(Kıtlık yılları/ Bahalıq/ Kahtî)
Çadrasını bağlayıb belə, həm çırmayıb qollarını
Yaşmağıyla tutmuş üzün, həm sallanan pullarını
Tənzim edib öz nəqşəsin, həm getdiği yollarını
Fərman verib yoldaşların oynatdı ağyar üstünə
Zeynəb Paşa əldə zopa, üz qoydu bazar üstünə
Gəldi “Əmi Zeynəddin”in məscid qabağında durub
Yeddi nəfər yoldaşların cəm eləyib halqa vurub
“Fatma Nisa”, “Sultan Bəyim”, “Mah Şərəf” baş endirib
“Canu Bəyim” gəlmək həman əyləşdi divar üstünə
Zeynəb Paşa əldə zopa, üz qoydu bazar üstünə
“Xeyrünnisa”ya söylədi Zeynəb Paşa: Gəl düş yola !
Ey “Mah Bəyim” hərkəs gələdur, qo(v) gəlsin sağdan sola
Bazarı bağlatmaq gərək, aclığa çarə ola
Ambardarın başın yarıb, həm də çəkək dar üstünə
Zeynəb Paşa əldə zopa, üz qoydu bazar üstünə
(Mehdi Rızavi, Îl-i Garapapah, s.117)
*
Gəlin Tərif Edax Əvvəl Başdan Bu Qadarı1 Sulduz’un
(Sulduz’u anlatan bir terci-i mürekkep)
Susən sümbüldü bağları Sulduz’un
Qobuları, qaşqa toyuq oynağı
Çəmənləri qutan, ənqut yatağı
Kəhliklərə coşğun axar bulağı
Nisgil gəlir sonaları Sulduz’un
Susən sümbüldü bağları Sulduz’un
Hər ölkədə var şuvarı Sulduz’un
Cənglərdə qan axarı Sulduz’un
İndi getdi o ilğarı Sulduz’un
Yalquz qaldı bu Qadar’ı Sulduz’un
Susən sümbüldü bağları Sulduz’un
Mîrza Rəbi çuğulladı gələndə1
Ehzar oldu Təbriz’ə iş biləndə
Sərtib2 getsə eli düşər kəməndəe
Təbriz’in, Tehran’ın adı gələndə
Naxoşluyar ağaları Sulduz’un
Susən sümbüldü bağları Sulduz’un
Dostları ilə paylaş: |