Cədvəl 3
Sektor üzrə siyasətin məqsədi və xərcləmələr üzrə
nəticələrin qiymətləndirilməsi indikatorları*
İndikatorlar
|
Baza gösətərici
2012
|
Hədəf göstəricisi
(2015)
|
Hədəf göstəricisi
(2016)
|
Hədəf göstəricisi
(2017)
|
Hədəf göstəricisi
(2018)
|
Ümumi nəsilvermə əmsalı
|
1.59
|
1.71
|
1.72
|
1.74
|
1.75
|
0-2 yaşlı uşaqların körpələrin uşaq qayğı mərkəzlərinə cəlb olunma səviyyəsi, %
|
28
|
33
|
33
|
34
|
33
|
3-6 yaşlı uşaqların bağçalara cəlb olunma səviyyəsi, %
|
92
|
92
|
92
|
92
|
92
|
Uşaqların (0-17 yaş) nisbi yoxsulluq səviyyəsi, %
|
18.1
|
17.0
|
17.0
|
16.8
|
16.7
|
Uşaqların (0-17 yaş) mütləq yoxsulluq səviyyəsi, %
|
9.5
|
8.4
|
8.3
|
8.1
|
8.0
|
Əhalinin ümumi artımı
|
Neqativ
|
Pozitiv
|
Pozitiv
|
Pozitiv
|
Pozitiv
|
2015-2018-ci illərdə sektorda gözlənilən əsas islahat və dəyişikliklər
|
1. Uşaqların müdafiəsinə dair hökumət proqramının icrasına start verilməsi;
2. Fiziki məhduduyyətli uşaqların zəruri xidmətlərə əlçatanlıq səviyyəsinin yüksəldilməsi;
3. Yeni uşaq bağçalarının fəaliyyətə başlamasının təmin edilməsi;
4. Hər birinci uşaq üçün verilən sosial müavinətlərin aylıq məbləğinin 40 avroya, 2-ci uşaq üçün 100 avroya yüksəldilməsi;
5. Aztəminatlı ailələrə verilən yoxsulluq müavinətlərinin aylıq məbləğinin 2 dəfə artırılması;
|
*Sektor üzrə siyasətin məqsədi olaraq Strategiyada qeyd olunur: “Estoniyada yüksək rifaha və keyfiyyətli həyat şəraitinə malik ailə və uşaqların yaşamını təmin etmək”.
Eyni formatda bütün siyasət istiqamətləri (milli təhlükəsizlik və müdafiə, təhsil, səhiyyə, ətraf mühit, aqrar sektor və s.) üzrə hədəflər və ölçmə indikatorları Strategiyada əks etdirilib.
Sənədin növbəti bölməsində fiskal çərçivələr müəyyən edilib. Məsələn, vergi yükünün ÜDM-ə nisbətinin 2014-cü ildəki 32.4%-dən 2018-ci ildə 32.3%-ə endirilməsi hədəfə alınıb. Hökumət qeyd edir ki, vergi yükünün yüngülləşdirilməsi əmək haqqı vergilərinin azaldılması hesabına baş verəcək. 2014-cü illə müqayisədə 2015-2018-ci illərdə dövlət büdcəsi gəlirləri 19.3%, xərcləri isə 24.6% artımla proqnozlaşdırılıb. Gəlirlər üçün “tavan” 6.677 milyard dollar, xərclər üçün 6.556 milyard dollar müəyyən edilb.
Təqdim olunan xarici təcrübələri ümumiləşdirərək Azərbaycanda büdcə idarəçiliyi sahəsində mümkün islahat mexanizmlərinin işlənməsinə ehtiyac var.
Tədqiqatın əsas nəticələri
Büdcə sisteminin fəaliyyətini tənzimləyən hüquqi mexanizmlərin və səmərəli büdcə idarəçiliyi sahəsində müxtəlif ölkələrin təcrübəsinin analizi aydın şəkildə göstərir ki, Azərbaycanda perspektiv dövr üçün peşəkar büdcə planlaşdırması istiqaətində əsaslı islahatların həyata keçirilməsi zəruridir. Ümumilikdə tədqiqatdan əldə edilən əsas nəticələr aşağıdakılardır:
-
İnkişaf etmiş, həmçinin bıra sıra keçid ölkələrinin təcrübəsində uğurla sınaqdan çıxmış ortamüddətli büdcə planlaşdırılması Azərbaycanda həyata keçirilmir və qanun formatında təsdiqlənən büdcə göstəriciləri yalnız sonrakı 1 ili əhatə edir. Sonrakı 3 il üzrə büdcə zərfinə daxil edilən büdcə göstəriciləri formal xarakter daşıyır, qanun gücünə malik deyil. “Büdcə sistemi haqqında” Qanunda ümumiyyətlə ortamüddətli büdcə qanunlarının təsdiqi nəzərdə tutulmur;
-
Azərbaycanda büdcə planlaşdırılması və büdcənin tərtibi hökumətin və onun ayrı-ayrı strukturlarının strateji planlaşıdırılma mexanizminə əsaslanmır. Ümumiyyətlə Azərbaycanda hökumət strukturlarının ortamüddətli strateji hədəflərini, həmin hədəflərə uyğun fəaliyyətləri və bu fəaliyyətlərin icrası üçün ortamüddətli xərc planlaşdırılmasını nəzərdə tutan hüquqi mexanizmlər mövcud deyil. “Büdcə sistemi haqqında” Qanunda büdcə sifarişçilərinin strateji planlaşdırma əsasında öz maliyyə ehtiyaclarını planlaşdırmalarına dair mexanizmlər mövcud deyil;
-
Azərbaycanda büdcə xərclərinin son nəticəyə əsaslanan proqramlar əsasında tərtibi təcrübəsindən istifadə olunmur. “Büdcə sistemi haqqında” Qanunda ümumiyyətlə nəticələr və həmin nəticələr üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin işlənməsi, büdcə sifarişlərinin texniki-iqtisadi əsaslandırılmasının məhz həmin göstəricilərin bazasında aparılması nəzərdə tutulmur. Bu, həmçinin büdcə xərclərinin effektivliyini qiymətəndirmək üçün kəmiyyət və keyfiyyət göstəricilərindən istifadə olunması təcrübəsinin və bununla bağlı hüquqi mexanizmlərin formalaşdırəlmadığını göstərir.
-
Müxtəlif ölkələrində müvəfəqiyyətlə istifadə edilən orta müddətli xərc çərçivələri mexanizmi Azərbaycanda tətbiq olunmur. “Büdcə sistemi haqqında” Qanunda ümumiyyətlə ortamüddətli xərc çərçivələrinin tətbiqi mexanizmlərilə bağlı hər hansı müddəa yoxdur;
-
Azərbaycanda büdcə proqramlarının effektiv nəticələr verməsi üçün proqram təsnifatının tətbiqi və proqramların büdcəyə inteqrasiya edilməsi təcrübəsi yoxdur. Qüvvədə olan qanunvericilik yallnız feunksional, inzibati və iqtisadi təsnifatlaşdırmanı nəzərdə tutur. Xərclərin proqram təsnifatı mexanizmləri ümumiyyətlə nəzərdə tutulmur.
-
Bazar münasibətləri şəraitində ictimai maliyyə idarəçiliyi üçün xarakterik olan orta müddətli büdcə planlaşdırması və proqram-məqsədli büdcələşmə mexanizminin alternativi kimi hazırda Azırbaycanda mərkəzləşdirilmiş sistemdən miras qalan “smeta planlaşdrması” mövcuddur. Bu sistem gələcək illər üzrə mümkün inflyasiya təsirləri nəzərə alınmaqla sadə hesablamalar əsasında əvvəlki illərin büdcə xərclərinin indeksasiyasına söykənir, strateji qiymətləndirmələrə və ictimai ehtiyacların obyektiv planlaşdırmasına əsaslanmır.
Tövsiyyələr
Araşdırmanın ortaya çıxardığı nəticələr Azərbaynda səmərəli büdcə idarəçiliyinin formalaşdırılması üçün büdcə sisteminin fəaliyyətini tənzimləyən qanunvericilik bazasında aşağıdakı islahatların aparılmasını zəruri edir:
-
Strateji və büdcə planlaşdırmasını əlaqələndirən hüquqi mexanizmlərin işlənməsinə ehtiyac var. Büdcədən sifariş almağa iddia edən hökumət təsisatları - nazirliklər, komitələr, dövlət agentilikləri və xidmətləri, müstəqil idarə və departamentlər və s. qurumlar özlərinin hökumətin sosial-iqtisadi inkişaf proqramları və müvafiq proqnozlar nəzərə alınmaqla hər bir il ayrıca göstərilməklə 5 illik strateji planlarını işləyib hazırlamalıdırlar. Strateji planda həmin orqanların strateji fəaliyyət istiqamətləri, hər bir istiqamət üzrə dəqiq məqsədlər, vəzifələr və fəaliyyətlər, həmçinin fəaliyyətlərin həyata keçirilməsindən əldə olunacaq kəmiyyət və keyfiyyət nəticələri, nəticələri ölçmək üçün göstəricələr əks etdirilməlidir. Strateji planlarda strateji məqsəd və hədəflər, həmin məqsəd və hədəflərə çatmanı əks etdirən (ölçən) indikatorlar və uzunmüddətli dövr üçün büdcə məhdudiyyətləri dəqiq müəyyən olunmalı əsaslandırılmalıdır.
-
Büdcə proqramları ilə büdcənin xərc göstəricilərinin inteqrasiyası mexanizmi formalaşdırılmalıdır. Bunun üçün ilk növbədə qanunvericilikdə büdcə proqramlarının hüquqi statusunun müəyyən edilməsinə ehtiyac var. Büdcə proqramları dövlət orqanlarının işləyib hazırladığı strateji planlar üzrə hədəflərə, vəzifələrə və fəaliyyətin nəticələrini ölçən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olaraq müəyyənləşdirilən və büdcə xərclərinin istiqamətini özündə əks etdirən fəaliyyət rəsmi sənədləri kimi təsbit edilməlidir.
-
Büdcə qanunvericiliyində proqram təsnifatının tətbiqi mexanizmləri işlənməlidir. Məhz bu təsnifat nəticə göstəriciləri əsasında proqramlarla büdcə xərcləmələrinin inteqrasiyasını təmin edə bilər.
-
Nəticəyə əsaslanan büdcə mexanizminə keçid təmin edilməlidir. Bu büdcə prosesinin deyil, prosesin nəticələrinin idarə olunması sistemidir. Nəticəyə əsaslanan büdcələşməyə keçid üçün ilk növbədə büdcə proqramlarının reallaşdırılmasını qiymətləndirməyə imkan verən aralıq və son nəticə göstəricilərinin, həmçinin səmərəlilik və keyfiyyət indikatorlarına malik olmalıdır. Keyfiyyət göstəriciləri büdcə vəsaitləri hesabına göstərilən dövlət xidmətlərinin əhalinin gözləntilərinə və bu xidmətlər üzrə dövlət standartlarına uyğunluğunu, effektivlik göstiriciləri isə minimum büdcə xərcləri ilə nəzərdə tutulan nəticələrin əldə olunmasını ifadə edir.
Dostları ilə paylaş: |