Azərbaycan üzrə bu Ölkə Tərəfdaşlıq Strategiyası dörd illik dövrü – 2007-2010-cu maliyyə illərini əhatə edir. O, BİA/BYİB/BMK-nın birgə strategiyasıdır. Azərbaycanın Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramına əsaslanan Sonuncu Ölkəyə Yardım Strategiyası (CAS) 2003-cü ilin mayında Direktorlar Şurası tərəfindən müzakirə olunmuşdur. YAİİDP-in icrası haqqında hesabat 2005-ci ilin avqustunda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Direktorlar Şuralarına təqdim olunmuşdur. Vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla birlikdə Azərbaycan hökuməti hazırda YAİİDP-in davamını, 2006-2015-cu illəri əhatə edən Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramını (YADİDP) hazırlayır.
Azərbaycan XIX ərzin sonlarında dünyanın aparıcı neft istehsalçılarından biri olmuşdur, lakin Sovet dönəmində Azərbaycanın neft resurslarının istismarı əsas prioritetlərdən deyildi. O zamanki iqtisadi siyasətlər ölkənin neft sərvətlərinə heç də mütənasib deyildi və əhalinin bir qismini yoxsulluq içərisində qoymuşdu. Müstəqillik əldə etdikdən sonra neft və qaz yataqları Azərbaycana yoxsulluqla mübarizə aparmaq və qarşıdan gələn bir neçə il ərzində diversifikasiya olunmuş, davamlı orta gəlirli ölkəyə çevrilmək şansı vermişdir. Yeni neft bumunun əsasında adambaşına gəlir 1995-ci ildəki 470 dollardan, 2005-ci ildə 1240 dollara çatmışdır.
Qarşıdan gələn bir neçə il ərzində neft istehsalının artacağını və beynəlxalq neft qiymətlərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycanın milli gəliri xeyli artacaq. Lakin bu gəlirin xeyli hissəsi xarici investorlar tərəfindən kapitalın və mənfəətin repatriasiyası şəklində ölkəni tərk edəcək. Bundan başqa gəlir bumunun nisbətən qısa zaman ərzində davam edəcəyi, 2010-cu ildə öz zirvəsinə çatacağı və bundan sonra tədricən azalacağı gözlənilir.
Azərbaycanın qarşısında duran vəzifə neft gəlirlərindən istifadə edərək geniş bazaya malik olan artımı stimullaşdırmaq və hazırki və gələcək nəsillərin rifahını təmin etməkdən ibarətdir. Ölkənin iqtisadi keçid prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ silahlı münaqişəsi ilə daha da mürəkkəbləşmişdir. Münaqişə 700 000 məcburi köçkünün və Ermənistandan təxminən 250 000 qaçqının meydana gəlməsi, ölkə ərazisinin təxminən 20 faizi üzərində nəzarətin itirilməsi və əsas regional ticarət və nəqliyyat əlaqələrinin pozulması ilə nəticələnmişdir1. Keçən CAS dövründə BİA Hökumətə yoxsulluğun azaldılması sahəsində mənalı strategiyanın hazırlanmasında və bir sıra sahələrdə vacib islahatların həyata keçirilməsində kömək etmişdir.. BMK Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisini və neft hasilatını dəstəkləmişdir. Azərbaycan indi əsas islahat səylərini saxlamalı və neft gəlirlərinin verdiyi fürsətdən istifadə etməlidir. Bura kənd, əsasən də kənd təsərrüfatı sahəsinin inkişafı, regionların və əyalət şəhərlərinin inkişafı, bütün ölkə ərazisində bərabər infrastruktur xidmətlərinin təmin edilməsi daxildir.
Bu ÖTS Hökumətin yoxsulluğun azaldılması və Minilliyin İnklişaf Məqsədlərinə nail olunması sahəsində uzunmüddətli proqramını dəstəkləyir. Bunun üçün makroiqtisadi sabitliyi qoruyub saxlamaqla, səhiyyə, təhsil və infrastruktur xidmətlərini təkmilləşdirməklə, gender vərabərliyini təmin etməklə və ekoloji davamlılığa nail olmaqla qeyri-neft sektorunun artımına təkan verilməsi tələb olunur.
BYİB-in maliyyələşdirməsi bundan əvvəlki CAS-la müqayisədə daha geniş inkişaf gündəliyini, xüsusilə də zəruri infrastruktur layihələrinin və ətraf mühitin təmizlənməsi proqramının həyata keçirilməsini dəstəkləməyə imkan verəcək. BİA-nın maliyyələşdirməsi sosial şəraitin yaxşılaşdırılmasında, kənd yerlərinin inkişafında və struktur islahatları gündəliyinin həyata keçirilməsində hökumətə yardım göstərməkdə əvəzsiz rol oynayır. BMK qeyri-neft iqtisadiyyatının inkişafını həvəsləndirmək üçün özəl sektorla əməkdaşlıq edir. Bura kiçik və orta müəssisələr üçün təchizatın maliyyələşdirilməsi proqramı, korporativ idarəetmə və lizinqə TY layihələri, maliyyə və ərzaq mallarının pərakəndə satış sistemlərinə potensial investisiyalar daxildir. Bilik mübadiləsi, analitik və məsləhət fəaliyyəti (AAA) və inkişaf naminə tərəfdaşlıqlar investisiyaların artmasına təkan verəcək. Bütün sahələrdə Bank Qrupu həm dövlət, həm də özəl sektorlarda idarəçiliyin təkmilləşdirilməsinə diqqət yetirəcək.
II.Azərbaycanın qarşısında duran çağırışlar
Təbii resurs sərvətlərinin idarə edilməsi
Qrafik1:Neftgəlirləti, mənfəətvə kapital
repatriasiyası
Azərbaycanın mineral ehtiyatları 2003-cü ilin məlumatlarına görə 7 milyard barrel neft və 1,34 trilyon kub metr qazdan ibarətdir. Beynəlxalq konsorsiumlar hökumətlə hasilatın pay bölgüsü sazişləri əsasında yeni neft və qaz obyektlərini istismar edirlər. Neftin bir barrelinin qiymətinin təxminən 43 dollar səviyyəsində olması ehtimal edilərsə Azərbaycanın neft və qaz yataqlarının, habelə boru kəmərlərinin 20 il ərzində təxminən 340 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır (əməliyyat xərcləri daxil). 65 milyard dollar əməliyyat xərcləri çıxıldıqdan sonra dövlətin fiskal gəlirlərinin 175 milyard dollar olacağı gözlənilir ki, bunun təxminən 20 milyard dolları mənfəət vergisi şəklində dövlət büdcəsinə, təxminən 155 milyard dolları isə royalti formasında Dövlət Neft Fonduna (ARDNF) yönəldiləcək. Neft konsorsiumlarının investisiya olunmuş 40 milyard dolları, üstəgəl mənfəətlərini repatriasiya edəcəkləri gözlənilir. Kobud hesablamalara görə bu, qarşıdan gələn 20 il ərzində yalnız neft gəlirlərindən adambaşına ildə 1000 dolların düşməsi deməkdir. Yeni neft və qaz yataqları kəşf olunmazsa bu, Azərbaycanın neft bumunun sonu deməkdir. Post sovet inzibati amirlik sistemindən müasir bazar iqtisadiyyatına keçidin kontekstində bu nisbətən qısa müddətli və dəyişkən gəlir axınını idarə etmək, və bu zaman Holland sindromu və “resurs lənətinə” rast gəlməmək Azərbaycanın qarşısında duran mərkəzi vəzifədir.2