Doktorantura və dissertanturada Namizədlik minimumu üçün proqram


Fənnin tədrisinə ayrılan mühazirə və seminar məşğələlərinin tematik planı



Yüklə 342,5 Kb.
səhifə6/29
tarix10.01.2022
ölçüsü342,5 Kb.
#106575
1   2   3   4   5   6   7   8   9   ...   29
Fənnin tədrisinə ayrılan mühazirə və seminar məşğələlərinin tematik planı



Mövzular

Saatların miqdarı




Mühazirə

Seminar

1.

Fəlsəfənin predmeti. Varlıq və şüur

2

2

2.

Qədim Şərq fəlsəfəsi (Misir,Mesopotamiya, Çin, Hind, İran və Azərbaycan)

2




3.

Antik Yunan və Roma fəlsəfəsi

2

2

4.

İslam fəlsəfəsi

2




5.

Orta əsr və intibah dövrünün Qərb fəlsəfəsi

2

2

6.

Yeni dövr Avropa fəlsəfəsi

2




7.

Klassik Alman fəlsəfəsi.

2

2

8.

Rus inqilabçı demokratlarının fəlsəfi və sosial-siyasi görüşləri.

2




9.

Marksizm –leninizm- fəlsəfədə sosial-siyasi fikirdə xüsusi bir mənbə kimi

2

2

10.

Azərbaycan maarifçilik fəlsəfəsi

2




11.

Müasir Qərb fəlsəfəsi


2

2

12.

Varlıq və onun mahiyyəti. Materiya və şüur problemi

2




13.

Elmi idrak və onun metodları

2

2

14.

Dialektika, onun qanun və kateqoriyaları.

2




15.

Fəlsəfədə insan problemi

2

2

16

Mədəniyyət və sivilizasiya.

2




17

Qlobal problemlər


2

2

18

Cəmiyyətin maddi, mənəvi və ruhani həyatı. İctimai şüur və onun quruluşu

2




19

Milli-etnik problemlər (etnofilosofiya)

2

2

20

Siyasət fəlsəfəsi problemləri


2







Cəmi: 60

40

20


I hissə: Fəlsəfəyə giriş
I mövzu: Fəlsəfənin predmeti

Plan: 1. Fəlsəfə nədir?

2. Fəlsəfə, onun mənbələri və xüsusiyyətləri

3. Fəlsəfənin funksiyaları

4. Fəlsəfə və digər ictimai elmlər, fəlsəfənin quruluşu

5. Fəlsəfə, cəmiyyət həyatında onun yeri və rolu


Fəlsəfə nədir? Sualı ətrafında düşüncələr.

Fəlsəfə müdriklik elmi kimi. İlk filosoflar Pifaqor, Fales, Platon, Aristotel, Kant, Marks və başqaları fəlsəfənin predmeti haqqında. Fəlsəfə insanı öyrənən elmdir. Fəlsəfənin mənbələri: mifologiya və din. Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfə və din. Fəlsəfənin funksiyaları. Fəlsəfənin xüsusiyyətləri. İdeologiya və fəlsəfə. Fəlsəfənin əsas məsələsi və onun ikinci tərəfi. Materializmin və idealizmin növləri. Monizm və dualizm. Fəlsəfənin predmetinin tarixi şəraitdən asılı olaraq dəyişilməsi. Fəlsəfə və elm. Fəlsəfənin quruluşu. Təbiət-cəmiyyət və insan problemlərinin anlaşılmasında fəlsəfənin yeri və rolu. Müstəqillik illərində fəlsəfənin inkişafı.


Ədəbiyyat

R.Mehdiyev. Fəlsəfə. Ali məktəblər üçün dərs vəsaiti, Bakı, 2010.

Fəlsəfə (red. F.Ramazanov), Bakı, 2001

S.Xəlilov. Fəlsəfə: tarix və müasirlik. Bakı, 2006

S.Xəlilov. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi metodları. Bakı, 2008

Ə.Tağıyev. Qloballaşma və millilik fəlsəfi-siyasi reallıqlar kontekstində. Bakı, 2010

Ə.Tağıyev. Fəlsəfədən siyasətə. Bakı, 2001

II hissə: Fəlsəfə tarixi
II mövzu: Qədim Şərq fəlsəfəsi

Plan: 1. Fəlsəfə tarixinin predmeti və dövrləşdirilməsi

2. Qədim Misir və Babilistanda fəlsəfi fikir

3. Qədim Çin və Hindistanda fəlsəfi ideyalar

4. Qədim İran, Azərbaycan və Orta Asiyada fəlsəfi fikir.

Ədəbiyyat:

R.Mehdiyev. Fəlsəfə. Bakı, 2010.

F.Ramazanov. Fəlsəfə, Bakı, 2001

M.Zeynalov. Fəlsəfə tarixi, Bakı, 2010

Z.Məmmədov. Azərbaycan fəlsəfəsinin tarixi, Bakı, 1996

A.Şükürov və K.Abdullayev. Azərbaycan fəlsəfəsi. Qədim dövr, Bakı, 1993

M.Rzayev. Fəlsəfə tarixi, Bakı, 2011

A.Əhədov. Qədim dünya fəlsəfəsi, Bakı, 1997

Очерки по истории азербайджанской философии. Баку, 1986

История Азербайджанской философии. Том 1, Баку, 2002

Fəlsəfə tarixinin predmeti, fəlsəfi fikir tarixinin dövrləşdirilməsi: 1. Qədim Şərqdə fəlsəfi fikrin yaranması və rəylərin müxtəlifliyi; 2. Antik yunan və Roma mərhələsi; 3. Orta əsrlər islam fəlsəfəsi; 4. İntibah dövrü fəlsəfəsi; 5. Yeni dövrdə sosial utopiya və maarifçilik fəlsəfəsi; 6. Klassik alman fəlsəfəsi; 7. Marksizm fəlsəfəsi; 8. Müasir Qərb fəlsəfəsi; 9. XIX əsr Azərbaycan fəlsəfəsi; 10. Müstəqillik fəlsəfəsi.

Dünyanın ictimai-siyasi fikir tarixi uzun və keşməkeşli bir tarixi inkişaf yolu keçmişdir. Cəmiyyət və təbiət haqqında elmin yaranıb inkişaf etməsi bilavasitə onların özlərinin yaranması ilə əlaqədar olmuşdur. İbtidai icma quruluşunda hələ sivilzasiya olmadığından cəmiyyət haqqında elm də yox idi. Xüsusi mülkiyyətin və sinifli cəmiyyətin yaranması ilə bu cəmiyyətdə yeridilən cəmiyyət haqqında elmi fikirlər yaranıb inkişaf etməyə başlayır. Fəlsəfi fikrin ilkin rüşeymləri qədim Misirdə, Babilistanda, Hindistanda, İran və Azərbaycanda Yunanıstanda və Romada yaranmışdır.

Bu ölkələdə yaranmaqda olan fəlsəfi fikirlər həmin ölkələrin iqtisadi və siyasi inkişafının barometri idi və mövcud dövlət quruluşları da burada öz əksini tapmaqda idi. Qədim Şərq ölkələrində dövlət üç böyük sinifin əlində olurdu: 1.Hərbiçilərin; 2. tacirlərin; 3. kahinlərin. Bunlar vahid monarxın hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edir və ideoloji işi də bu istiqamətdə qururdular.

Vahid monarxın hakimiyyəti ilahi qüvvəllərin və Allahların köməyilə əbədiləşdirilirdi. Din hakim siniflərin hökmdarlığını əsaslandırmaq üçün müxtəlif ideoloji təsir vasitəsinə çevrilirdi.

Cəmiyyətdə verilmiş bütün qanunların “ilahi mahiyyəti” şərh olunur, qulların sözsüz tabe olmaları və hakim sinifə xidmət etmələri onlara əsaslandırılırdı.

Qədim Şərqdə elmi biliklərin tərkib hissəsi olmaqla cəmiyyət və siyasət, dövlət və hüquq, dövlətlərarası münasibətlər, müharibə və sülh haqqında yeni-yeni fikirlər yaratmaq idi.

B.e.ə. III-IV minlliklərdə Qədim Misirdə mərkəzləşdirilmiş firon hakimiyyətini əsaslandırılması yolunda yeni ideylar yaranmaqda idi. Hakim siniflərin aşağılar üzərindəki hakimiyyətinin qanuniləşdirilməsi, özgə xalqların “alçaq”, “naqis” adlandırılması, onlara qarşı aprılan müharibələrin qanuniliyinin xalqa inandırılması mühüm əhəmiyyət kəsb edirdi. Fironlara pərəstiş təlqin edilirdi. Onların yer üzərinə Allahlar tərəfindən göndərilməsi fikri aşılanırdı. Qədim Misir məxəzlərinin birində Allah Ramzesə demişdi: “Mən sənin atanam. Sənə ilahi ixtiyarlar vermişəm ki, idarə edə biləsən.”

Cəmiyyətin və dövlətin idarə olunması haqqında ilk dəfə olaraq Qədim Babilistanda Xammurapi şah (b.e.ə XVIII əsr) tərəfindən verilmişdir. Qanunlar şah hakimiyyətinin qeyri məhdudluğunu, hakim siniflərin və əzilənlərin hüquq və vəzifələrini müəyyən edirdi. “Ağanın qul ilə söhbəti” adlı məşhur olan əsərdə ağa-qul münasibətləri öz əksini tapmışdır.

Qədim Misir və Babilistanda təbii-elmi fikirlərin və dini baxışların yarandığı sosial-siyasi və tarixi şərait. Avropa sentralizmin yararsızlığı, “İsida və Osirus”, “Arfaçının mahnısı”, “Ölümün tərənnümü” əsərləri qədim babillərin “Şumer-akkad mədəniyyəti”, “Ağanın qul ilə söhbəti”, “Bilqamıs” dastanlarında qədim babillərin həyat tərzi və mədəniyyəti məsələləri, dünyagörüşü və dini inancları.

Cəmiyyətdə verilmiş bütün qanunların «ilahi mahiyyəti» şərh olunur. Qulların sözsüz tabe olmaları və hakim siniflərə xidmət et-məli olmaları əsaslandırılırdı. Qədim Şərqdə elmi biliklərin tərkib hissəsi olmaqla cəmiyyət və siyasət, dövlət və hüquq, dövlətlərarası münasibətlər, müharibə və südh haqqında yeni-yeni fikirlər yaranmaqda idi.

B.e.ə. III-IV minilliklərdə Qədim Misirdə mərkəzləşdirilmiş Firon hakimiyyətinin əsaslandırılması yolunda yeni ideyalar yaranmaqda idi. Hakim siniflərin aşağılar üzərindəki hakimiyyətinin qanuniləşdiril-məsi, özgə xalqların «alçaq», «Naqis» adlandırılması, onlara qarşı aparılan müharibələrin qanuniliyinin xalqa inandırılması mühüm əhə-miyyət kəsb edirdi. Fironlara pərətiş təlqin edilirdi. Onların yer üzəri-nə allahlar tərəfindən göndərilməsi fikri aşılanırdı. Qədim Misir mə-xəzlərindən birində allah Ramzesə demişdir: «Mən sənin atanam. Sənə ilahi ixtiyarlar vermişəm ki, idarə edə biləsən».

Siyasi ideyalar, cəmiyyətin və dövlətin idarə olunması haqqm-da qanunlar ilk dəfə olaraq qədim Bablistanda Xammurati şah tərə-flndən verilmişdir. (b.e.ə. XVIII əsr). Qanunlar şah hakimiyyətinin qeyri məhdudluğunu, hakim siniflərin və əzilənlərin hüquq və vəzifə-lərini müəyyən edirdi. «Ağanın öz qulu ilə şöhrətb adı ilə məşhur olan traktatda ağa-qul münasbətləri öz əksini tapmışdı.

Xammurapi şahın qanunları (b.e.ə. XIX - XVII! əsrlər) Babil hökmdarlarından altıncıstdır. Şahlığı 43 il davam etmişdir ( b.e.ə. 1792 - 1750). İki çay arası torpaqları vahid çarlıqda birləşdirmiş, mərkəzləşdirilmiş dövlət yaratmış və islahatlar həyata keçirmişdir. Xammurapinin qanunları ilk əxlaq kodeksidir. Müasir alimlər bu qa-nunların öyrənilməsini asanlaşdırmaq üçün onları 282 bəndə ayır-mışlar.

TALİON

Xammurapi qanunlarının əsas leytmotivini Babilistan əhalisinirı canlarının və əmlaklarının qorunması təşkil edir. Burada talion ( bir növ «əvəz-əvəz») geniş yayılmışdı. Daha doğrusu «diş əvəzinə diş», «göz əvəzinə göz». Bu qanunun fəaliyyəti əslində «bərabərlərin bə-rabərlik uğrunda bərabər mübarizəsi» idi. Taliona əsasən cərimələr-dən də geniş istifadə olunurdu. Xammurapinin qanunlarından;



  1. Əgər bir şəxs digərinin gözünü çıxarmışdırsa, onunözünün gözü çıxarılmalıdır.

  2. Əgər bir insan digərinin sümüyünü sındırmışdırsa, onun sümüyü sındırılmalıdır.

199. Qulun gözünü çıxartmışdırsa, qulun qiymtinin yarısını sahi-binə verməlidir.

229. Əgər ev tikən ustanın tikdiyi ev uçarsa və bundan da adam ölərsə, özü öldürülməlidir.

195. Əgər oğul atasını döyərsə, onun barmaqları kəsilməlidir.

218. Əgər həkim xəstəyə ziyan vurarsa və bu, ölümlə nəticələ-nərsə, həkimin barmaqları kəsilməlidir.

Onu da deyək ki, bu qanunlar, xüsusən Talion M.F.Axundovun «Vəzirixan Lənkəran» komediyasında xanın qurduğu məhkəməsinin çıxardığı qanunlara çox oxşayır. Orada biri şikayət edir ki, bəs atımın gözünü vurub çıxanblar. Xan da tapşır ki, getsin o da onun atının gözünü çıxarsın. Əlibala Hacızadənin Əfqanıstandan bəhs edən «Ayrılığın sonu yoxmuş» kitabında da buna oxşar vaqiə var. Əlindən xəta çıxıb, yaxud qəsdən adam öldürmüş şəxs bu ölümü öz qanı ilə yuma-lıdır. Bu adət bir sıra ibtidai xalqlarda hələ indinin özündə də yaşayır.

Qədim Hindistanda ilk quldarlıq dövlətləri b.e.ə. X-XI əsrlərdə meydana gəlmişdir.

Qədim Hindistanm siyasi ideologiyasının bir xüsusiyyəti də varnlar (kastalar) sisteminin əsaslandırılması idi. Cəmiyyət bütövl-ükdə 4 kastaya - zümrəyə bölünürdü.


  1. Brəhrmənlər - kahinlər

  2. Kştarilər - döyüşçülər

  3. Vayşilər - sənətkarlar, tacirlər, kəndlilər

4. Şudralar - kasıblar, (təxminən qui səviyyəsində olanlar) on-
ların hüquqları yox idi. Qədim Hind vedlərində (dini kitablarda) b.e.ə.
II minillikdə bu haqda məlumatlar verilir.

Cəmiyyətin rəsmi ideologiyası brəhrmənizm idi. Brəhrmənizmin siyasi ideyalarının toplusu olan «Manu Qanunları»nda deyilirdi ki, Al­lah bəhrmənləri - çiyinlərindən, kştariləri - qollarından, vayşiləəri fəqərələrindən, şudraları isə ayayqlarından yaratmışdır.

Brəhmən hamıdan üstün olub «dünyanın yiyəsidir». Bu qanun-larda da şah hakimiyyətinin əsaslandırılması və ilahiləşdirilməsi üçün geniş yer ayrılmışdır.

Qədim Hindistanda cəmiyyət və siyasət haqqında ideyalar ha-belə öz əksini «Artxaşastra» traktatında da tapmışdır. Kautilye onun müəllifi hesab olunur.

B.e.ə. Vl-V əsrlərdə meydana gəlmiş Buddizm bu mövcud ideolo-giyaya zidd olaraq əzilən geniş xalq kütlələrinin ideologiyası kimi mey­dana gəldi. Banisi Budda idi. Onun təlimi isə dörd həqiqətin həyata ke-çirilməsinə əsaslanırdı. Ona görə həyat - əzabdır; I) Həqiqət bu əzabın qəbul edilməsindən ibarətdir; II) Həqiqətə görə hər birəzabın birsəbə-bi vardır; III) Həqiqət göstərir ki, əzaba son qoymaqolar; IV) Həqiqət isə bu yolu göstərir. Lakin bu təlim sinfi mübarizəni çıxış yolu kimi qəbul et-mirdi. B.e.ə. III əsrdən etibarən bəzi dəyişikliklərə uğrayaraq böyük Hind imperiyasında rəsmi ideologiya səviyyəsinə qalxdı.

Qədim Hindistanda ilk quldarlıq dövlətləri b.e.ə. X-XI əsrlərdə meydana gəlmişdir.

Qədim Hindistanın siyasi ideologiyasının bir xüsusiyyəti də varnalar (kastalar) sisteminin əsaslandırılması idi.

Cəmiyyət bütövlükdə 4 kastaya (zümrəyə) bölünürdü.

Brəhmənlər – kahinlər.

Kşatrilər – döyüşçülər.

Vayşilər – sənətkarlar, tacirlər, kəndlilər.

Şudralar –kasıblar (təxminən qul səviyyəsində olanlar.)

Şudralar brəhman, kşatri və vayşilərin tabeliyində idilər. Onları icmaya üzv qəbul etmirdilər və icmanın problemlərinin həllində onlar iştirak etmirdi. Əməyin ən ağır növləri onların payına düşmüşdü. Çox vaxt həmin varna arilərin müharibələrdə əsarət altında aldığı tayfalardan təşkil olunurdu. Varnalara bölgü din tərəfindən işıqlandırılırdı. Tanınmış kahin ailələri cəmiyyətə böyük təsir göstərir. Onlar təhsil daşıyıcıları, xüsusi biliklərə yiyələnənlər hesab olunurdular. Eyni zamanda dini ideologiyanın inkişafına mühüm təsir göstərirdilər.

Buddizm – banisi Buddadır, Himalayda zadəgan, kral ailəsində doğulub. Hələ uşaq ikən Asita adında yaşlı və hikmətli bir adam sarayı ziyarət edir. Ruhani bir insan olan Asita Buddanın atasına oğlunun bəşəriyyətin xilaskarı olacağını müjdələyir.
Sonradan Budda Şahzadə Qautama adını alır. Budda həqiqi mənəviyyatı araşdırmaq üçün evini, həyat yoldaşını və uşağını tərk edir. Əvvəlcə uzaq bir meşəyə gedərək özünü yemək və komfortdan məhrum edir. Amma bu ona kömək olmur. Anlayır ki, bədən zəif düşəndə ağıl gücü də zəifləyir. Öz mənəvi təlimləri ilə milyonlarla insanın ruhani məziyyətlər əldə etməsinə kömək etdi. Buddanın dövründə ölkəsinin xalqı Tanrı mövzusunda bir-biri ilə münaqişə edirdi. Onlar üçün bir çox qadın və kişi, Tanrı və Tanrıçalar var idi. Budda deyirdi ki, Allaha gedən yol Onun Məzhərini (Elçisini) tanımaqdan keçir. Xalqın Tanrı mövzusunda münaqişə etməsini istəməzdi.


Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin