Draft confidential


Qoşma 5 Vətəndaş Cəmiyyəti, Qeyri-Hökumət Təşkilatları ilə Ölkə Tərəfdaşlıq



Yüklə 1,78 Mb.
səhifə107/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   104   105   106   107   108   109   110   111   112
Qoşma 5
Vətəndaş Cəmiyyəti, Qeyri-Hökumət Təşkilatları ilə Ölkə Tərəfdaşlıq

Strategiyası ilə əlaqədar Məsləhətləşmələr

İctimaiyyətlə məsləhətləşmələrə həsr edilmiş iki dəyirmi masa görüşündə vətəndaş cəmiyyətinin geniş və fərqli tərkibli nümayəndələri ilə Ölkə Tərəfdaşlıq Strategiyasındakı prioritetlər müzakirə olunmuşdur. İştirakçılar ölkədə inkişaf proseslərinin perspektivlərinə dair düşüncələri və baxışları ilə bölüşmək və onları maraqlandıran sualları vermək üçün dəvət olunmuşdular.


Dəyirmi masa iştirakçıları belə görüşlərə böyük maraq göstərdiklərini bildirdilər və Bankın Azərbaycandakı fəaliyyəti ilə bağlı olan suallarını və narahatçılıqlarını səsləndirdilər, habelə öz fəaliyyətləri haqqında məlumat verdilər. Görüşlərdə Bankın ölkədəki cari və mümkün olan fəaliyyətinə dair həm ümumi, həm də spesifik sahələrlə bağlı şərhlər və rəylər dinlənildi.
Bütün iştirakçıların qənaətincə, Dünya Bankı inkişaf prosesinin irəliyə getməsinə yardım edərək mühüm bir rol oynayır və onun Azərbaycanda mövcudluğu hökumətin icra etdiyi islahatlara inamı artırır.
Eyni zamanda, qeyd olundu ki, ölkənin yol ayrıcında olduğu hazırkı vəziyyətdə və neft gəlirlərinin sürətlə artdığı bir şəraitdə, Dünya Bankı gəlirlərin və xərclərin idarə olunması sahəsində öz təcrübəsi və texniki yardımını təqdim etməyi davam etdirməlidir, çünki idarəetmə sahəsində yaxşı praktikaların tətbiqi baxımından Bankla əməkdaşlıq həlledici əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Bank QHT-lərlə daha səmərəli iş üsulları üzərində düşünməlidir. İştirakçılar QHT-ləri Bankın maliyyələşdirdiyi layihələrin hazırlanması və icrasına, həmçinin layihə nəticələrinin qiymətləndirilməsinə daha geniş cəlb etməyin vacibliyini bir daha vurğuladılar.
Vəsaitin effektiv və səmərəli istifadəsini təmin etmək üçün layihələrin yaxşı monitorinqinin aparılması hamını narahat edən bir məsələdir. Hamı arzu etdi ki, Bank Azərbaycan dilində layihə nəticələrinə və layihə qiymətləndirmələrinə dair informasiya və sosial-iqtisadi məlumatların keyfiyyətini və onlardan istifadə imkanlarını təkmilləşdirsin.
Milli QHT Koalisiyasının Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü ilə məşğul olan nümayəndəsi vətəndaş cəmiyyətinin həlledici rol ifa edən bir tərəf kimi siyasətin hazırlanması və icrasına cəlb edilməsi yollarına dair mühüm bir məsələ qaldırdı.
Ümumiyyətlə, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri YAİİDP-in hazırlanmasına cəlb edildiklərinə görə minnətdar olduqlarını bildirdilər, lakin QHT-lərin proqramın icrasında az iştirak etməsindən şikayətləndilər. Onların zənnincə, vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanda Bankın maliyyələşdirdiyi layihələrin icrasına, habelə layihə nəticələrinin monitorinqinə adekvat cəlb olunmurlar. İştirakçıların xüsusilə vurğuladılar ki, bu, ölkədə vətəndaş cəmiyyətinin inkişafı və onun potensialının artırılması baxımından dəyərli bir alət ola bilərdi. Eyni zamanda, onlar kredit götürülən vəsaitin düzgün istifadəsi üçün şəffaflıq və hesabatlılığı təmin etmək məqsədilə Azərbaycanda Bankın maliyyələşdirdiyi layihələrə hər-hansı müstəqil baxışın keçirilib-keçirilmədiyini soruşdular.
