QOŞMA 2
2006-15-ci illər Yoxsulluğun Azaldılması və Davamlıq İnkişaf üzrə Dövlət Proqramının nəticələr çərçivəsi və əsas istiqamətlər
Strateji məqsədlər
Ölkədəki yoxsulluq vəziyyətinin əsas xüsusiyyətlərinin təhlili 2006-25-ci illiə üçün olan doqquz strateji məqsədlərin formalaşdırılması gətirmişdir. Həmin məqsədlər əvvəlki, yoxsulluğu azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı (YAİİDP) adlanan yoxsulluğun azaldılması proqramın məntiqi davamıdır:
-
iqtisadi artımın təmin edilməsi və makro-iqtisadi sabitliyin saxlanılması.
-
xüsusilə qeyri-neft sektorunda, regionlarda və kənd ərazilərində gəlir gətirən tədbirlər üçün əlverişli şəraitin yaradılması.
-
əsas səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin artırılması və onlara olan çıxışların təmin edilməsi. Dövlət xidmətləri müvafiq qaydada fəaliyyət göstərmədiyi halda gəlir yoxsulluğunun azaldılması kifayət etməz.
-
dövlət idarəçiliyin və rəhbər etmənin təkmilləşdirilməsi. Yaxşı idarəçilik və dövlət institutlarının davamlı inkişaf etməsi beynəlxalq səviyyədə qlobal iqtisadi sistemində müvəffəqiyyətli inteqrasiya və rəqabət üçün əsas elementlər kimi qəbul edilmişdir. Müasir dövlətlər institusional dəyişikliklərə davam gətirmək üçün məhkəmə sistemi ilə gücləndirilmiş, müvafiq qanunlarla idarə edilən, peşəkar işçilərlə təmin edilən güclü, şəffaf və məsuliyyətli dövlət orqanları olan imkanları tələb edir.
-
dövlət infrastrukturun təkmilləşdirilməsi. Bu, ilkin kommunal xidmətlərə çıxışın bütün əhaliyə təmin edilməsi vasitəsi ilə həyat səviyyəsində olan fərqlərin azaldaraq xarici və yerli sərmayələrin cəlb edilməsi və yeni iş yerlərinin açılması üçün əsas şərtlərdir.
-
həssas qrupların və xüsusilə də uşaqların daha yaxşı müdafiəsi üçün sosial müdafiə sistemində islahatların aparılması.
-
xüsusi diqqət və siyasət tədbirlərini tələb edən xüsusilə həssas təbəqə olan qaçqınların və daxili məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması.
-
bütün sektorlara aid olan dövlət proqram və siyasətlər tərəfindən gender bərabərliyin təşviq və müdafiə etməsinin təmin edilməsi.
-
bütün iqtisadi inkişaf siyasətləri və proqramlar, və eləcə də, müvafiq qanunvericilik tərəfindən ekoloji davamlılıq prinsiplərinə riayət edilməsinin təmin edilməsi.
Əsas hədəflər
Doqquz strateji məqsədə nail olunmanın qiymətləndirilməsi üçün hədəflər müəyyən edilmişdir (cədvəl A2.1). Burada məqsəd həmin ölçülə bilən məqsədlərə 2015-ci ilə dən həmin sənədə əlavə edilən beş illik proqramda əks etdirilmiş siyasət tədbirləri vasitəsi ilə nail olmaqdan ibarətdir.
Cədvəl A2.1 Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramının hədəfləri
Hədəf
|
İlkin il
|
İlkin səviyyə
|
Yoxsulluq səviyyəsini 10% qədər azaltmaq və ekstremal yoxsulluğu və qida qeyri-təhlükəsizliyini 2015-ci ilədək aradan qaldırmaq.
|
2005
|
Absolyut yoxsulluq səviyyəsi: 29.3 %
Ekstremal yoxsulluq səviyyəsi: 2.2 %
|
2015-ci ilədək adam başına ÜDM-i 2,2 dəfə artırmaq.
|
2005
|
1,435.7 manat (1,517 ABŞ dolları)
|
2015-ci ilədək qeyri-neft ÜDM-ni 2,2 dəfə artırmaq
|
2005
|
6.9 milyard manat (7.4 milyard ABŞ dolları)
|
2015-ci ilədək illik inflyasiya səviyyəsini 10% sərhədində saxlamaq.
|
2005
|
9.6 %
|
Xarici ticarət dövriyyəsini 2015-ci ilədək 1,7 dəfə artırmaq.
|
2005
|
8,6 milyard ABŞ dolları
|
İşsizliyi 2015-ci ildə 2%-dək azaldılması.
|
2003
|
10.7 %
|
2010-cu ilədək mərhələlərdə sosial yardım almaq üçün münasiblik meyarını milli yaşayış minimumuna gətirmək və vahid ailə müavinatına keçidi 2015-ci ilədək təmin etmək.
|
2006
|
30 manat
|
Minimal maaşın, əsas pensiyanın və işsizlik müavinatının 2010-cu ilədək azı yaşayış minimumuna qədər çatdırılmasının təmin edilməsi.
|
2005
|
Minimal maaş: 30 manat
əsas pensiya: 25 manat
işsizlik müavinatı: 12 manat
|
2015-ci ilədək bütün oğlan və qızların ümumi təhsilin tam kursunu başa çatdırmalarının təmin edilməsi.
|
2004
|
Xalis ilkin təhsilə qəbul olunma səviyyəsi: 93.2 %
Xalis əsas təhsildə iştirak səviyyəsi: 81.1%
Xalis orta təhsildə iştirak səviyyəsi: 51.1 %
|
2015-ci ilədək ümumi təhsildə gender bərabərliyinin saxlanılması və peşə, xüsusi orta və alı təhsildə gender bərabərliyinin təkmilləşdirilməsi.
|
2004
|
Xalis ilkin təhsilə qəbul olunma səviyyəsi: 93.1 % oğlanlar, 93.3 % qızlar üçün
Xalis əsas təhsildə iştirak səviyyəsi: 81.9% oğlanlar, 80.3 % qızlar üçün
Xalis orta təhsildə iştirak səviyyəsi: 51.4% oğlanlar, 50.8% qızlar üçün
İxtisaslaşmış orta məktəblərdə qəbul olma səviyyəsi: 5.1% oğlanlar, 6.5 % qızlar üçün
Ali təhsildə iştirak səviyyəsir: 9.7 % oğlanlar, 8.9 % qızlar üçün
|
2015-ci ilədək ibtidai məktəbə qəbul olunmazdan əvvəl məktəbdən qabaq müəssisələrdə (icma / ailə növlü olanlar da daxil olmaqla) təhsil alan uşaqların sayının iki dəfə artırılması.
|
2005
|
20 %
|
2015-ci ilədək bütün məktəb şagirdlərinin və tələbələrin kompüterlərə və internetə çıxışlarının təmin edilməsi.
|
2005
|
Ümumi təhsil məktəblərində şagirdlərə görə kompüterlərin sayı: 947
İnternetə çıxışları olan məktəblərin nisbəti: 4.4 %
|
2015-ci ilədək qərarların qəbul edilməsində qadınların iştirakının 30%-dək artırılması.
|
2006
|
Nazir və komitə rəhbəri olan qadınların nisbəti: 3.3 %
|
|
2006
|
Rayon icra hakimiyyətinə başçılıq edən qadınları nisbəti: 1.2 %
|
|
2005
|
Qadınların Milli Məclisdə nisbəti: 11.2 %
|
|
2004
|
Bələdiyyə orqanlarında qadınların nisbəti: 4.1 %
|
|
2004
|
Hakim qadınların nisbəti: 14 %
|
2015-ci ilədək məşğulluqda olan gender boşluğunun azaldılması.
|
2003
|
Ümumi iqtisadi fəaliyyət dərəcəsində payı: 59.5 % qadın, 83.6 % kişi
Ümumi iqtisadi fəaliyyətsizlik dərəcəsində payı: 68.4 % qadın, 31.6 % kişi
Ümumi məşğulluq dərəcəsində payı: 41.5 % qadın, 58.5 % kişi
Ümumi işsizlik dərəcəsində payı: 48 % qadın, 52 % kişi
|
2015-ci ilədək 5 yaşına qədər uşaq ölümü əmsalının üçdə iki dəfə azaldılması.
|
2005
|
1,000 nəfərə 9.8
|
2015-ci ilədək ana ölümü əmsalının dördə üç dəfə azaldılması.
|
2005
|
100,000 nəfərə 25.8
|
2015-ci ilədək vərəmin, malyariyanın, brüsellozun və helmetiazın yayılmasının qarşının alınması.
|
2004
|
Yeni vərəm xəstələrinin sayı: 3,673
|
|
2005
|
Yeni malariya xəstələrinin sayı: 243
Yeni bruselloz xəstələrinin sayı: 415
Yeni helmentiaz xəstələrinin sayı: 71,947
|
2010-cu ilədək HIV/AIDS-in yayılmasının qarşısının alınması.
|
2005
|
Yeni HİV xəstələrinin sayı: 928
|
2015-ci ilədək doğum zamanı gözlənilən ömür uzunluğunun 76 ilədək artırılması.
|
2004
|
72.4 (69.6 kişi, 75.2 qadın)
|
2015-ci ilədək ümumi ərazinin meşəlik ərazisinə olan əmsalının 12,5% dək artırılması.
|
2004
|
11.5 %
|
20150ci ilədək səthi ərazilərin mühafizə olunan ərazilərə görə olan əmsalının 12% dək artırılması.
|
2004
|
7 %
|
2015-ci ilədək elektrik enerjisi istehsalı sahəsində qaz tullantılarının azaldılması məqsədi ilə 1 kilowatt enerji istehsalı üçün şərti yanacağın sərfiyyatının 20% azaldılması.
|
2004
|
386 qram
|
2015-ci ilədək karbon qazın tullantılarının səviyyəsini adambaşına 10 ton səviyyəsində saxlanılması.
|
2004
|
3.6 ton
|
2015-ci ilədək qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin və fərdi evlərin tikilməsi
|
2004
|
Qaçqın və məcburi köçkünlərin 35 %-i yeni yaşayış məntəqələri və fərdi evlərdə yaşayır
|
2015-ci ilədək qaçqın və məcburi köçkünlər arasında məşğulluq səviyyəsini orta milli səviyyəyə qədər çatdırılması.
|
2004
|
30 %
|
2015-ci ilədək ölkənin enerji tələbatını daxili imkanlar hesabına təmin edilməsi.
|
|
|
2010-cu ilədək qaz alan ev təsərrüfatlarının sayını 85% dək artırılması.
|
|
|
2015-ci ilədək bütün Bakı-Abşeron əhalisi üçün fasiləsiz keyfiyyətli içməli suyun təmin edilməsi.
|
2005
|
60 %
|
2015-ci ilədək rayon mərkəzlərində və kəndlərində yerli bulaq və yeraltı su ehtiyatlarından istifadə edərək su təchizatı səviyyəsinin mərkəzləşdirilmiş su təchizatı sistemi vasitəsilə 80–85% əhaliyə çatdırılması.
|
2005
|
35–40 %
|
2015-ci ilədək 2800 km yolların beynəlxalq standartlara müvafiq bərpa edilməsi.
|
2005
|
TO
|
2015-ci ilədək bütün yaşayış və qeyri-yaşayış binalarına istiliyin təmin edilməsi.
|
2004
|
Yaşayış binaları: 17.2 %
Məktəblər: 21.5 %
Uşaq baxçaları: 18.8 %
Səhiyyə müəssisələri: 22.2 %
Sosial müəssisələr və dövlət ictimai binalar: 38.3 %
|
Telefonların sayını respublika və rayon şəhər ərazilərdə hər 100 nəfərdən 50 nəfər, kənd ərazilərində isə hər 100 nəfərdən 30 nəfər səviyyəsinədək artırılması.
|
2005
|
21.2 şəhər və rayonlarda, 4.6 kənd ərazilərində
|
2015-ci ilədək internet istifadəçilərinin hər 100 000-ə 5000 nəfərədək artırılması.
|
2004
|
Hər 10000 nəfərə 483 nəfər
|
2015-ci ilədək rəhbər etmənin və dövlət sektoru idarəçiliyinin keyfiyyətini AB standartlarına qədər təkmilləşdirilməsi.
|
|
TO.
|
TO-tətbiq olunmur.
Ölkəyə Yardım Strategiyası (CAS) Tamamlanması Hesabatı,
Maliyyə İli (Mİ) 03-05
CAS-ın Tamamlanma Hesabatı Azərbaycan üzrə Mİ 03-05 ərzində Ölkəyə Yardım Stategiyasınının icrası təcrübəsini nəzərdən keçirir. Azərbaycan Respublikasına dair CAS (Hesabat No.25790-AZ) Hökumətin yoxsulluğun azaldılması stategiyası sənədi olan Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair Dövlət Proqramı (YAİİDP) (Hesabat No. 25593-AZ) ilə birlikdə Bankın Direktorlar Şurasına 27 may 2003–cü il tarixində təqdim edilmişdir. CAS Hökumətə YAİİDP-in birinci mərhələsinin icrasına yardım etmək məqsədi ilə tərtib edilmişdir. Tamamlanma Hesabatı CAS-ın Azərbaycanın uzunmüddətli milli məqsədlərinə uyğun olmasına, CAS-ın məqsədlərinə nail olunmasına, CAS-ın nəticələrinin inkişaf etdirilməsində Bankın fəaliyyətinə nəzər salır.
Bank Tərəfindən Dəstəklənən Daha Uzunmüddətli Strateji Məqsədlər
Azərbaycan öz müvəqqəti neft bumunun yoxsulluğun davamlı azaldılması və iqtisadi artım işinə yardım etmək üçün istiqamətləndirilməsi məsələsi ilə üzləşməkdədir. Keçən bir neçə il ərzində hökümət iri həcmli neft və qaz daxilolmalarının əldə edilməsi mərhələsinə qədəm qoymuşdur. Yeni kəşfiyyat işləri istisna edilməklə, neft və qazdan əldə ediləcək daxilolmalar axını növbəti 10 illər ərzində özünün ən uca zirvəsinə çatacaq sonra isə azalma müşahidə ediləcəkdir. Ona görə də Azərbaycanın üzləşdiyi ən əsas məsələ bu resursların şəffaf və ehtiyyatlı idarə edilməsi olacaqdır ki, bu resursların qeyri-neft sektorunda iqtisadi artımı stimullaşdırmaq və makroiqtisadi sabitliyi qorumaqla dövlət tərəfindən sosial xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasına sərf edilməsi təmin edilsin. Hökümət, Bankın və Beynəlxalq Valyuta Fondunun (BVF) dəstəyi ilə neft və qaz daxilolmalarının idarəedilməsində şəffaflığın ən yüksək standartlarına əməl etmək tapşırığını almış Azərbaycan Respublikasının Dövlət Neft Fondunu (DNF) təsis etmişdir. Daxilolmaların böyük qismi gələcək nəsillər üçün xarici maliyyə vəsaitləri formasında saxlanılmaqdadır, və bu ciddi infrastruktur və dövlət tərəfindən təmin edilən xidmətlərdə çatışmazlıqların, yüksək yoxsulluq səviyyəsinin, və ehtiyacların çox olduğu bir ölkədə çətin siyasi qərar olmuşdur.
