Draft confidential



Yüklə 1,78 Mb.
səhifə106/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   102   103   104   105   106   107   108   109   ...   112
Mümkündür. Ölkəyə irs qalan təhsil sistemi universal ümumi təhsili, demək olar ki, təmin edir. Bu sektorla bağlı problemlər təhsil almaq imkanı ilə deyil, daha çox keyfiyyətlə bağlıdır.

İbtidai təhsildə gender bərabərliyinə nail olmaq

Sorğuların nəticələrinə əsasən, natamam orta təhsildə iştirak (1-9-cu siniflər) sahəsində əhəmiyyətli gender fərqləri mövcud deyildir. Lakin qızların, xüsusilə kənd yerlərində, tam orta və ali təhsil almaq imkanları daha çox narahatçılığa səbəb olur.

Mümkündür. Xüsusilə kənd yerlərində qızların orta məktəbi oğlanlara nisbətən daha erkən tərk etməsinə və qızların bundan da az hissəsinin orta məktəbdən sonra təhsilini davam etdirməsinə baxmayaraq, ibtidai təhsildə gender bərabərsizliyinə dəlalət edən hər-hansı sübutlar yoxdur.

Beş yaşa qədər uşaqlar arasında ölüm hallarının üçdə iki dəfə azaldılması

Rəsmi məlumatlara əsasən, 2002-ci ildə beş yaşa qədər uşaqlar arasında ölümün səviyyəsi hər 1000 diri doğulmuşa 23.1 nəfər, körpələr arasında ölümün səviyyəsi isə hər 1000 diri doğulmuşa 12.8 nəfər olmuşdur. Digər tərəfdən sorğulara əsaslanan hesablamalar göstərir ki, 1990-cı il üzrə MİM məqsədləri üçün istifadə edilən ilkin vəziyyət göstəriciləri, yəni 5 yaşa qədər uşaqlar arasında ölüm və körpələr arasında ölümün səviyyələri hər 1000 diri doğulmuşa 106 və 84 nəfər olmuş, 2002-ci ildə isə bu göstəricilər müvafiq olaraq 96 və 76 nəfərə enmişdir. Buna baxmayaraq, UNİCEF Səhiyyə İslahatı Layihəsinin əhatə etdiyi pilot rayonlarda körpələr arasında ölümün səviyyəsinin hər 1000 diri doğulmuşa 73.2 nəfərdən (2002) 63.7 nəfərə qədər (2004) 13% düşdüyünü məruzə etmişdir - əgər belə səviyyə saxlanılarsa və bütün ölkə üzrə əldə edilərsə, bu, Azərbaycanı 2015-ci ilə 2/3 dəfə azalmaya nail olmaq üçün tələb olunan tempə geri qaytaracaqdır.

Ehtimal azdır. Məlumatların qeyri-dəqiqliyi irəliləyişin qiymətləndirilməsini mürəkkəbləşdirir. Beş yaşa qədər uşaqlar arasında ölüm hallarını 2/3 dəfə azaltmaq üçün 1990-cı ildən 2015-ci ilədək hər il 4.4% azalma tələb olunur. Lakin 1990–2000-ci illər ərzində Azərbaycan yalnız hər il təqribən 0.9% səviyyəsində irəliləyiş etmişdir. Beləliklə, Azərbaycan ilkin səhiyyə xidmətini gücləndirmək və yoxsulların ondan istifadə imkanlarını genişləndirmək üçün razılaşdırılmış tədbirlər görməzsə, bu MİM-in gerçəkləşməməsi riski ilə üzləşəcəkdir.


Ana ölümü hallarının dörddə üç dəfə azaldılması

Çox Göstəricili Klaster Sorğusunda (UNİCEF) 1990-cı ildə ana ölümünün səviyyəsi hər 100,000 doğuşa 79 ölüm və 2000-ci ildə isə hər 100,000 doğuşa 94 ölüm müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2002-ci ildə ana ölümü göstəricisi hər 100,000 doğuşa 19.9 ölüm səviyyəsində olmuşdur ki, bu, 2000-ci ildə olan 37.6 ölüm ilə müqayisədə 52% azalma deməkdir.

Ehtimal azdır. Müstəqil sorğulara əsasən, ana ölümü göstəricisində artımın müşahidə olunması, rəsmi məlumatlarda isə ana ölümü hallarının azaldığının göstərilməsi çaşqınlıq yaradır. İlkin səhiyyə xidmətinə ulaşımı və onun keyfiyyətini yaxşılaşdırmaq üçün səhiyyə sektorunda hərtərəfli islahatların aparılmadığı bir şəraitdə, ehtimal ki, Azərbaycan bu məqsədi həyata keçirə bilməyəcəkdir. Səhiyyə ilə bağlı MİM-lərlə əlaqədar olaraq - məlumatların yığılması və konsepsiyaların izahı/təriflər sahələrində problemlər həll edilməlidir ki, hədəfləri gerçəkliyə uyğun müəyyən etmək və onların monitorinqini aparmaq mümkün olsun.

HİV/AİDS-in yayılmasının azaldılması

HİV virusuna yoluxmuş Azərbaycan vətəndaşlarının sayının regional standartlar baxımından aşağı olduğu hesab edilir, lakin 1999-cu ildən 2000-ci ilə qədər haqqında məlumat verilən yeni yoluxma hallarının sayı iki dəfə artmışdır. Serotipin üstünlük təşkil etməsi ilə bağlı məhdud araşdırmalar keçirildiyindən və davranışla əlaqədar heç bir araşdırma keçirilmədiyindən virusun gerçək yayılma dərəcəsi məlum deyildir.

Mümkündür. Virusun yayılma səviyyəsinin çox aşağı olduğu hesab edilsə də, hesablamalara görə, ölkədə 600,000 venadaxili narkotik maddə qəbul edən şəxs vardır ki, yoluxma hallarının 63%-i məhz onların payına düşür. Həm seruma nəzarət, həm də davranışla bağlı nəzarət aparılmalı, eləcə də HİV/AİDS-in profilaktikası və belə xəstələrə xidmət məsələsinə daha böyük diqqət göstərilməlidir. 2004-cü il dekabr ayının 1-də, Səhiyyə Nazirliyi AİDS, vərəm və malyariya ilə mübarizə aparmaq üçün Qlobal Fondun maliyyə dəstəyi ilə HİV/AİDS layihəsinin icrasına başlamışdır.

Vərəmin yayılmasının azaldılması

2003-ci ildə vərəmin yayılma səviyyəsi hər 100,000 nəfərə 50 xəstə, ana ölümü göstəricisi isə hər 100,000 nəfərə 12 ölüm səviyyəsində olmuşdur. Xəstəlik 14% hallarda ölümlə nəticələnir ki, bu yüksək göstəricidir. Xəstələnmə halları əvvəlki kimi təqribən 25% səviyyəsində aşkar olunur və bu, 70% səviyyəsində olan beynəlxalq standartdan xeyli aşağıdır. Eyni zamanda, xəstələnmə hallarının yalnız çox kiçik hissəsi DOTS vasitəsilə aşkar olunur. Sağalma 84% hallarda müşahidə olunur ki, bu da 85% hədəfinə yaxındır.

Mümkündür. ÜST-ün Vərəmə Nəzarət üzrə Qlobal Proqramına əsasən, 2003-cü ildə əhalinin 48%-i DOTS-la əhatə olunmuşdur. Xəstəliyin yayılmasının azaldılmasını nəzərdə tutan MİM-i həyata keçirmək üçün siyasi qətiyyət və əlavə resurslar tələb olunur ki, əhatə dairəsi hazırkı səviyyədən 100%-ə qədər genişləndirilsin.


Ekoloji davamlığı təmin etmək (təhlükəsiz sudan istifadə imkanı olmayan əhalinin sayının yarıbayarı azaldılması da daxil olmaqla).

Əldə olan hesablamalara əsasən, bütün ev təsərrüfatlarının təqribən 76%-i nisbətən yaxşı içməli su mənbəyindən istifadə edə bilir – şəhər yerlərində 93%, kənd yerlərində 58%.

Ehtimal azdır. Hökumət YAİİDP-ə uyğun olaraq kənd yerlərinin su təchizatını özünün dövlət investisiya proqramında müvafiq prioritet kimi təsbit edərsə, yalnız bu halda bu MİM-ə nail olmaq mümkün olacaqdır.

Qeyd: 1990-cı il üzrə ilkin vəziyyətə dair məlumatlar əldə olmayan hallarda, MİM hədəfini mütənasib formada hesablamaq üçün məlumatın mövcud olduğu ən yaxın ilin göstəricilərindən istifadə edilmiş və 2015-ci ilin hədəfi əldə olan baza ilinə nisbətən müəyyən olunmuşdur.

Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin