İnsanı ilan və ya əqrəb sancanda, cadu olunanda və ya göz dəyəndə, xəstələnəndə başına gələn bədbəxçiliyi götürmək üçün Qurandan və Sünnədən oxunan dualardır. Sehrbazın cəzası ölümdür, qazancı haramdır. Cahillər, zalımlar və imanı zəif olanlar bəzi insanlara düşmənçilik bəslədiklərinə görə onlardan intiqam almaq məqsədilə cadu edənlərin yanına cadu etdirməyə gedirlər. Ruqiyyədə şirk yoxdursa və sözləri aydındırsa bunu etmək olar. Şirk olan Ruqiyyədə Allahdan qeyrisindən kömək istəmək, sığınmaq, şeytanı isimləri ilə çağırmaq vardır. Etiqad edilsə ki, ruqiyyə öz-özlüyündə şəfa verir – qadağandır. Ruqiyyə adı altında at nalı, təsbeh, heyva budağı, gözmuncuğu asırlar, boyunlarına dəridən olan dualar, imamların, övliyaların, seyyidlərin şəkillərini həm öz üzərlərindən, həm evdən, həm də miniklərindən asırlar – asırlar ki, onları göz dəymədən qorusun və ya hansısa xeyirə nail olsun, şərdən uzaq etsin. Hətta heç bir niyyətin olmasa da belə bu haramdır. Cadunu hansısa şirk olan yollarla və ya şirk olmayıb qadağan olunan yollarla aradan qaldırırlar. Bütün bu yollar haramdır və şəriət bunu qadağan etmişdir. Bəziləri deyirlər ki, əgər cadu olunan kimsə çarəsizdirsə və ona müalicə tapmaq olmursa, hansısa bir sehr olan yollarla onu müalicə etmək olar. İnsanın sağalması vardır. Lakin bu da qadağandır.
Sehrə Məruz Qalmış Kimsəni Allahı İznilə Qurtarmaq, Biri Haram Olan Digəri Halal Olan İki Yolla Mümkündür: 1. Sehri, başqa bir sehrlə qaldırmaq bu kiçik küfrdür. Cabir rəvayət edir ki, Peyğəmbərdən sehrin (sehr yolu ilə) götrülməsi haqqında soruşanda, o buyurdu: “Bu şeytanın əməllərindən biridir”1661. Şeyx Useyminə sual verirlər ki: “Müalicə almaq üçün, ona mömin cinlər kömək edirlər, deyən bir kimsənin yanında müalicə almaq olarmı?”. Cavab: Cinlər vasitəsilə İstianə etmək istər o cin müsəlman olsun, istərsə də kafir – şirkə aparan bir yoldur. İstianə kömək tələb etməkdir. Elm əhli müsəlman cinlərdən kömək istəməyi qadağan ediblər. Səhabələrdən heç biri, buna daha layiq olduqları halda cinlərdən kömək istəməyib....”1662. Hər hansı bir cin bir insana girən başqa cini çıxarmaq üçün yardım etməyi təklif etdiyi təqdirdə, o insan bu təklifi qəbul edə bilərmi?” İbn Bəzz deyir: “Bu məkruh bir əməldir”. Zamanımızda cinlərdən kömək alanların etdiklrəi dəccallıqlar çoxalmışdır. Cinlərdən kömək almaq düz bir iş deyildir. Bu halın möminin halına, etiqadına bir çox zərərləri vardır. Onun imanını zəiflərdir. Bu işlə məşğul olanların çoxları cahil kimsələr olduqları üçün onların sözlərinə güvənilməz. Ən doğru bilən Allahdır!” Günümüzdə cindarlar (cin çıxardanlar) barəsində də çox eşidirik. Səhablərdən heç kəs cin çıxardan kimi tanınmamışdı. İndi artıq cin çıxarmaq pul qazanmaq üçün bir sənət olub. Müalicə zamanı cinlərlə söhbət edir, onlara suallar verir və onun dediklərinə inanırlar. Halbuki, Peyğəmbər onun yalançı olduğunu söyləmişdir. Yalançının sözünə inanıb onu insanlar arasında danışmaq olarmı? Qeybi xəbərlərin doğru olduğunu sən haradan bilirsən? Məgər kimsə səhabələrdən belə edib. Şeyx Albaninin yanına bir nəfər gəlir və öz müalicə üslubundan danışır. Şeyx: “Sən Sələfsən?”- deyə ona sual verir. O: “Bəli”- deyə cavab verir. Şeyx deyir: “Sənin etdiyini Sələflərdən kimsə edibmi? Belə bir kimsəni tanıyırsan?” O: “Yox”- deyir. Şeyx deyir: “Mən də tanımıram”. Bu cür edən Peyğəmbərin : “Kim bir falçının yanına gedib ona inanarsa qırx günlük namazı qəbul edilməz” hökmünə girir.