Beynəlxalq təşkilatların diqqətinə ehtiyacı olan və onların iştirakı üçün prioritetə çevrilməli olan sahələrdən, bir neçə iştirakçı ölkənin səhiyyə sektorunu ayrıca olaraq vurğuladı, belə ki, səhiyyə nəticələri narahatçılığın daha da artmasına səbəb olduğundan bu sektor problemli bir sahə kimi müəyyən edildi. Təhsil sektorunun da bir o qədər uğurlu fəaliyyət göstərmədiyi və əlavə diqqətə ehtiyacı olduğu qeyd olundu. İştirakçılar əlaqədar nazirliklərlə işləməyin və onları QHT-ləri öz sektorlarına daha çox cəlb etməyə razı salmağın çətin olduğunu bildirdilər.
Eyni zamanda, bəzi iştirakçılar yoxsulluqla mübarizə və ölkənin iqtisadi artımının təmin olunması üçün bələdiyyələri inkişaf etdirməyin və QHT-lər/bələdiyyələr və dövlət strukturları arasında əməkdaşlığı genişləndirməyin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Ekoloji sektorda fəaliyyət göstərən QHT-lərdən biri BTC-nin inşa edildiyi ərazilərdə torpaqların pisləşməsi ilə bağlı narahatçılığını ifadə etdi və bu narahatçılığı Beynəlxalq Maliyyə Korporasiyasına çatdırmağı xahiş etdi.
İştirakçılar Dünya Bankına idarəetmə məsələlərinin həllinə daha çox diqqət yetirməyi təklif etdilər; bunun üçün hökuməti struktur islahatlarını həyata keçirməyə həvəsləndirmək gərəkdir – bu islahatlara nazirliklərin kommersiya və tənzimləyici funksiyalarının bir-birindən ayrılması, daha yaxşı monitorinq mexanizmlərinin təsbit edilməsi və qərarların qəbul edilməsinə iştirakçı yanaşmanın təşviqi də daxildir. Sonuncu məsələyə köməklik üçün hökumətdən QHT-lərə dəstək olaraq büdcədən adekvat ayırmalar müəyyən edilə bilərdi.
Bank yerli ticarət sahəsinə diqqət yetirməlidir.
Kənd yerlərində, xüsusilə ucqar və dağlıq ərazilərdə, infrastrukturun inkişafı icmaların iqtisadi fəaliyyətinin stimullaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir. Alternativ enerji mənbələri, məsələn, külək dəyirmanları, bioeneji, enerjinin səmərəli əldə edilməsi baxımından çıxış yolu ola bilər. Bundan başqa, görüşdə təmiz su mənbələri və irriqasiyanın təmin olunması məsələləri də vurğulandı.
İştirakçılar təklif etdilər ki, Dünya Bankı kənd yerlərində bankçılığı təşviq edərək, xüsusilə ucqar ərazilərdə filialları olan banklara dəstək verərək maliyyə sektoruna göstərdiyi yardımı davam etdirsin.
Bankın yardımına layiq olan sahələrdən kiçik və orta sahibkarlıq xüsusilə vurğulandı. Yerli sahibkarlar Bankı, hüquqi baza və korporativ idarəetmənin yaxşılaşdırılması da daxil olmaqla, institusional inkişafın köməkçisi rolunda, habelə daha yaxşı biznes, iqtisadi təhsil, tədqiqat və inkişaf sahələrini dəstəkləyən bir qurum rolunda görürlər. Bankın təhdid, korrupsiya və inhisarçılıqdan uzaq olan bir biznes mühitinə dəstək verəcəyi gözlənilir.
Enerji resurslarına malik olmasına baxmayaraq, Azərbaycan aqrar ölkədir və buna görə də iştirakçılar bu sektora investisiya yatırmanın həlledici əhəmiyyət kəsb etdiyini söylədilər. Bank öz diqqətini aqroemala dəstək sahəsinə yönəldə bilərdi, habelə Azərbaycan sahibkarlarına onların beynəlxalq bazarlara inteqrasiya səylərində kömək göstərə bilərdi.
Hökumətin geniş xərcləri və Bankın qeyri-neft sektoruna yatırdığı sərmayələrlə yanaşı, Bankın institusional idarəetmənin təkmilləşdirilməsinə və mövcud potensialın gücləndirilməsinə kömək etməsi həyati əhəmiyyət kəsb edir – bu, uğurlu dəyişikliklərin iki mühüm elementidir. Əsas sektorlarda səriştəli peşəkarlara və yaxşı idarəetmə bacarıqlarına artıq həm dövlət sektorunda, həm də özəl sektorda yüksək tələbat vardır.
Bir neçə iştirakçı müəyyən sektorların inkişafına və Bankın investisiya əməliyyatlarına hərtərəfli yanaşmanın mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Sonuncu əhəmiyyətli qeyddə bildirildi ki, bütün əməliyyatlarda gender məsələsi nəzərə alınmalı və qadınlar Bankın maliyyələşdirdiyi layihələrdə vacib benefisiarlar kimi hədəf qrupu olmalıdır.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin