I I I hissə
Dövlət qulluğunda gender bərabərliyi.
Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız ölkəmizin siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər.
Azərbaycan Ruspublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasında idarəetmə prosesində gender bərabərliyinin bərqərar olması və qadınların fəal iştirakının təmin edilməsi dövlətin davamlı inkişafının hədəflərindən biri olaraq təsdiq edilmişdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) Azərbaycan Prezidentitin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir. YADİDP Minilliyin İnkişaf Məqsədləri ilə tam uyğunlaşdırılmışdır. Proqram yeddi il ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı üçün əsas doqquz strateji məqsədi müəyyənləşdirilmişdir. Doqquz strateji məqsəd arasında gender bərabərliyinin təmin olunması da yer almışdır (YADİDP, 3.1). Gender bərabərliyini məqsəd olaraq təsdiq edən Dövlət Proqramı bu məqsədə uyğun aşağıdakı hədəfi təyin etmişdir: “2015-ci ilin sonunadək qərarların qəbul edilməsi prosesində qadınların iştirak səviyyəsinin yüksəldilməsini təmin etmək”. Proqramda həmçinin gender bərabərliyinə aid məqsəd və hədəf üçün proqram təbiqinin monitorinq göstəriciləri müəyyənləşdirilmişdir: mərkəzi icra strukturlarının rəhbərləri arasında qadınların iştirak səviyyəsi, parlament üzvləri arasında qadınların iştirak səviyyəsi , bələdiyyə üzvləri arasında qadınların iştirak səviyyəsi və hakimlər arasında qadınların iştirak səviyyəsi.
Beləliklə 2008-2015-ci illərdə dövlətin idarəetmə sistemində qadınların iştirak səviyyəsinin artərılması Azərbaycan dövləti tərəfindən gender bərabərliyinin göstəricisi olaraq seçilmişdir və bu səviyyənin yüksəldilməsi üçün kokret tədbirlərin həyata keçirilməsi müvafiq dövlət qurumlarına həvalə edilmişdir. Dövlət qulluğu sistemində qadınların iştirak səviyyəsinin artırılması bir sıra faktorlardan asılıdır. Bu faktorların müəyyənləşdirilməsi üçün adətın gender təhlili adlı analitik vasitədən istifadə olunur.
Dostları ilə paylaş: |