Yoxsulluğu azaldılması üçün Hökümət, YAİİDP-lə bərabər, gəlir əldə etmək imkanı olan mühitin inkişafına; makroiqtisadi sabitliyin qorunub saxlanılmasına; əsas səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsi və onlara bərabər çıxış; (yollar, komunal xidmətlərin göstərilməsi, rabitə və suvarma da daxil edilməklə) infrastrukturun təkmilləşdirilməsi; zəiflərə daha effektiv müdafiəni təmin etmək üçün sosial müdafiə sisteminin islahatı; qaçqın və məcburi köçkünlərin həyat şəraitinin və imkanlarının artırılmasına dair orta müddətli məqsədləri müəyyən etmişdir. YAİİDP-in birgə Bank-Fond Əməkdaşların Birgə Qiymətləndirilməsi Qeydi müəyyən etmişdir ki, strategiya etibarlıdır, onun geniş siyasət prioritetləri məqbuldur və yoxsulluğun azaldılmasının çoxtərəfli təbiətinə müvafiqdir və o qeyri-neft sektorlarının inkişafı vasitəsi ilə balanslaşdırılmış artıma olan ehtiyacı və Bakı ilə ölkənin digər bölgələrinin inkişafı arasında olan fərqi azaltmağı əks etdirir.
Mİ03-05 üzrə CAS YAİİDP-lə sıx uyğunluğda olmuşdur. Mİ03-05-də Azərbaycanın üzləşdiyi əsas məsələ neft sektoruna yüksək səviyyəli xarici investisiyalar fonunda sabitliyin saxlanılması, daxil olması Mİ-06-dən etibarən gözlənilən neft daxilolmalarının münasib idarəedilməsini icra edəcək qurumların təsis edilməsi, qeyri-neft sektorunda artım üçün mühitin yaxşılaşdırılması, və dövlətin təmin etdiyi xidmətlərin keyfiyyəti və onlara çıxışın artırılması olmuşdur.
Bank Qrupunun, YAİİDP və davamlı yoxsulluğun azaldılmasına nail olmağa yardım edən strategiyası 4 strateji məqsəd əsasında təşkil edilib:
-
I-ci İstiqamət: Makroiqtisadi sabitliyi bərqərar etmək, Holland sindromunun qarşını almaq, qeyri-neft sektorunun inkişafını surətləndirmək, məşğulluq və yoxsullar naminə xərclər üçün neft bumunun idarə olunması.
-
II-ci İstiqamət: Biznes mühitnin inkişafı və maliyyə xidmətlərinə çıxışı təkmilləşdirməklə, orta və kiçik həcmli müəssisələrə yardım infrastrukturu yaratmaqla, və kənd təsərrüfatını stimullaşdırmaqla iş yerlərinin və qeyri–neft sektorunun yaradılması
-
III-cü İstiqamət: Sosial xidmətlərin səviyyəsində, yardımda və infrastrukturda azalmanın qarşısını almaqla xidmətlərə çıxışı inkişaf etdirmək.
-
IV-cü İstiqamət: YAİİDP-in nəzərdə tutduğu səviyyədə və zaman çərçivəsində neft potensialının realizə olunmasına yardım.
Həm Hökümətin strateji məqsədləri, həm də Bankın CAS hədəfləri CAS dövrü ərzində bir-birinə uyğun olmuşdur. Resursların bumunun idarəedilməsi sahəsində bir çox ölkələrin üzləşdiyi çətin təcrübəni nəzərə alaraq, daxilolmaların axının ehtiyyatla idarə edilməsi fonunda neft potensialının tam realizə olunmasına yardım etmənin qeyd edilməsi tam müvafiq olmuşdur. Kənd təsərüffatı, aqro-emal, istehsal, tranzit ticarət və logoistika xidmətləri kimi qeyri-neft sektoru sahələrinin inkişafının stimullaşdırılması, neft ehtiyyatları tükəndikdən sonra məşğulluğun yaradılması və davamlı iqtisadi inkişafın təmin edilməsi üçün də vacibdir. İnvestisiya mühitinin inkişafı və qeyri-neft sektorunda artımının təkmilləşdirilməsi üçün əsas elemetlərdən biri idarəetmə, tənzimləyici və inzibati mühitdə maneələrin ardan qaldırılması, infrastruktur və komunal xidmətlərin yaxşılaşdırılmasıdır. Azərbaycana Sovet dönəmindən nisbətən yaxşı sosial göstəricilər miras qalmışdır, lakin onlar 90-ci illər ərzində azalıb. Çağırış həmin vəziyyəti dəyişmək və müasir tələblərə cavab verən sistemi yaratmaqdan ibarətdir.
Bank Qrupunun Yardım Instrumentləri
Bankın yardımı, infrastruktura investisiyalar, sosial sektor və kənd yerlərinin inkişafına investisiyalarla birgə intensiv siyasət dialoqu vasitəsi ilə verilən struktur dəyişikliyi krediti və AMF-dən ibarət olmuşdur. Əsas neft və qaz daxilolmalarının əldə olunmasınadək imkanın olmasını nəzərə alaraq, Bankın ümüumi strategiyası idarəetməni gücləndirmək, siyasət islahatlarını müəyyən etmək və prioritetləşdirmək üçün yardımın göstərilməsi, beynəlxalq inkişaf təcrübəsinin yayılması və dövlət investisiyası layihələrinin işlənib hazırlanması və icarsı üçün yüksək keyfiyyətli texniki ekspertiza və nou-haunun təmin edilməsi olmuşdur.
CAS baza senarisini təqdim etmişdir, harada ki, Bank 9 layihə vasitəsi ilə 163 milyon ABŞ dolları məbləğində kredit ayıracaqdır (onlardan 123 milyon ABŞ dolları Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) və 40 milyon ABŞ dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) vəsaiti olacaqdır). Bütün 9 layihə təqdim edilmiş və yalnız BİA vəsaitləri deyil BİA/BYİB vəsaitlərinin qarışıq statusuna asan keçid mümkün olmuşdur. (cədvəl A3.1). İlk BYİB krediti Bankın Direktorlar Şurasına Mİ05-də təqdim edilmişdir. Eyni zamanda, CAS genişləndirilmiş Yoxsulluğun Azaldılmasına Yardım Krediti (YAYK) kreditləşməsini və BYİB tərəfindən infrastruktur kreditləşməsini ehtiva edən yüksək-vəziyyət ssenarisini də nəzərdə tutmuşdur. Aşağıda qeyd edildiyi kimi, əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) restrukturizasiyası sahəsində kifayət qədər tərəqqinin olmaması səbəbindən Azərbaycan yüksək vəziyyət mexanizmlərini də təmin edə bilməmişdir. Ölkə göstəriciləri Azərbaycana BİA tərəfindən ayrılacaq maliyyə vəsaitlərinin artırılması üçün kifayət qədər yetərli olmuş və məcburi köçkünlər üçün olan 10-cu lahiyə təsdiq edilmişdir. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) öz vəsaitlərindən 9 layihəyə 66 milyon ABŞ dolları ayırmış (bunun 3%-i kapitalda iştirak, 97%-i kreditdir) və sindikasiya şəklində əsasən maliyyə və neft sektorlarına 61.43 milyon ABŞ dolları ayırmışdır. BMK həmçinin Azərbaycanın xeyrinə olan reqional layihələri dəstəkləmiş, belə ki, niyyəti Mərkəzi Asiyada özəl sector üçün lizinqi praktiki cəhətdən mümkün etmək olan 30 milyon ABŞ dolları məbləğındə bir lizinq mexanizmi yaradılmışdır
Həm (UKP - Uyğunlaşdırılımış Proqram Kredit və YAYK vaistəsi ilə) kredit ayrılması, həm də (proqramatik DXI- Dövlət Xərclərinin İcmali və Yoxsulluğun Qiymətləndirilməsi vasitəsi ilə) AMF ilə əlaqədar proqramatik yanaşma istiqamətinə aydın keçid olmuşdur. Proqramatik AMF-ə və individual sektor kreditlərinə sıx inteqrasiya etmiş struktur dəyişikliyi krediti sahələr üzrə struktur islahatlarına təkan vermək üçün istifadə edilmişdir. Bankın investisiya kreditləşməsi də Hökümət, özəl sektor və digər donorlar tərəfindən daha böyük həcmli investisiyaları tamamlamaq üçün istifadə edilmişdir.
CAS dövründə maliyyələşdirilmiş layihələr qeyri-neft sektorunda ticarət, investisiyalar, ticarətin sadələşdirilməsi, dövlət xərcləri, yoxsulluq, fidusiar və satınalma sistemlərini, enerji və digər infrastruktur, səhiyyə və təhsil, və maliyyə sektoruna aid bir sıra AMF-lərdən faydalanmışdır. BMK-nın əsas məsləhət vermə işi, özəl sektorun inkişafı və kiçik və orta həcmli müəssisələri inkişafına dəstək üçün təkmilləşdirilmiş maliyyə vasitəçiliyi vasitəsi ilə əsasən qeyri-neft sektorlarında imkanların yaradılmasına yönəlmişdir. Proqramın digər vacib məqamlarına lizinqin inkişfı layihəsi, korporativ idarəetmə proqramı, kiçik və orta həcmli müəssisələr üçün əlaqələr proqramı və iqtisadi islahatlar sahəsində əldə edilmiş tərəqqi və Azərbaycanın qeyri-neft sektorunun gələcək investisya potensialına qlobal diqqəti yönəldən BXİ konfransı aiddir. Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (XİMX) Azərbaycanın İnvestisiyaların Təşviqi və Məşvərət Fonuna məsləhətlər vermiş və Azərbaycanın investisiya qanunvericiliyinin təkmilləşməsinə dair tövsiyələrini təqdim etmişdir. Yuxarıda ÖTS-də qeyd edildiyi kimi, 2006 maliyyə ili ərzində strategiya fəal AMF proqramı vasitəsilə davam etdirilib və dörd iri yeni layihə təsdiq edilmişdir.
Cədvəl A3.1 Azərbaycanda Bankın Kreditləşdirdiyi Layihələr, Mİ03-05
-
Fəal layihələr Mİ03-05
|
Təsdiq edilmiş layihələr Mİ03-05
|
Fermer Təsərrüfatlarının Özəlləşdirilməsi (Mİ 04-də bağlanıb)
Qaz Bərpası (Mİ 03-də bağlanıb) İnstitusional Quruculuğa Texniki Yardım (Mİ 03-də bağlanıb)
Təhsil İslahatları (Mİ 04-də bağlanıb)
Struktur Dəyişikliyi Krediti II (Mİ 04-də bağlanıb)
Təcili Ətraf Mühit İnvestisiyaları
Pilot Yenidənqurma
Kənd Təsərrüfatının İnkişafı Krediti
Səhiyyə İslahatları Öyrənmə və İnnovasiya Krediti (ÖİK)
Bakının Su Təchizatı
Maliyyə Sektoruna Texniki Yardım
İrriqasiya/ Drenaj Sistemlərinin Bərpası
Mədəni İrsin Qorunması PRSV
İnstitusional Quruculuğa Texniki Yardım 2
Maqistral Yollar
|
Bakının Su Təchizatı (Əlavə)
Təhsil Sektorunun İnkişafı Uyğun- laşdırılmış Kredit Proqramı (UKP)
İrriqasiya Paylanması Sistemləri və İdarə Edilməsi
Kənd Yerlərinə İnvestisiya
Pensiya və Sosial Yardım
Maliyyə Xidmətlərinin İnkişafı
Məcburi Köçkünlərə İqtisadi İnkişaf Dəstəyi
YAYK I
Elektrik Enerjisinin Ötürülməsi
Kənd Yerlərinin Ətraf Mühiti
|
Dostları ilə paylaş: |