aləmi ilə, müqəddəs Tanrı dünyası ilə bağlı musiqilər, avazlı, ahəngli sehirli-melodik səslər toplusu anlamı verir [74, s. 47]. Fikrimizcə, “qop”“qopmaq” feili ilə əlaqəlidir. Əgər nəzərə alsaq ki, “uz” qədim türkcədə “səs” , “ün” deməkdir, onda bu adın “səs qoparan”, “haray salan” mənalarını ifadə etdiyini deyə bilərik.

Müasir dövrümüzdə qopuzu saz musiqi aləti əvəzliyir. Bir çox türk dillərində qopuz adı işlənsə də müasir Azərbaycan dilində qopuz adı arxaikləşərək dilimizdən tamamilə çıxmışdır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin