Doktorantura və dissertanturada Namizədlik minimumu üçün proqram


Qədim Hindistanda fəlsəfi fikirlər və məktəblər



Yüklə 342,5 Kb.
səhifə7/29
tarix10.01.2022
ölçüsü342,5 Kb.
#106575
1   2   3   4   5   6   7   8   9   10   ...   29
Qədim Hindistanda fəlsəfi fikirlər və məktəblər, vedlər, yoqlar, çaynizm, buddizm, çarvaklar (4 ünsür), kasta sistemi: brəmənlər, kştarilər, vayşilər, şudralar. Vedlərdə deyilir ki, həyat əzabdır, amma ondan xilas olma yolları vardır. Bu – düzgünlük, əxlaqın saflıq, təmizlik, mərdlik və cəsarətdir.

Qədim Çində fəlsəfi məktəblər və cərəyanlar: Konfutsiçilik, moizm, daosizm, xanfey, lan-tsızm həyat və varlıq, insan, cəmiyyət, xalq, etik dəyərlər, idarəçilik problemləri haqqında təlim. Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması b.e.ə. VI–V əsrlərə aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə əks etdirirdi. Çin fəlsəfəsi millətin patriarxal cizgilərini və praktikanın konkret əməli oriyentasiyasını təzahür etdirirdi. Çin fəlsəfəsində Qədim Hindistana və digər ölkələrə xas olan zəngin mifoloji zəmin yox dərəcəsindədir. Çin fəlsəfəsi əsas etibarilə praqmatikdir və axirət dünyasına deyil, bu günkü günün praktikasına müraciət etməsi ilə fərqlənir. Qədim Çin fəlsəfəsinin mənbələrini ilk Çin yazılı abidələri, xüsusilə məşhur "Dəyişikliklər kitabı" ("İtszin") və ona olan şərhlərdə axtarmaq lazımdır.

Çində ilk quldarlıq dövləti b.e.ə. II minillikdə meydana gəlmişdir. Şah hakimiyyətinin ilahiləşdirilməsi qədim İn imperiyasında reallığa çevrildi. Şah «Göy oğlu» idi. «Sənədlər kitabında» bu məsələ öz əksini tapa bilmişdi. Konfutsiya, Motszı, Xan Fey və başqaları dövlət və cəiyyət, idarəetmə haqqında müxtəlif rəylər irəli sürürdülər. Bu ideya-lara qarşı xalq kütlələrinin etirazlarını ifadə edən yeni cərəyanlar ya-ranırdı ki, bunlardan biri də Laotszı tərəfindən əsası qoyulan (VI - V əsrlər-b.e.ə.) daosizm idi. Onların ideyalarının əsası «Dao-de-tszin» kitabında qoyulmuşdur. Burada bütün insanlar bərabər elan edilirdi. Orada deyilirdi: «Ağıllı adamın öz ürəyi olmur, onun ürəyi xalqın ürək-lərindən təşəkkül tapmalıdır». O, şah hakimiyyətinin ilahi mənşəyini şübhə altına alır, sosial ədalətsizliyə və hüquqsuzluğa qarşı barışmaz olmağa çağırırdı. Bu təlimə görə dövlət irideyil, xırda olmalıdır, orada istismar olmamalıdır. «Adamlar ona görə acdır ki, vergilər çoxdur». Bununla belə onlar mübarizəyə çağırmırdılar. Deyirdilər ki, insanlar ictimai həyatın işinə qarışmamalıdır, təbiət özü zalımdan qisas alac-aq: «qəddarlar vətiranlaröz əcəllərilə ölmürlər». Onlar qəsbkarlıq müharibələrinin əleyhinə çıxış edir və müdafiə müharibələrinin tərəfı-ni saxlayırdılar. Laotszinin ideoloji əleyhdarı olan Konfutsiya (551-449) mövcud adət və ənənələrin, hakim siniflərin müdafiəçisi kimi çı­xış edirdi. «Qara adamlar aristokratlara və aqillərə tabe olmalıdırlar». O, yazırdı: «Ata-ata, kölə-kölə,hökmdar-hökmdar, oğul-oğul olmalı-dır». B.e.ə. II əsrdə onun ideyaları Çində rəsmi ideologiyaya çevrildi. Konfutsiyaçılığ qarşı ideya mübarizəsinə aşağıların maraqlarını ifadə edən Mo-Tszi (381-479) bütün insanları bərabər elan edirdi. 0,deyir-di ki, bütün adamlar dövlətin idarə edilməsində iştirak edə bilərlər. Həm də burada əsas insanın mənşəyi deyil,. Qabiliyyətidir. Haki-miyyət xalqa məxsus olmalıdır. Və hökmdarı da o seçməlidir. Mo-Tszı bütün bədbəxtliklərin əsasını: a) bir dövlətin digərinə hücumunda; b) güclülərin gücsüzləri əzməsində; v) çoxluğun azlıq tərəfındən qarə-tində; q) hakimlərin qəddarlığında və ədalətsizliyində və s. görürdü. Bütün bu bədbəxtliklər ancaq ümumi və qarşılıqlı sevgi əsasında həll edilə bilər. Əgər Konfutsiya xalqı şaha sadiq olmağa çağırırdısa, Mo-Tszı əksinə, şahı xalqa sadiq olmağa, onu sevməyə çağırırdı. Istis-marçılara qarşı müharibələri ədalətli hesab edirdi.

Xan Fey yeni ideoloji istiqamət olan Fatszya (qanunçular) -nın əsas ideoloqu idi. Ona görə qanunları həyatın özü yetirməlidir, onu xalq işləyib hazırlamalıdır, tək şah özü yox; həyatla ayaqlaşmayan qanunlar dəyişməlidir: «Hökmdarların şəxsi arzuları - qanunsuzluq mənbəyidir». Qanunlar eyni dərəcədə hamıya aid olmalıdır. Siyasət-də qəti olmaq lazımdır və hamı dövlət hakimiyyətinə tabe olmalıdır. Qədim Misirdə, Bablistanda, Hindistanda və Çində yaranmış ictimai-siyasi fikir qədim Yunan və Roma mədəniyyətinin inkişafına çox böyük təsir göstərmişdir.

Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.e.ə. VIII–VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.

İranda və Azərbaycanda fəlsəfi fikir. Zərdüştlük və onun əsas kitabı “Avesta”, (təmiz əməl, təmiz fikir, təmiz söz). Zərvanilik, manilik, xristianlıq, məzdəkilik və xürrəmilik. Onların sosial-siyasi ideyaları.



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin