Draft confidential


Tranzit Koridorların və Nəqliyyatın İdarə edilməsinin Təkmilləşdirilməsi



Yüklə 1,78 Mb.
səhifə42/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   38   39   40   41   42   43   44   45   ...   112
Tranzit Koridorların və Nəqliyyatın İdarə edilməsinin Təkmilləşdirilməsi


  1. Azərbaycanın transit koridorlarını yaxşılaşdırmaq üçün əhəmiyyətli Bank investisiyaları qoyulacaq. Hökümət əsas transit magistral yolları və ikinci dərəcəli yolları gələn 10 il ərzində bərpa etmək və möhkəmləndirmək üçün 1.5 mlrd. ABŞ dolları xərcləməyi planlaşdırır ki, bu məbləğin 200-300 mln. ABŞ dolları AYİB, Asiyanın İnkişaf Bankı (AİB), İslam İnkişaf Bankı (İİB) və ikitərəfli donorlar tərəfindən təmin edilə bilər. Artan transit koridorlarının inkişafına yardım etmək məqsədilə Bank siyasəti əlaqələndirmək və investisiyalar qoymaq üçün sector-miqyaslı yanaşmadan istifadə edəcək. Hal-hazırda icra edilən Magistral Yol I və Magistral Yol II Layihələri çərçivəsində Şərq-Qərb və Şimal-Cənub transit koridorları boyu hərəkət edən mallar və sərnişinlər daşımaları üçün çıxış imkanları yaxşılaşdırılır və daha ucuz nəqliyyat xərcləri təmin edilir, habelə mütəmadi sazlama işləri ilə bağlı kənar vəsaitlərin cəlb edilməsi də daxil olmaqla Yol Nəqliyyat Xidməti Departamentinin yollara investisiyaların və qulluğun idarə edilməsi ilə bağlı potensialını gücləndirilir. Tranzit Koridor və Nəqliyyatın İdarəedilməsi Layihələr silsiləsinin təklif edilən davamı çərçivəsində kəndlərdən və kiçik şəhərlərdən yol imkanlarını yaxşılaşdırmaq üçün həmin magistral yolların, həmçinin giriş yolların tamamlanmasına yardım göstəriləcək. Həmçinin bu layihələr çərçivəsində şəhər ərazilərində nəqliyyat tıxacları da həll edilə bilər və müasir nəqliyyatın idarəetmə sistemlərinin quraşdırılmasına yardım göstərilə bilər. Bu sektora maliyyələşdirmə hökümətin birgə maliyyələşdirməsindən asılı olaraq 500 mln. ABŞ dolları məbləğində qiymətləndirilmişdir və bir sıra silsilə yol əməliyyatları mərhələlərinə bölünəcək. Nəqliyyat Sektorunun hərtərəfli Təhlili Bankın bu sektora investisiyalarını dəstəkləyəcək.




  1. Tranzit koridorları layihəsi çərçivəsində həmçinin neftin böyük olan və artan həcmlərini nəql edən dəmir yolu şəbəkəsinin təhlükəsizliyi və fiziki potensialının müasirləşdirilməsi də dəstəklənəcək. Yollar təmir ediləcək və maddi texniki baza və ticarəti asanlaşdıran infrastruktur da müasirləşdirilə bilər. Dəmir Yolu Nəqliyyatı və Ticarətinə Yardım Layihəsinin məqsədi Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) - dövlət dəmir yolu şirkətinin rəqabətçiliyini, kommersiya istiqamətləndirilməsini və səmərəliliyini yaxşılaşdırmaqdan ibarət olacaq. Layihə çərçivəsində dəmir yolunun müasirləşdirilməsinin birinci mərhələsi dəstəklənəcək ki, buraya yolların səmərələşdirilməsi səhmli kapital bazasının tətbiqi, məhsuldarlığın artırılması, ADDY-yə kommersiya istiqamətində və korporativ formada işləməyə imkan verən yeni hüquqi infrastrukturun müəyyən edilməsi və idarəetmə poitensialının yaradılması da daxildir.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin